Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologi

Zoologiya parkı

  • Ana Səhifə
  • Vikipediya
  • Zoologiya parkı

Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur.

Çanq-Mai (Chiang Mai Zoo) parkında pandalar
Zoologiya parkı
Barselonada akvarium

Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır. Bəzi böyük şəhərlər-də bir neçə zoologiya parkı var: Tokio və Çikaqoda 2, Paris və Londonda 3, Nyu-Yorkda isə 4.

Bakıda zoologiya parkı 1945-ci ildə yaradılmışdır və hal-hazırda BAKI HEYVANAT PARKI adlanır.

Dünyanın ən yaxşı zoologiya parkları Berlin, Leypsiq, Köln, San-Diyeqo, Praqa və Varşavadadır.

Həmçinin bax

  • Zoonozlar
  • Zoologiya muzeyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zoologiya parkı haqqında məlumat. Zoologiya parkı nədir? Zoologiya parkı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dolmabaxça sarayı

  • Fevral 26, 2026

    Qdansk

  • Fevral 27, 2026

    Ankara dovşanı

  • Fevral 27, 2026

    Windows 8.1

  • Fevral 23, 2026

    Ağ amerikalılar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst