Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç — hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək sü

Hekayə

  • Ana Səhifə
  • Vikipediya
  • Hekayə

Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç — hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsilə fikirlərdən ibarət olur.

Mündəricat

Süjet

Əhvalatın bədii əsərdə inkişafına süjet deyilir və aşağıdakı məntiqi ardıcıl hissələrdən ibarətdir:

  • Əhvalatın başlanğıcı
  • Hadisə
  • Fakt
  • Münasibətlərin doğulması
  • Ziddiyyətlərin toqquşması
  • Münaqişənin inkişafı
  • Kulminasiya
  • "Düyünlərin" açılması

Tarixi

Qədim Yunanıstandakı "Ərəb gecələri" adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı.

Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun "Dekameron" əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan "vəba" epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur.

Hekayə zamanla iki yerə bölünür; hadisə hekayəsi və vəziyyət hekayəsi.

Hadisə Hekayəsi: Hadisə mərkəzində inkişaf edən və bitən hekayələr. Belə mətnlərdə maraq elementi ön plandadır. Bu janrın ən mühüm nümunələri fransız yazıçısı Gi de Mopassan tərəfindən verilmişdir. Buna görə də hadisə hekayəsi Maupassant üslubunda hekayə adlanır.

Situasiya hekayəsi: Hekayəyə əsaslanmayan, lakin insanlar və ya həyatın kəsişməsi haqqında olan hekayələr adlanır. Bu cür hekayələrdə maraq hissi arxa plana keçir və vəziyyət və ya şəxs təsvir edilir. Situasiya hekayəsinin ən mühüm nümunələri rus yazıçısı Anton Çexov tərəfindən verilir. Bu səbəbdən situasiya hekayələrinə Çexov üslublu hekayələr də deyirlər.

Ədəbiyyatımızda ilk hekayələr Nizami Gəncəviyə aiddir. Lakin, bu hekayələr müstəqil şəkildə deyil, onun "Sirlər xəzinəsi" poemasının daxilində mənzum hekayə olaraq verilmişdir. Ədəbiyyatımıza ilk müstəqil mənzum hekayə Məhəmməd Əmaninin yaradıcılığı ilə gəlmişdir. Bundan əlavə Ədəbiyyatımızda A. Bakıxanov ("Kitabi-Əsgəriyyə") və İ. Qutqaşınlı ("Rəşid bəy və Səadət xanım") kimi hekayələr də yazılmışdır. N. Gəncəvi, A. Bakıxanov, Q. Zakir, S. Ə. Şirvani kimi yazıçılarımızın yaradıcılığında mənzum hekayələr vardır. C. Məmmədquluzadənin "Poçt qutusu", Ə. Haqverdiyevin "Mirzə Səfər" əsərləri hekayənin səciyyəvi nümunələridir.

Novella

Hekayə janrının gözlənilməz finalla bitən forması novelladır. C. Məmmədquluzadənin "Qurbanəli bəy", Ə. Haqverdiyevin "Bomba", Mir Cəlalın "Badamın ləzzəti" hekayələri novella nümunəsi sayıla bilər. Lakin bəzən dünya ədəbiyyatında hekayəni sadəcə novella adlandırırlar

Hekayədə epiqrafdan, sitatdan geniş istifadə olunmaqla bərabər içərisində süjetə taraz gələn və onu ixtiyarınca açıqlayan, ifadələyən şeirlərdən, mahnı sözlərindən istifadə olunur. Bütün hekayələrin maraqlı məzmunu olmalıdır. Qısa hekayə hekayə və ya romandan daha kiçik bədii ədəbiyyat formasıdır. Təqdimat tərzi ilə seçilən novella qısa hekayə müasir hekayə anlayışının ekvivalenti olan ingilis omonim novellası ilə qarışdırılmamalıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hekayə haqqında məlumat. Hekayə nədir? Hekayə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Coş Hartnett

  • Fevral 27, 2026

    Atom bombası

  • Fevral 27, 2026

    Sarvan (Borçalı)

  • Fevral 27, 2026

    Estetçilik

  • Fevral 27, 2026

    E.ə. 66

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst