Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkmənistan azərbaycanlıları (türkməncə:Türkmenistanyň azerbaýjanlylary) — tarixi Azərbaycandan kənarda, Türkmənistanda yaşayan etnik azərbaycanlılar. Türkməni

Türkmənistan azərbaycanlıları

  • Ana Səhifə
  • Vikipediya
  • Türkmənistan azərbaycanlıları

Türkmənistan azərbaycanlıları (türkməncə:Türkmenistanyň azerbaýjanlylary) — tarixi Azərbaycandan kənarda, Türkmənistanda yaşayan etnik azərbaycanlılar. Türkmənistan əhalisi, onun etnik tərkibi barədə rəsmi məlumat olmadığına, habelə ölkənin xarici dünyadan özünü təcrid etdiyinə görə Türkmənistandakı azərbaycanlıların dəqiq sayını bilmək mümkün deyil. Lakin bəzi hesablamalra görə Türkmənistanda 54 min azərbaycanlı yaşamaqdadır.

Türkmənistan azərbaycanlıları
Ümumi sayı
52.000[ (2010)
Yaşadığı ərazilər
Aşqabad, Türkmənbaşı, Ahal, Balkan, Marı, Lebap, Daşoğuz
Dili

Azərbaycan dili
Türkmən dili
Rus dili

Dini

Şiə İslam

Mənşəyi
Oğuz (türk)
Qohum xalqlar

Türk xalqları

Mündəricat

Tarix

İlk öncə Rusiya imperiyası, daha sonra isə Sovet İttifaqında birgə yaşayış nəticəsində Türkmənistanda azərbaycanlıların müəyyən diasporu meydana çıxmaqda idi. 1979-cu ilə gəlindiyində Mərkəzi Asiya ölkələrində artıq əhəmiyyətli sayıla biləcək azərbaycanlı diasporu formalaşmışdı. Türkmənistandakı azərbaycanlı əhali əsasən neft sənayesinin üstün olduğu və şəhər mühiti mövcud olan yerlərdə məskunlaşmışdılar. Türkmənistan azərbaycanlılarının yaşamaq üçün əsas üstünlük verdiyi Xəzər sahili Aşqabad şəhərində hələ də tamamilə onlar tərəfindən məskunlaşdırılmış məhəllələr qalmaqdadır. Ölkədəki azərbaycanlı diasporu çok birləşmş və aktiv vəziyyətdə olmaqla birlikdə, etnik qrupun nümayəndələrinin başına gələn hər şeyə operativ reaksiya verir.

Məskunlaşma

Vilayətin
adı
10–21 yanvar, 1995-ci il əhalinin siyahıyaalınmasına əsasən
De-yuri əhalisi Azərbaycanlıların sayı %
cəmi 4 437 570 36 586 0.82%
Ahal 1 189 775 16 483 1.39%
Balkan 385 693 10 270 2.66%
Marı 1 017 226 7 381 0.73%
Lebap 918 269 2 130 0.23%
Daşoğuz 926 607 322 0.03%

Say

Türkmənistandakı azərbaycanlılar əsasən sahil vilayətləri olan Türkmənbaşıda, paytaxt Aşqabadda və Balkanabadda yaşamaqdadırlar. 1926-c il sıyahıyaalmalarına görə, həmin dövrdə orada 4.2 min nəfər azərbaycanlı yaşamaqda idi. Ölkədəki azərbaycanlı əhalinin sayının ən çox olduğu dövr 1989-cu il olmuşdur. Həmin dövrdə ölkədə 33 min nəfər azərbaycanlı yaşamaqda idi. Sovet İttifaqının çökməsi və Türkmənistanın müstəqil olmasından sonra həm azərbaycanlıların, həm də qeyri-türkmənlərin ölkənin xaricinə doğru köçləri başladı. Bunun səbəbi ölkədəki pis iqtisadi vəziyyət, həmçinin də dəyişən siyasi vəziyyətə görə öz ana vətəninə dönmə ehtiyyacının ortaya çıxması idi.

1926-2010-cu illərdə Türkmənistanda azərbaycanlıların sayı
1926 % 1939 % 1959 % 1970 % 1979 % 1989 % 1995 % 2010 %
4,229 0.4 7,442 0.6 12,868 0.8 16,775 0.8 23,548 0.9 33,365 0.9 36,586 0,8 52,000 0,9

Vəziyyətləri

Türkmənistan dövlətində yeridilən siyasi kursun əsaslarına qeyri-türkmənlərin vəzifələrdən uzaqlaşdırma da daxil idi. Bu siyasət ölkədə yaşayan bir sıra azərbaycanlının öz vəzifəsini və ya işini itirməsinə yol açdı. Həmçinin Azərbaycan ilə münasibətlər pisləşdiyi zaman Türkmənistan xüsusi xidmət orqanları ölkədəki azərbaycanlılara təzyiq etməyə başlaması ilə onların bəziləri ölkəni tərk etməyə məcbur oldu. İki ölkə arasında münasibətlərin pisləşdiyi və Bakıdakı Türkmənistan səfirliyinin qapadıldığı, viza rejiminin tətbiq edildiyi 2001-ci il tarixində Türkmənistandakı azərbaycanlıların vəziyyəti daha da çətinləşdi.

