Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şirvan külməsi və ya Azərbaycan külməsi (lat. Pseudophoxinus atropatenus) — Çəkikimilər fəsiləsinə aid bir növdür.

Şirvan külməsi

  • Ana Səhifə
  • Vikipediya
  • Şirvan külməsi

Şirvan külməsi və ya Azərbaycan külməsi (lat. Pseudophoxinus atropatenus) — Çəkikimilər fəsiləsinə aid bir növdür.

Şirvan külməsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Dəstəüstü:
Ostariophysi
Ranqsız:
Otophysi
Ranqsız:
Cypriniphysae
Dəstə:
Çəkikimilər
Fəsiləüstü:
Cyprinoidea
Fəsilə:
Çəkilər
Yarımfəsilə:
Leuciscinae
Cins:
Külmə
???:
Şirvan külməsi
Beynəlxalq elmi adı
  • Rutilus atropatenus
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
ITIS  689994

Mündəricat

Yayılması

Azərbaycanda Qəbələ rayonunun Türyançay sistemindəki bulaq sularında (Nic və Çuxur Qəbələ kəndlərində olan bulaqlarda) yayılmışdır. Lakin arealın məhdudluğu, antropogen təsirlər (yayıldığı sahələrin çirkləndirilməsi, qurudulması və s.) növə təhlükə yaradır. Şirvan külməsinin endemik növ olmasını və məhdud sahədə yayılmasını nəzərə alaraq onun yayıldığı ərazi xüsusi mühafizə olunan ərazi elan olunmalıdır.

Morfoloji əlamətləri

D III 7-8, A III 7 (8), squ. 37-39. orta hesabla 37,9 - dur. Yan xətt pulcuqları dəliksiz pulcuqların arasında nizamsız düzülmüşdür. Yan xətt tam deyildir. Dəlikli pulcuqlarının sayı 17-dən 38-ə qədərdir. Yan xətdən yuxarıda 5-7 sıra, aşağıda isə 3-4 sıra pulcuqlar yerləşir. Ağzı uc tərəfdə çəpəki yerləşir. Bədəni yoğun, alnı enli, pulcuqları isə girdə olur. Bel üzgəcində 3 şaxəsiz, 7 - 8 şaxəli, anal üzgəcində isə 3 şaxəsiz, 7 şaxəli şüa vardır. Şirvan külməsi xarici görünüşcə Soyuqbulaq külməsinə oxşayır, lakin ondan bir sıra əlamətlərinə görə fərqlənir. Soyuqbulaq külməsində başı uzun, alnı enli, gözdalı məsafə az olur. Şirvan külməsində ağzın zirvəsi gözün alt kənarından yuxarı səviyyədə, Soyuqbulaq külməsində isə gözün alt kənarından aşağı və ya onunla eyni səviyyədə yerləşir. Birincidə üzmə qovuğunun dal kənarı girdə, ikincisində isə sivri olur.

Yaşayış yeri və həyat tərzi

Şirinsu balığıdır. Meşəlik yerlərdəki bataqlığa bənzər bulaq sularında yaşayır. Dibi lili, içərisində qamış bitən, zəif sürətlə axan çayları çox sevir. Su cücülərinin sürfələri və detridlə qidalanır. Uzunluğu 9.6 sm-ə qədər olur. Bir yaşı tamam olduqda uzunluğu 2.8 – 5.7 sm, orta hesabla 4.5 sm, 2 yaşı tamam olduqda 5.9 – 8.0 sm, orta hesabla 6.9 sm olur. İki-üç ilə qədər yaşayır.

Sayı

Az saylı balıqdır. Sayı haqqında dəqiq məlumat yoxdur.

Təsərrüfat əhəmiyyəti

Şirvan külməsinin heç bir təsərrüfat əhəmiyyəti yoxdur.

Məhdudlaşdırıcı amillər

Arealın məhdudluğu, antropogen təsirlər (yayıldığı sahələrin çirkləndirilməsi, qurudulması və s.).

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

Şirvan külməsinin endemik növ olmasını və məhdud sahədə yayılmasını nəzərə alaraq onun yayıldığı ərazi xüsusi mühafizə olunan ərazi elan olunmalıdır.

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  2. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild, Bakı: Elm, 2004, s. 94.
  3. Державин А.Н. Новый вид плотвы Rutilus (Orthroleucos) atropatenus sp.nova из Азербайджана. Труды АзФАН СССР, серия зоол., т.ХХ, 1937, с.21-79;
  4. Абдурахманов Ю. А. Рыбы пресных вод Азербайджана. Bakı: Elm, 1962, с.94-96; 3. Azərbaycanın heyvanlar aləmi: Onurğalılar, III cild. Bakı: Elm, 2004. səh. 94
  5. Державин А.Н. Новый вид плотвы Rutilus (Orthroleucos) atropatenus sp.nova из Азербайджана. Труды АзФАН СССР, серия зоол., т. ХХ, 1937, с. 21 - 79;
  6. Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. Баку: Элм, 1962, с. 94 - 96;


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şirvan külməsi sözünün mənası, şirvan külməsi haqqında məlumat. şirvan külməsi nədir? şirvan külməsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adelaida Məmmədova

  • Fevral 27, 2026

    SS

  • Mart 06, 2026

    Antonio Salyeri

  • Mart 06, 2026

    Todd Hovard

  • Mart 01, 2026

    Lentibulariaceae

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst