Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yolçiyev Varis Musa oğlu (7 iyun 1966, Sumqayıt) — yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar G

Varis Yolçiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Varis Yolçiyev

Yolçiyev Varis Musa oğlu (7 iyun 1966, Sumqayıt) — yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü. Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti". Soçidə (Rusiya) keçirilən LIFFT — 2019 Avrasiya Ədəbiyyat Festivalının laureatı.

Varis Yolçiyev
Varis Musa oğlu Yolçiyev
Varis Yolçiyevin Sumqayıtda oxucularla görüşü, 6 sentyabr 2014.
Varis Yolçiyevin Sumqayıtda oxucularla görüşü, 6 sentyabr 2014.
Doğum adı Varis
Doğum tarixi 7 iyun 1966 (59 yaş)
Doğum yeri Sumqayıt
Azərbaycan Azərbaycan SSR
SSRİ SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20172017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Avrasiya Xalqları Assambleyası Ədəbi Şurasının sədri Marqarita Al qalibləri mükafatlandırır. Qızıl mükafatçılar Varis Elçiyev (Azərbaycan) və Nikolay Şamsutdinov (Rusiya)

Mündəricat

Həyatı

Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə "7 gün" qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktorudur.

Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən ("European Market Research Center", "Editorial Ofice" və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru" adına layiq görülüb. 18 kitabın ("Əsl insan haqqında", "Azərbaycan prezidenti", "Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi" və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri ("Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar") işıq üzü görüb. İlk bədii kitabı ("Sonuncu ölən ümidlərdir") 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" adlı növbəti kitabları işıq üzü görüb. Kitabları Özbəkistanda,Rusiyada və Türkiyədə çap olunub.

Mükafatları

  • Azərbaycan Respublikasının Əməkdar Jurnalisti
  • "Qızıl Kəlmə" ali ədəbiyyat mükafatı
  • Avrasiyanın 3-cü LIffT festivallar festivalının qızıl medalı
  • Unesconun Adam Mitskeviç medalı
  • Moskva ədəbiyyat mükafatı
  • Rusiya Yazıçılar Birliyinin "Mayakovski"medalı
  • Rusiya Yazıçılar Birliyinin "Puşkin"medalı
  • "Dan Ulduzu" ali jurnalistika mükafatı
  • Əli Bəy Hüseynzadə mükafatı

Üzvlükləri

Beynəlxalq Yazıçılar Gildiyası

Azərbaycan Yazıçılar Birliyi

Rusiya Yazıçılar Birliyi

Azərbaycan Jurnalistlər birliyi

Əsərləri

  1. Sonuncu ölən ümidlərdir (roman). Bakı: 2008, 350 səh.
  2. Bir ovuc torpaq. Bakı: Vektor, 2009. 318 səh.
  3. Sənə inanıram (roman). Bakı: Apostrof, 2010. 349 səh.
  4. Yetmiş yeddinci gün (roman). Bakı:Apostrof, 2012. 479 səh.
  5. Əzilmiş fotoşəkillər (roman). Bakı: Apostrof - 2012. 277 səh.
  6. Sonuncu ölən ümidlərdir (roman). Bakı: Apostrof, 2012. 351 səh.
  7. Metamorfoz. Bir gecənin əhvalatı (roman). Bakı: OL MMC, 2013. 199 səh.
  8. Yol ayrıcında azıb qalanlar (roman). Bakı: n. y., 2013. - 349 səh.
  9. Son məktub (roman). Bakı: “OL” MMC. 2014. 264 səh.
  10. Yaşıl üzlü gündəlik (roman). Bakı: 2014.
  11. Bitməyən matç (roman). Bakı : Çaşıoğlu, 2015. - 271 səh.
  12. Əzilmiş fotoşəkillər (roman). Bakı: Hədəf Nəşrləri, 2016. 275 səh.
  13. Üçbucaq (roman). Bakı: Qanun, 2016. 270 səh.
  14. Uzaqdan gələn yağış (roman). Bakı: Kitab Klubu, 2017. 224 səh.
  15. Uzaqdan gələn yağış (roman). Bakı: TEAS Press, 2018. 222 s.
  16. Qızıl cib saatı (roman). Bakı: Qanun, 2014. 264 s

Filmoqrafiya

Bir ovuc torpaq.Televiziya:Lider TV. Sənə inanıram (serial, 2013)

Həmçinin bax

  • Rövşən Abdullaoğlu
  • Elxan Elatlı
  • Elizabet Tüdor
  • Ülviyyə Tahir
  • Ceylan Mumoğlu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Varis Yolçiyev haqqında məlumat. Varis Yolçiyev nədir? Varis Yolçiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nestor

  • Fevral 28, 2026

    Nərə

  • Fevral 27, 2026

    Şiqeru Yoşida

  • Fevral 27, 2026

    Parabüzən

  • Fevral 27, 2026

    İsveçrə əhalisi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst