Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mikelancelo Buonarroti (it. Michelangelo di Lodovico di Leonardo di Buonarroti Simoni; 6 mart 1475[…], Kapreze-Mikelancelo[d], Florensiya Respublikası – 18 fevr

Mikelancelo

  • Ana Səhifə
  • Vikipediya
  • Mikelancelo

Mikelancelo Buonarroti (it. Michelangelo di Lodovico di Leonardo di Buonarroti Simoni; 6 mart 1475[…], Kapreze-Mikelancelo[d], Florensiya Respublikası – 18 fevral 1564[…], Roma, Papa dövləti[…]) — italyan heykəltaraşı, rəssam, memar və şair. Yüksək İntibah və İntibah dövrü mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.

Mikelancelo
it. Michelangelo Buonarroti
Doğum adı Michelangelo di Lodovico Buonarroti Simoni
Doğum tarixi 6 mart 1475(1475-03-06)[…]
Doğum yeri
  • Kapreze-Mikelancelo[d], Florensiya Respublikası
Vəfat tarixi 18 fevral 1564(1564-02-18)[…] (88 yaşında)
Vəfat yeri
  • Roma, Papa dövləti[…]
Dəfn yeri
  • Santa Korçe Bazilikası
Fəaliyyəti heykəltaraş, memarlıq çertyojçusu[d], rəssam, memar, şair, mühəndis, yazıçı, vizual incəsənət rəssamı
Təhsili
  • Florensiya Universiteti
Stillər Yüksək İntibah
Tanınmış işləri
  • Davud,
  • Pyeta,
  • Qiyamət günü,
  • Sikstin kapellasının tavanı,
  • Müqəddəs Pyotr kilsəsi,
  • Laurensiana kitabxanası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mikelancelo Buonarroti 6 mart 1475-ci ildə müflisləşmiş zadəgan Lyudovik Buonarottinin ailəsində anadan olmuşdur.

Fəaliyyəti

Kapreze şəhər hakiminin oğlu olan Mikelancelo rəssam C. Girlandayo (1488–1489) və heykəltaraş Bertoldo di Covannidən (1489–1490) dərs almışdır. Yaradıcılığının inkişafına Cotto, Donatello, Mazaççonun, eləcə də antik heykəltaraşlığın böyük təsiri olmuşdur. İlk əsərləri — "Madonna pilləkən yanında", "Kentavrların döyüşü", hər ikisi mərmər, təqr. 1490–1492.

Mikelancelo yaradıcılığının başlıca cəhətləri — obrazların monumentallığı, plastik gücü və dramatizmi, insanpərvərlik hissləri bütün təfərrüatı ilə özünü büruzə verir. Romada olarkən yaratdığı "İsa üzərində ağlaşma" ("Pyeta", 1498–1501) heykəli Mikelancelo üslubunun püxtələşdiyini göstərir. Dərin mənalı bu əsərin əsas ideyası əsl insani kədər, övlada məhəbbət kimi nəcib hisslərin tərənnümüdür.

Avtoportret

Mikelancelo 1501-ci ildə Florensiyaya qayıtmış, qəddar Mediçilərin hökmranlığına son qoymuş respublika vətəndaşlarının qəhrəmanlığını təcəssüm etdirən simvolik əsərlər üzərində işləmişdir (5 m-lik "David" heykəli, mərmər, 1501–1504). 1505-ci ildə Papa II Yuli Mikelancelonu Romaya çağırmış və ona özünün məqbərəsini yaratmağı tapşırmışdı. Məqbərə həcmi, əzəməti, gözəlliyi baxımından dünyada yeganə və nadir sənət əsəri olmalı idi. Məqbərənin layihələri tez-tez dəyişdirildiyindən onun inşası yalnız 1545-ci ildə başa çatdırılmışdı. Mikelancelo məqbərə üçün nəzərdə tutulmuş bir sıra heykəllər yaratmışdır ("Musa", 1515–1516; "Üsyankar qul" və "Canverən qul", hər ikisi 1513–1516). Mikelancelonun ən möhtəşəm və əzəmətli rəngkarlıq əsəri Vatikandakı Sikstin kapellası tavanının (plafon) freskalarıdır (1508–1512). Tavanın mərkəzində doqquz düzbucaqlı lövhə, onların ətrafında 20 çılpaq gənc fiquru, mərmər taxtlarda oturmuş 7 müdrik peyğəmbərin və 5 sivillanın surətləri, həmçinin dramatik məzmunlu kompozisiyalar ("İşığın zülmətdən ayrılması", "Günəşin, ayın və bitkilərin yaradılması", "Torpağın sudan ayrılması", "Adəmin yaradılması", "Həvvanın yaradılması", "Günahkarlıq və cənnətdan qovulma", "Nuhun qurbanı", "Dünya daşqını" və s.) yerləşdirilmişdir.

Ümumiyyətlə kapellanın 18 m hündürlükdə olan plafonunda 343 insan fiquru təsvir edilmişdir. 1520-ci illərdə Mikelancelonun həyata münasibətində bədbinlik yaranmış, bu da onun Florensiyada San-Lorenso kilsəsində yaratdığı məşhur Mediçilərin sərdabası (1520–1534) heykəltaraşlıq və memarlıq ansamblında əksini tapmışdır. Mikelancelo 1534 ildə həmişəlik Romaya köçmüş, Sikstin kapellasının mehrabında "Məhşər günü" adlı monumental freska üzərində işləmişdir (1536–1541).

Mikelancelo təqr. 1537–1538-ci illərdə "Brut" büst-heykəlini, 1542–1550-ci illərdə Romada Paolina kapellasının freskalarını, 1550–1555-ci illərdə isə öz qəbirüstü abidəsi üçün nəzərdə tutduğu "İsa üzərində ağlaşma" ("Pyeta") adlı dördfiqurlu heykəl yaratmışdır.

Mikelancelo memarlıq sahəsində

Mikelancelonun memarlıq sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. O, 1546 ildən Romadakı Müqəddəs Pyotr baş kilsəsinin layihəsi üzərində işləmiş, onun mehrab hissəsini klassik memarlıq orderləri sistemi üzrə möhtəşəm dinamik formalarda həll etmişdir. Mikelancelo Renessans dövrü memarlığında monumental ansambl probleminin həlli sahəsində ilk təşəbbüs göstərərək Kapitoli meydanını layihələşdirmişdir.

Mikelancelo poeziyası

Mikelancelo qoca yaşlarında poeziyaya daha çox maraq göstərmiş, əsasən madriqal və sonetlər yazmışdır. Sağlığında şerləri dərc olunmamışdı. İlk "Şerlər" kitabı 1623-cü ildə nəşr edilmişdir (D. Şostakoviç Mikelancelonun sözlərinə vokal süita yazmışdır). Mikelancelo yaradıcılığı insan şəxsiyyətinə pərəstiş, insanın böyüklüyünə və gözəlliyinə inam hissləri ilə aşılanmışdır.

Əsərləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mikelancelo haqqında məlumat. Mikelancelo nədir? Mikelancelo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baş-Noraşen

  • Fevral 27, 2026

    Diamaqnetizm

  • Fevral 24, 2026

    Translyasiya

  • Fevral 27, 2026

    Üzv

  • Fevral 27, 2026

    Sifət (qrammatika)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst