Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fil — xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır. Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afr

Fil

  • Ana Səhifə
  • Vikipediya
  • Fil

Fil — xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır. Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana)

Fil
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Dəstəüstü:
Afroterilər
Klad:
Paenungulata
Klad:
Tethytheria
Dəstə:
Xortumlular
Yarımdəstə:
Elephantiformes
Klad:
Elephantimorpha
Klad:
Elephantida
Fəsiləüstü:
Elephantoidea
Fəsilə:
Fillər
Beynəlxalq elmi adı
Elephantidae
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Lakin mənbələrlə əsaslasaq, Afrika savanna filinin (L. africana) və Afrika meşə filinin (L. cyclotis) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. Mamontlar və mastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çəkisi isə 7000kq-a çatır.  Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır. Asiya fillərinin daha kiçik qulaqları olur və onlar qabarıq və ya düz arxa forması ilə seçilirlər.

Afrika qolu fil skeleti.

Fitofaq heyvanlara daxil olan fillər Savanna, meşə, səhra və bataqlıq kimi təbii yaşayış yerlərində rast gəlinir . Adətən su hövzələrinin yaxınlığında məskunlaşmağa üstünlük verirlər. Ətraflarına buraxdıqları təsirə görə kilit daşı növlərindən (keystone) biri hesab olunurlar. Digər heyvanlar əsas fillərdən uzaq dururlar və şir, pələng, hiyen və vəhşi itlər kimi yırtıcılar yalnız körpə fillərə hücum edirlər. Dişi fillər adətən dişi özünün balaları ilə və ya qohum dişilərdən və onların balalarından ibarət ailə qruplarında yaşayırlar. Bir neçə dişi və onların qohumlarından ibarət qrupun lideri ən yaşlı dişi olur. Fillərin yaratdığı bu ailə qrupları bəzən bir araya gələrək daha böyük icmalar da yarada bilir. Yetkinlik yaşına çatdıqdan sonra erkək fillər ailə qrupunu tərk edirlər. Onlar təkbaşına yaşaya və ya digər erkək fillərlə birlikdə qrup yarada bilirlər. Yetişkin erkək fillər cütləşmək üçün həyat partnyor axtararkən ailə qrupları ilə bir araya gəlirlər. Testosteron ifrazının artdığı və son dərəcə aqressiv davranışların müşahidə edildiyi dönəmlərində mest adlanan vəziyyət erkək fillərin dominant olmasına imkan verir və onların reproduktiv uğurlarını artırır. Ailə qruplarında körpə fillər əsas diqqət mərkəzindədirlər və onlara üç yaşlarına qədər anaları tərəfindən baxılır. Fillər təbii yaşayış yerlərində 70 ilə qədər yaşaya bilirlər. Onlar toxunma, görmə və eşitmə vasitəsibir-birləri ilə lə ünsiyyət qularrur.

Uzun məsafələr arasında fillər insanların eşidə bilmədiyi qədər çox aşağı tezlikli səslər ilə seysmik rabitə vasitəsilə ünsiyyət qura bilirlər. Fillərin zəkasını primatlar və balinalarla müqayisə edilə biləcək səviyyədədir. Onların özlərinin varlığından xəbərdar olduqları və öz növlərindən olanları ölməkdə olan vəziyyətdə gördükdə və ya ölən heyvanları gördükdən onlara qarşı empatiya göstərdikləri müşahidə edilmişdir.

Afrika filləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən nəsli kəsilmək təhlükəsi yüksək olan həssas növlər, Asiya filləri isə nəsli kəsilmək təhlükəsi çox yüksək olan növlər siyahısındadır. Fil populyasiyaları üçün ən böyük təhlükələrdən biri brakonyerlikdir. Onlar bu heyvanları dişləri üçün öldürür və bu dişlərifil sümüyü ticarəti üçün satırlar. Digər təhlükələrə yaşayış yerlərinin məhv olması və yerli sakinlərin təsərrüfat maraqların bu heyvanlarla toqquşması da daxildir. Asiyada fillərdən əsasən yük daşıyıcı heyvan kimi istifadə olunur. Keçmişdə müharibələrdə də döyüş fillərindən istifadə edilmişdir. Fillər müasir dövrdə zooparkların və sirklərin daimi üzvləridir. Fillərdən incəsənət, folklor, din, ədəbiyyat və populyar mədəniyyət sahələrində tez-tez istifadə edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fil haqqında məlumat. Fil nədir? Fil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Xınalıq mahalı

  • Fevral 27, 2026

    Azərbaycan hip-hopu

  • Fevral 25, 2026

    Bakı quberniyası

  • Fevral 27, 2026

    Anri Fayol

  • Fevral 27, 2026

    Cəfəri (bitki)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst