Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Todd Hovard (ing. Todd Howard; 6 oktyabr 1970, Louer Makunqi Taunşip[d], Pensilvaniya) — ABŞ videooyun dizayneri, rejissoru və prodüseri. O hal-hazırda "Bethesd

Todd Hovard

  • Ana Səhifə
  • Vikipediya
  • Todd Hovard

Todd Hovard (ing. Todd Howard; 6 oktyabr 1970, Louer Makunqi Taunşip[d], Pensilvaniya) — ABŞ videooyun dizayneri, rejissoru və prodüseri. O hal-hazırda "Bethesda Game Studios"un baş direktoru və icraçı prodüseridir. Hovard burada "Fallout 3", "Fallout 4" və "Elder Scrolls" oyunları üzərində işləmişdir. GamePro jurnalı Hovardı son 20 il ərzində "Videooyunçuluğun ən təsirli 20 adamı"ndan biri adlandırmışdır. Hovard IGN tərəfindən "Bütün vaxtların ən yaxşı oyun yaradıcıları" siyahısına əlavə edilmişdir.

Todd Hovard
ing. Todd Howard
2010-cu ildə Hovard
2010-cu ildə Hovard
Doğum tarixi 6 oktyabr 1970(1970-10-06) (55 yaş)
Doğum yeri
  • Louer Makunqi Taunşip[d], Lihay qraflığı[d], Pensilvaniya, ABŞ
Milliyyəti Amerikalı
Təhsili
  • Vilyam və Meri kolleci
Fəaliyyəti video oyun rejissoru[d], video oyun prodüseri[d], informatik, aparıcı, video oyun dizayneri[d]
Fəaliyyət illəri 1994-cü ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illəri

Todd Hovard 25 aprel 1971-ci ildə Pensilvaniya ştatının Louer Makunqi Taunşipində anadan olmuşdur. Hovardda uşaq vaxtlarında kompüterlərə, xüsusilə videooyunlarına böyük maraq yaranmışdı. Hovard Wizardry və Ultima III: Exodus oyunlarını gələcəkdə yaratdığı oyunların ilham mənbəyi hesab edir. Todd 1989-cu ildə Emmaus Orta Məktəbindən məzun olmuşdur. 1993-cü ildə o Uilyamsburq, Virciniyadakı Uilyam və Meri Kollecindən məzun olmuşdur.

Wayne Gretzky Hockey oynadıqdan sonra Hovard "Bethesda Softworks" şirkətində işləmək üçün şirkətin ofisinə getdi, ancaq hələ də məktəbdə təhsil aldığından bu təklifi rədd edilmişdir. Məktəbi bitirdikdən sonra yenə Bethesda ofisinə işləmək üçün getdi, ancaq yenə rədd edildi.

Karyera

Hovard "Bethesda Softworks" şirkətinə 1994-cü ildə qoşulmuşdur. "Bethesda Softworks" üçün diqqətəlayiq ilk işi "Terminator: Future Shock", "Skynet", daha sonra "The Elder Scrolls II: Daggerfall" oyununun prodüseri və dizayneri olmaq idi. Hovard "The Elder Scrolls Adventures: Redguard" videooyununun layihə rəhbəri və dizayneri idi. Hovard "The Elder Scrolls III: Morrowind" videooyununun və genişləndirmə paketlərinin layihə rəhbəri və dizayneri idi. Hovard "The Elder Scrolls IV: Oblivion" və onun bütün endirilə bilən məzmunlarının hazırlanmasına rəhbərlik etmişdir. Bundan sonra, Hovard "Fallout 3"-ün baş direktoru və icraçı prodüseri olmuşdur.

Hovard The Elder Scrolls seriyasına "The Elder Scrolls V: Skyrim" videooyuna rəhbərlik edərək geri qayıtmışdır. Hovard "Fallout 4"-ə rəhbərlik etmişdir. Hovard "Bethesda Game Studios"un ilk mobil oyunu olan "Fallout Shelter"a rəhbərlik etmişdir. Hovard "Bethesda Game Studios"un ilk çoxnəfərli oyunu olan "Fallout 76"-ya rəhbərlik etmişdir.

Mükafatlar və tanınması

Hovard 2012-ci ildə İnteraktiv İncəsənətlər və Elmlər Akademiyası tərəfindən "Ən yaxşı videooyun direktoru" adlandırılmışdır. Hovard 2014-cü ildə Almaniyanın videooyunçuluq üçün olan ən ali mükafatı, Şəfər Larası mükafatına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, todd hovard sözünün mənası, todd hovard haqqında məlumat. todd hovard nədir? todd hovard nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əmirli (Bərdə)

  • Mart 01, 2026

    Bat (İngiltərə)

  • Mart 06, 2026

    Məhərrəm Musayev

  • Mart 06, 2026

    Delphinidae

  • Fevral 27, 2026

    Arazbar (Ağcabədi)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst