Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Metropoliten muzeyi (ing. The Metropolitan Museum of Art) — dünyanın ən böyük muzeylərindən biri, dünyada ən çox ziyarət olunan dördüncü muzey.

Metropoliten muzeyi

  • Ana Səhifə
  • Vikipediya
  • Metropoliten muzeyi

Metropoliten muzeyi (ing. The Metropolitan Museum of Art) — dünyanın ən böyük muzeylərindən biri, dünyada ən çox ziyarət olunan dördüncü muzey.

Metropoliten muzeyi
ing. Metropolitan Museum of Art
Ölkə ABŞ ABŞ
Yerləşir 1000 Beşinci avenyu, NY, Nyu-York, NY 10028
Memar Riçard Morris Hant, Kalvert Voks, Ceykob Vrey Muld
Əsas tarixlər 147 il əvvəl, 13 aprel 1870-ci ildə açılıb.
Tikilmə tarixi 1870
Üslubu Boz-ar
Rəsmi sayt www.metmuseum.org
Milli Abidə
Təyin edilib24 iyun 1986
Təyin olunubPrezident Ronald Reyqan tərəfindən
ABŞ-dakı tarixi yerlərin milli qeydiyyatı
Rəsmi adı: Metropolitan Museum of Art
Təyin edilib29 yanvar 1972
İstinad nöm.86003556
40°46′46″ şm. e. 73°57′48″ q. u.HGYO
Xəritə
Metropolitan (Nyu-York ştatı)
Nöqtə
Metropolitan
Fasadın Simon Fayldhaus tərəfindən çəkilmiş təsviri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerikanın Nyu-York şəhərində yerləşən Metropoliten muzeyi 1870-ci ildə yaranıb. İlk vaxtlar ayrı-ayrı adamların vəsaiti və zəngin iş adamlarının könüllü ianələri hesabına fəaliyyət göstərib. İş adamlarının arasında milyonçular Morqan, Con Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyer və başqaları var idi.

Mündəricat

Tarixi

Muzeyə yardım edən mesenatlardan birincisi Ceykob Rocers olub. 1901-ci ildə o muzeyə böyük məbləğ, 4,5 milyon dollar bağışlayıb. Bu pula nadir şəkillər və kitablar alınır. İkinci mesenat Ketrin Vulf adlı qadın olub. O, həm də muzeyi təsis edənlərdən idi. Görkəmli rəssamların 143 şəkildən ibarət olan kolleksiyanı muzeyə bağışlayıb. 1917-ci ildə Con Morqan 20 il ərzində yığdığı 5500 rəsm əsərini muzeyə verib.

1917-ci ildə muzeyin yaranmasında xidməti olan sahibkarlardan biri Ayzek Fletçer vəfat edəndən sonra vəsiyyətinə əsasən, onun tətbiqi sənət nümunələri, rəsmlər və müxtəlif şəkillərdən ibarət kolleksiyası muzeyə bağışlanıb.

Eksponatları

Muzeydə Orta əsrlər, Afrika mədəniyyəti, Yaxın Şərq mədəniyyəti, Qədim Dövr, Qrafika və digər şöbələrdə 3 milyona yaxın eksponat saxlanılır. Bunların arasında üstünlük təşkil edən qədim Misir, Yunanıstan, Roma mədəniyyəti və Yaxın Şərq ölkələrinə aid olan eksponatlardır. İslam mədəniyyəti nümunələri kolleksiyası dünyada ən böyük kolleksiya sayılır. Uzaq Şərq ölkələri şöbəsində Çin dövlətinə məxsus rəsm əsərləri,heykəltaraşlıq nümunələri,gümüş və saxsı qablar nümayiş olunur.

Qədim Misir mədəniyyəti şöbəsində sarkofaq və mumiyalar (b.e.ə 1 minillik), məşhur Sfinks heykəli, sərdabələrdən götürülmüş bəzək əşyaları,ağacdan düzəldilmiş mebel, müxtəlif ayaqqabı və geyim əşyaları və s. nümayiş olunur. Qədim dünya mədəniyyəti şöbəsində Yunanıstan və Roma, həmçinin Kipr adasından götürülmüş eksponatlar sərgilənir. Bunlara daha çox heykəltaraşlıq əsərləri aiddir. Məsələn, imperator Konstantinin büstü (325-ci il), yaralı amazonka heykəli çoxlu ziyarətçi cəlb edən eksponatlardır.

Silah nümunələri saxlanılan şöbədə cəngavər dəbilqələri, müxtəlif növ qılınclar və odlu silah növləri təqdim olunur. Qrafika şöbəsi ziyarətçiləri Avropanın məşhur rəssamları Leonardo da Vinçi, Buonarroti, Rafael Santi, Mikelancelo, Rembrandt və başqalarının rəsm əsərləri ilə tanış edir. Musiqi alətləri şöbəsində isə dünyanın bütün qitələrini təmsil edən 4000 müxtəlif musiqi aləti saxlanılır. Saxlanılan alətlərdən ən qədiminin 1200 yaşı var.

Rəssamlıq nümunələri



Qədim Misir şöbəsi

Metropoliten muzeyində Azərbaycanın tarixi və mədəni irsi

Metropoliten muzeyində Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı qiymətli eksponatlar da sərgilənir. Burada saxlanılan bədii metal sənəti əsərlərimiz içərisində ən maraqlısı Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII-əsrə aid edilən zərgərlik nümunələridir. Bu sənət əsərləri içərisində qızıldan düzəldilmiş bir bilərzik öz bədii xüsusiyyət və icrasına görə bir çox dünya sənətşünaslarının diqqətini özünə cəlb edib.

Başqa xarici ölkə muzeyləri, əntiq mallar mağazası və şəxsi kolleksiyalarında olduğu kimi ABŞ-də da Azərbaycan sənətkarlığını ən çox xalça sənətimiz təmsil edir. Hazırda bu ölkədə yurdumuzun əsas sənət mərkəzlərində toxunmuş minlərlə xovlu və xovsuz, ornamental və əla növlü xalça sənəti nümunələrimiz vardır. Qədim Azərbaycan xalçaları Nyu-Yorkun Metropoliten muzeyində nümayiş etdirilir.

Həmçinin bax

  • Amerika mədəniyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Metropoliten muzeyi haqqında məlumat. Metropoliten muzeyi nədir? Metropoliten muzeyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rostov

  • Fevral 23, 2026

    Svarojiçilər

  • Fevral 27, 2026

    Dəmirçilər

  • Fevral 27, 2026

    Müzəffərilər sülaləsi

  • Fevral 27, 2026

    Monako FK

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst