Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtima

Endemik

  • Ana Səhifə
  • Vikipediya
  • Endemik

Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar.

Yalnız Azərbaycanda bitən Xəzər Zəfəranı (Crocus caspius)

Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir. Azərbaycanda 240 endemik bitki növü mövcuddur (Eldar şamı, Lənkəran akasiyası və s.)

Paleoendemiklər

Paleoendemiklər yaşayış yerinin onlardan daha mütərəqqi qruplardan təcrid olması sayəsində həyatda qala bilən qədim taksonların nümayəndələridirlər.

Paleoendemiklərin ən parlaq nümayəndələri Avstraliyanın birdəlikli (Monotremata) və kisəli (Metatheria) məməliləridir. Hazırda Avstraliyaya çoxlu sayda bitki və heyvan növlərinin gətirilməsi ilə əlaqədar digər endemik flora və fauna sıxışdırılır. Məsələn, Avstraliyaya dovşanların və keçilərin gətirilməsi onun təbiətinə nisbətən böyük ziyan vurmuşdur.

Ən qədim qrupların nümayəndələri olan paleoendemiklər canlı qazıntılar adlanır və təkamül nəzəriyyəsi baxımından böyük maraq kəsb edir. Ən məşhur canlı qazıntılar bu balıqlardır: Crossopterygii aid olan latimeria (Latimeria chalumnae) və sürünən heyvanlara aid edilən və dimdikbaşlar (Rhynchocephalia) dəstəsindən olan tuatara (Sphenodon punctatum).

Neoendemiklər

Neoendemiklər yeni təcrid olunmuş yerlərdə yaranan mütərəqqi gənc növlər və formalardır. Britaniya adalarının, Krımın, Baykalın endemikləri buraya aid edilir. Baykal gölünün ən tanınmış endemiki baykal suitisi (Pusa sibirica) sayılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Endemik haqqında məlumat. Endemik nədir? Endemik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Milçək

  • Fevral 27, 2026

    Döyüş-macəra oyunu

  • Fevral 27, 2026

    Jujanlar

  • Fevral 27, 2026

    David Bakradze

  • Fevral 26, 2026

    Yaroslavl

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst