Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri.
| Ceyran Mahmudova | |
|---|---|
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Atası | Emin Sabitoğlu |
| Mükafatları | |
Həyatı
Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib.
1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb.
AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir.
2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir.
30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir.
- Bəstəkar Emin Sabitoğlunun qızıdır.
- Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsidir.
Yaradıcılığı
- Azərbaycan təsniflərinin öyrənilməsi probleminə dair. /Bərbədin 1400 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun materialları. Düşənbə, "Deniş", 1990;
- Qəzəl ilə təsnifin əlaqəsinə dair. B., "Qobustan" toplusu, № 1, 1991;
- Təsniflərdə və xalq mahnılarında bayatı janrının təcəssümünün müqayisəli təhlili. AEA-nın Me'marlıq və incəsənət İnstitutunun "Xəbərlər" toplusu. B., № 1, 1997;
- Azərbaycan xalq mahnılarında rədif, təkrar söz və ifadələrin musiqi təcəssümü haqqında. "Xəbərlər". B., № 1, 1998;
- Azərbaycan şifahi ən'ənəli musiqisində heca vəzninə aid poetik janrıların təcəssümünün bəzi cəhətlərinə dair. "Xəbərlər". B., № 1, 1998;
- Azərbaycan bəstəkarlarının mahnılarında beş hecalı mətnlərin təzahürü. "Xəbərlər". B., № 1, 2000;
- Mahnılarda yaşayan poeziya. "Musiqi dünyası" jurnalı. № 2, 2000;
- Rəsul Rza və Azərbaycan musiqisi. "Qobustan" toplusu. № 2, 2001;
- Fikrət Əmirovun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqəsinin bəzi məqamları haqqında. "Musiqi dünyası". № 3–4, 2001;
- Zərif gözəllik qəlb sirdaşı… /C. Cahangirov/, "Musiqi dünyası". № 3–4, 2001.
- Emin Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələri. "Musiqi dünyası" jurnalı.
- Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990–2001).
- Dövri mətbuatda məqalələr (1990–2001).
Filmoqrafiya
- Gün keçdi (film, 2012)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyran Mahmudova haqqında məlumat. Ceyran Mahmudova nədir? Ceyran Mahmudova nə deməkdir?
