Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.

Heykəltaraşlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Heykəltaraşlıq

Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.

Mündəricat

Növləri

Heykəltaraşlıq əsasən 2 növə ayrılır:

  • həcmli və ya dairəvi
  • relyef (barelyef, qorelyef).

Sahələri

Heykəltaraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur:

  • monumental
  • dekorativ
  • dəzgah heykəltaraşlığı.

Monumental heykəltaraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltaraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltaraşlığı nümunələri sayılır.

Azərbaycanın professional heykəltaraşlığı

Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı , Fuad Əbdürəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur. Fuad Əbdüləhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi. Firdovsinin Şahnamə poemasındakı surətlərdən biri "Ox atan gənc" fiquru buna gözəl nümunə ola bilər. Fuad Əbdürəhmanovun "Nizami" abidəsi xüsusilə diqqət çəkəndir. Cəlal Qaryağdının yaradıcılığında "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad dağı yarır" qorelyefini xüsusi qeyd etmək lazımdır.

Müasir dövrdə Azərbaycan heykəltaraşlığı

Müasir dövrdə Azərbaycan heykəltaraşlığı Ömər Eldarov (H. Cavid, Bakı, 1993, tunc; Atatürk, Bakı, 2010, tunc), Tokay Məmmədov (Koroğlu, Bakı, 2012, tunc) kimi klassiklərlə yanaşı, Fuad Salayev (R. Behbudov, Bakı, 2016, tunc), Fazil Nəcəfov (Q. Qarayev, Bakı, 2014, qranit), Akif Əsgərov (akad. Y. Məmmədəliyev, Bakı, 1998, tunc), Natiq Əliyev (Zivər bəy Əhmədbəyov, Bakı, 2011, tunc), Görüş Babayev (Dədə Qorqud, Bakı, 2013, tunc) və başqalarının yaradıcılığı ilə təmsil olunur. Müstəqillik dövründə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yaddaqalan heykəllər qoyulmuşdu. Şərif Şərifovun Gəncədə (Həyat ağacı, 2015, tunc), Elman Cəfərovun Naxçıvanda (Dədə Qorqud, 1999, tunc) ucaltdığı monumental əsərləri maraqlı kompozisiya həlli ilə seçilir. Azərbaycanın bir çox heykəltaraşlarının ölkəmizin hüdudlarından kənarda da əsərləri ucaldılmışdı. Ömər Eldarovun (Ü. Hacıbəyli, Vyana, Avstriya, 2006, tunc, mərmər), Səlhab Məmmədov və Əli İbadullayevin (Nizami Gəncəvi, Roma, İtaliya, 2012, tunc), İmran Mehdiyevin (Xurşudbanu Natəvan, Vaterloo, Belçika, 2016, tunc) yaratdığı əsərlər məhz bu qəbildəndir. Müasir dövr Azərbaycan heykəltaraşlığı XX əsr heykəltaraşlıq ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır.

Həmçinin bax

  • Azərbaycanda heykəltəraşlıq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heykəltaraşlıq haqqında məlumat. Heykəltaraşlıq nədir? Heykəltaraşlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sen-Moris

  • Fevral 26, 2026

    ÜDM

  • Fevral 27, 2026

    Kənan Evrən

  • Fevral 10, 2026

    Tatarlar

  • Fevral 27, 2026

    Temza çayı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst