Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məməlilərdə testosteron ilkin olaraq, erkəklərdə xayalarda, dişilərdə yumurtalıqlarda, həm kişilərdə, həm də qadınlarda çox az miqdarda böyrəküstü vəzlərindən i

Testosteron

  • Ana Səhifə
  • Vikipediya
  • Testosteron

Testosteron — androgen qrupundan olan steroid hormonu.

Testosteron
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C19H28O2
Fiziki xassələri
Molyar kütlə 288.43 q/mol
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 155 °C
Təsnifatı
CAS-da qeyd. nöm. 58-22-0
PubChem 6013
EINECS-də qeyd. nöm. 200-370-5
SMILES
 
  • CC12CCC3C(C1CCC2O)CCC4=CC(=O)CCC34C
InChI
 
  • InChI=1S/C19H28O2/c1-18-9-7-13(20)11-12(18)3-4-14-15-5-6-17(21)19(15,2)10-8-16(14)18/h11,14-17,21H,3-10H2,1-2H3/t14-,15-,16-,17-,18-,19-/m0/s1
    MUMGGOZAMZWBJJ-DYKIIFRCSA-N
ChEBI 17347
ChemSpider 5791
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Məməlilərdə testosteron ilkin olaraq, erkəklərdə xayalarda, dişilərdə yumurtalıqlarda, həm kişilərdə, həm də qadınlarda çox az miqdarda böyrəküstü vəzlərindən ifraz olunur. Erkək cinsiyyət hormonudur.

Sağlamlıq, enerji, libido, immun sistemi ilə və osteoparoz ilə yaxından bağlıdır. Yetkin  kişinin qanındakı miqdarı yetkin  qadındakinin 40-60 qatı qədər ola bilər. Ancaq qadınlar davranış baxımından (anatomik və ya bioloji baxımdan deyil) bu hormona qarşı çox daha həssas olurlar.

Kişilərdə saçların tökülməsinə səbəb ola bilər.

Qadınlarda eritrositlərin sayısının kişilərə nisbətən daha aşağı olmasının səbəblərindən biri də testosteronun miqdarıdır.

Mündəricat

Xaricdən testosteron hormonunun qəbulu 

Bəzi idmançıların, xüsusilə də bodibilderlərin testosteronu xarici dopinq maddəsi kimi istifadə etdikləri məlumdur. Bunun səbəbi testosteronun əzələləri daha tez inkişaf etdirməsi və ya idmançının normal üsullarla əldə edə bilməyəcəyi gücə çatmasına olan inancdır.

Dopinq olaraq testosteron istifadəsinin əks təsirləri

  • Qaraciyər və böyrəklərdə şişin yaranması;
  • Ürək əzələlərinin zədələnməsi;
  • Ürək ritmlərinin pozulması;
  • Ateroskleroz;
  • Xolesterol sisteminin pozulması;
  • Çizgili əzələ hüceyrələrinin böyüməsinə səbəb ola bilər;
  • Saç tökülməsi;
  • Sonsuzluq;
  • Aqqresiv davranışın ayaranması.

Təbii üsullarla testosteron hormonunun artırılması

Aşağıdakılar testosteron hormonunun artmasına səbəb olur:

  • İdmanla məşğul olmaq (qaçış, ağırlıq qaldırma və s);
  • Proteinlə zəngin məhsullar ilə qidalanma;
  • Sağlam yuxu rejimi.

Testosteron hormonunun ifrazına mənfi təsir edən amillər

  • Siqaret aludəçiliyi;
  • Alkoqol aludəçiliyi;
  • Narkotik aludəçiliyi;
  • Həddindən artıq stress
  • Həddən artıq çəkili olmaq (piylənmə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Testosteron haqqında məlumat. Testosteron nədir? Testosteron nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1765-ci il

  • Fevral 27, 2026

    Xəzər rayonu

  • Fevral 27, 2026

    Qaqauzlar

  • Fevral 27, 2026

    Sərdarabad

  • Fevral 27, 2026

    Baharlı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst