Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafael Santi (6 aprel 1483[…] və ya 28 mart 1483, Urbino[d][…] – 6 aprel 1520[…] və ya 7 aprel 1520, Roma, Papa dövləti[…]) — məşhur italyan rəssamı, Pyetro Per

Rafael Santi

  • Ana Səhifə
  • Vikipediya
  • Rafael Santi

Rafael Santi (6 aprel 1483[…] və ya 28 mart 1483, Urbino[d][…] – 6 aprel 1520[…] və ya 7 aprel 1520, Roma, Papa dövləti[…]) — məşhur italyan rəssamı, Pyetro Perucinonun şagirdi.

Rafael Santi
it. Raffaello Sanzio
Doğum adı Raffaello Sanzio
Doğum tarixi 6 aprel 1483(1483-04-06)[…] və ya 28 mart 1483(1483-03-28)
Doğum yeri
  • Urbino[d][…]
Vəfat tarixi 6 aprel 1520(1520-04-06)[…] (37 yaşında) və ya 7 aprel 1520(1520-04-07) (37 yaşında)
Vəfat yeri
  • Roma, Papa dövləti[…]
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Panteon
Fəaliyyəti rəssam, heykəltaraş, memar, boyakar[d], memarlıq çertyojçusu[d], dizayner, saray rəssamı, vizual incəsənət rəssamı
Janrlar tarix rəssamlığı, portret rəssamlığı[d], portret, dini incəsənət[d], mifologiya rəssamlığı
Stillər italyan intibahı, Yüksək İntibah
Tanınmış işləri
  • La fornarina,
  • Afina məktəbi,
  • Məsihin dirilməsi,
  • Madonna və Uşaq,
  • Bakirənin toyu,
  • Madonna Qranduka,
  • Madonna payızbülbülü balası ilə,
  • Madonna del Prato,
  • Çarmıxdan endirilmə,
  • Sikstin Madonnası,
  • Transformasiya,
  • Baltazar Kastilyonenin portreti
Tələbələri Culiyo Romano[d]
Mükafatları "Qızıl mahmız" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Raffaello, Raffaello Sanzio, Raffaello Santi, Raffaello de Urbino və ya Rafael Sanzio de Urbino kimi də tanınmışdır.

Mündəricat

Həyatı

İtaliyanın Urbino şəhərində 6 aprel 1483-cü ildə anadan olub. Rafael İntibah hərəkətlərini erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görmüş, rəssamlığa on altı yaşında çəkdiyi "Həvvanın yaradılışı" və "Trinite" əsərləri ilə başlamışdır. Rafaelin atası olan Giovanni Santi də Urbinoda rəssamlıq edirdi. Atasının 1494-ci ildə vəfatından sonra Rafael öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirdi.

Afina məktəbi

Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapdı. Leonardo da Vinçi və Mikelancelo təsirində qalaraq sənətinə yeniliklər qatdı. Florensiyada 1508-ci ilə qədər çəkdiyi rəsm əsərləri isə "Sikst Madonne", "La Belle Jandinière", "Madonna of the Chair" və "Entombmeut" olmuşdur.

Rafael, Romada Papa II Yulinin sifarişi ilə işləyib. Romaya gəldiyi zaman, Mikelancelo Yulinin inşa etdirdiyi Sikstin kapellasının rəsmlərini çəkirdi. Rafael, burada ilk olaraq Papanın kitabxanasını dekorasiyaya etdi. Çəkdiyi teoloji, fəlsəfi, lirik hesabatlarında sükunət; rənglərdə ahəng; mövzularda aydınlıq və bir bütün ifadə hakimdir. Rafaelin gördüyü işlərdən biri də parça üzərinə qoyduğu bəzəklərlə, divar örtükləri hazırlamasıdır. 1513-1521 illəri arasında hazırladığı on ədəd böyük divar bəzəmə örtüləri, Sikstin kapellasında istifadə edilmişdir. 1514-ci ildə Papa X Leonun sifarişi ilə Müqəddəs Pyotr bazilikasının baş memarı oldu.

37-ci ad günündə, 6 aprel 1520-ci ildə, Romada vəfat etmişdir. Rafael, Avropada klassik rəssamlığın əsasını qoymuşdur. Mikelancelodan fərqli olaraq görünən hər şeyi bütün zənginliyi tabloya köçürmüş, tarixi və xristianlığa aid dini mövzulara sadiq qalmışdır.

Əsərləri

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafael Santi haqqında məlumat. Rafael Santi nədir? Rafael Santi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Malta

  • Fevral 23, 2026

    14 dekabr

  • Fevral 23, 2026

    Pretor

  • Fevral 23, 2026

    Çad

  • Fevral 12, 2026

    Cihaz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst