Ceylan Mumoğlu (tam adı: Ceyran Qurban qızı Nadirova; 19 dekabr 1976, Sumqayıt) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist.
| Ceylan Mumoğlu | |
|---|---|
| Ceyran Qurban qızı Nadirova | |
| |
| Doğum adı | Ceyran Nadirova |
| Doğum tarixi | |
| Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Təhsili | M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti |
| Fəaliyyəti | yazıçı, tərcüməçi və publisist |
| Fəaliyyət illəri | 2009 — h.h. |
| Əsərlərinin dili | azərbaycanca |
| ceylanmumoglu.com | |
Həyatı
Ceyran Qurban qızı Nadirova 19 dekabr 1976-cı ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub.
1983-1993-cü illərdə Sumqayıt şəhər 24 nömrəli orta məktəbində təhsil alıb. 1993-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni bitirib. 1997-2007-ci illər ərzində müxtəlif məktəblərdə tarix müəlliməsi işləyib. 2007-ci ildən ailə quraraq Türkiyənin İstanbul şəhərinə köçüb. 2011-ci ildən Türkiyə vətəndaşıdır.
Fəaliyyəti
2009-2017-ci illərdə Azərbaycanın ilk milli qadın portalı olan qadin.net saytında həmtəsisçi və baş redaktor vəzifəsində işləyib.
2009-cu ildən saytdakı fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyətə də başlamış, bir çox psixoloji, parapsixoloji araşdırma məqalələrin, müxtəlif müsabiqələrdə mükafat almış hekayələrin və "Aydınlanma səyahəti", "Qurbağa öpüşü", "Sev və inan" kitablarının müəllifidir.
2009-cu ildən ədəbi fəaliyyətə başlayıb, ilk hekayələrini, araşdırmalarını və publisist məqalələrini yazmağa başlayıb.
C. Mumoğlunun həmtəsisçisi olduğu qadin.net saytı 2013-cü ildə Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer olub.
2018-ci ildə “Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalının “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə keçirdiyi hekayə müsabiqəsində "Quyu" hekayəsilə iştirak etmiş və uğurlu iştirakına görə təltif edilib.
2018-ci ildən Azərbaycanda "Ustad", 2020-ci ildən isə Türkiyədə "DergiZan" jurnalında fəaliyyət göstərir və mütəmadi olaraq bu jurnallarda yazıları çıxır.
2018-ci ilin dekabr ayında "Kuyu" adlı ilk türkcə hekayəsi yayımlanıb.
2021-ci ildə Qadının üç yaş dövrü romanı türk dilinə tərcümə edilib və "Kadının üç çağı" adı ilə Ankarada nəşr edilib.
Əsərləri
Müəllifi olduğu
Kitabları
- Aydınlanma səyahəti
- Qurbağa öpüşü
- Sev və inan
- Qadının üç yaş dövrü
Məqalələri
- "Çarlz Dikkens - İki şəhərin hekayəti"
- "Çexovun “Albalı bağı”ndakı simvollar"
- "Daniel Kuin - "İsmayıl""
- "Den Braunun son kitabındakı sənət əsərləri - Siyahı"
- "Den Braunun son kitabındakı sənət əsərləri - Siyahı - İkinci"
- "Dino Bussati - “Tatar çölü”"
- "Dostoyevskinin xəyalpərəsti "Bəyaz gecələr"də"
- "Dostoyevski “Yoxsul insanlar""
- "Dücane Cündioğlu - Motto"
- "Emili Bronte - "Uğultulu təpələr""
- "Əhməd Həmdi Tanpınar - “Saatları qurma institutu”"
- "Əlif Şəfəqin “İsgəndər”ində kainat və hekayə uzlaşması"
- "Fəriba Vəfinin ilk romanında qəhrəmanın özünüdərk problemi"
- "Frans Kafkanın gündəlik vərdişləri"
- "F. Dostoyevski - "İdiot""
- "F. Dostoyevski - "Oxşar" (Dvoynik)"
- "F.M. Dostoyevski - "Karamazov qardaşları""
- "F.M. Dostoyevski yaradıcılığında uşaqlıq mövzusu"
- "Harper Li "Bülbülü öldürmək""
- "Haruki Murakaminin gündəlik vərdişləri"
- "Herman Hessenin özünü axtaran qəhrəmanı - "Demian" povesti"
- "Həmid Piriyev - "Şanapipik haqqında mahnı""
- "İki nəfərin törətdiyi cinayət üç prizmada - Güzgülər kitabı"
- "İlqar Fəhmi - "Aktrisa""
- "İlqar Kamil - “Yerlə Göy arasında”"
- "İtalo Kalvino - "İkiyə bölünmüş vikont""
- ""İt ürəyi" - Mixail Bulqakov"
- "İvan İliçin ölümü" - Lev Tolstoy"
- "Karl Qustav Yunqu necə oxumalı? - Araşdırma"
- "L.N. Tolstoy "Dirilmə""
- "L.N. Tolstoy "Kreyser sonatası" (Qadın ruhu)"
- "Marianne Musgrove - "Qayğı ağacı""
- "“Martiroloq” - ümid yarpağı"
- "“Məntiqi” novella, yoxsa “detektiv əsər”?"
- "Milorad Paviç - "İstanbulda son məhəbbət" (falçılıq vəsaiti)"
- "Nəsillərin qarşıdurması Turgenev qələmində"
- "Qadın hara, fəlsəfə hara?"
- "Qazali - "Qəlb risaləsi""
- ""Qırmızı saçlı qadın" - Keçmişin yeni versiyası"
- "Sevgisizlik"
- "Somerset Moem - “Teatr”"
- "Toni Morrison - "Sevimli qadın" (Beloved)"
- "Ted Çan - “Sənin həyat tarixçən”"
- "Təhqirə qarşı antitəhqir (psixoloji metodlar)"
- "Vilyam Qoldinq - “Milçəklər kralı”"
- "Ülviyyə Tahir - "ALJİR""
- ""Üstünlük kompleksi"nə sosial şəbəkələr üzərindən baxış"
- "Virciniya Vulf - "Missis Dellouy""
- "Virciniya Vulf - "Orlando""
- "Virciniya Vulf "Özünə aid bir otaq""
- "Vulfun antiailə konsepti: “Mayaka doğru”nun gizlinləri"
- "Zahid Sarıtorpaq - “Dərdin sarı çəpkəni”"
- "Zenonun özünüdərki" - İtalo Svevo"
Tərcümələri
Kitabları
- Alfred Adler, "Sosial maraq"
- Eudien Ovidiu Çiroviçi, "Güzgülər kitabı"
- Reymond Kerver, "Sevgidən bəhs edəndə nə danışırıq"
- Ceylan Mumoğlu, "Dünya ədəbiyyatından hekayələr"
- Osman Balcıgil, “Yaşıl mürəkkəb” romanı
Məqalələri
- Ancela Karter, "Öpüş" hekayəsi
- Andreas Masnbrok (Andreas Mussenbrock), "Alber Kamyunun təlimi"
- Andreas Masnbrok, "Martin Heideqqerin təlimi"
- Dino Bussati, "Eynşteynlə görüş"
- Fyodor Dostoyevski, "Milad ağacındakı oğlan"
- Moris Fransez, "Fəlsəfə intellektual söhbət, yoxsa həyat təlimidir?"
- Necati Tosuner, "Sonra..."
- Nil Gün, "El-aləm nə deyər? (Çox yayılmış düşüncə xətalarımız)"
- Osman Bahadır, "Ada Lavleys (Ledi Bayron)"
- Virciniya Vulf, “Ceyn Eyr” və “Uğultulu təpələr” (esse)
Mükafatlar
- 2013: Qadin.Net - Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer.
- 2018: "Cümhuriyyət - 100" hekayə müsabiqəsində uğurlu iştirakına görə təltifnamə
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ceylan mumoğlu sözünün mənası, ceylan mumoğlu haqqında məlumat. ceylan mumoğlu nədir? ceylan mumoğlu nə deməkdir?