Bu dövrdə bir çox azərbaycanlı işini itirdiyi üçün ölkəni tərk etməyə məcbur oldu. Ölkəni tərk edənlərin içərisində dünya şöhrətli violin ifaçısı Həsən Məmmədov və bir neçə elmi-mədəni məşhur şəxslər də daxil idi. Türkmənistanda gedən "türkmənləşdirmə" "təmizləmələri" zamanı dövlət qulluğunda önəmli işlərdə çalışan azərbaycanlılar müxtəlif səbəblərdən öz vəzifələrini itirdilər. Bəziləri Türkmən dilini bilməmək ittihamına (bu, əsasən yalandır, çünki ölkədəki bütün azərbaycanlılar Türkmən dilini çox səlis səviyyədə bilməkdədirlər) görə, bəziləri isə diplomlarını ölkə xaricində aldıqları üçün artıq keçərli hesab edilmədiklərini görə işlərindən qovuldular. Bu uzun müddətli şikayətlərə yol açsa da, sonda nəticə vermədi. İşdən çıxarılanların yerinə isə dərhal türkmənlər cəlb edildilər. Qeyd edilməlidir ki, bu aşır şəkildə Türkmənistan konstitutsiyasının bütün vətəndaşlar - öz etnik kökündən və s. - arasında ayrı-seçkiliyi qadağan edən 17-ci maddənin pozulması demək idi.

2002-ci ilin noyabrında Türkmənistan prezidentinin həyatına qarşı "sui-qəsd hazırlanması" iddiası ortaya atıldı. İddia edilirdi ki, sui-qəsd planında azərbaycanlı vətəndaşlarda iştirak etmişdirlər. Bundan sonra Türkmən gizli xidmət orqanları hər bir azərbaycanlını Azərbaycan Respublikasının agenti kimi görməyə başladılar. Bu dönəmdə Türkmənbaşı limanında Türkmənistanda qalmaq üçün vizası olmadığı iddia edilən azərbaycanlıların kütləvi surətdə deportasiyası qeydə alınıb. Üstəlik, hətta valideynləri Türkmənistanda Azərbaycanın kommersiya firmalarında müqavilə əsasında işləyən uşaqlı ailələr də göndərildi. Heydər Əliyevin vəfat etməsindən sonra onun yeddi mərasimini qeyd etmək üçün 21 dekabr 2003-cü ildə azərbaycanlılar Türkmənbaşıdakı şiə məscidinə toplandılar. Bu zaman məscidə gələn Türkmənistan Milli Təhlükəsizlik Nazirliyi işçiləri azərbaycanlılardan oranı tərk etməyi tələb etdilər. Hadisədə iştirak edən azərbaycanlıların bildirdiyinə görə, onlar bu hadisənin niyə və necə baş verdiyini anlaya bilmir, hadisə baş verənə qədər Türkmənistan dövlətinin Heydər Əliyevin vəfatı ilə bağlı mərasimə belə icazə verməyəcəyini təsəvvür etmirdilər. Hal-hazırda iki ölkə arasında münasibətlərin nisbətən yaxşılaşması oradakı azərbaycanlıların da həyatlarına müsbət təsir etməkdədir.

Məşhur şəxslər

  • Hacıbala Abutalıbov - siyasi-ictimai xadim, professor, Bakı şəhərinin 2001-ci ildən 2018-ci ilə qədərki meri.
  • Rolan Quliyev - kikboksçu və Azərbaycan yığmasının keçmiş üzvü.
  • Natəvan Həbibi - məşhur pop musiqi ifaçısı.
  • Elnur Hüseynov - musiqi ifaçısı və Azərbaycanın 2008 Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçisi.
  • Həsən Məmmədov - məşhur skripka ifaçısı, Türkmənistanın Əməkdar İncəsənət Xadimi.
  • Fəxrəddin Musayev - hərbi pilot, baş leytenant və Birinci Qarabağ müharibəsi iştirakçısı. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
  • Tahirə Tahirova - diplomat, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968).
  • Əjdər İbrahimov - kinorejissor, ssenarist, aktyor və pedaqoq, SSRİ xalq artisti (1991), Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR və Türkmənistan SSR əməkdar incəsənət xadimi.
  • Tahir Bağırov - hərbçi, Birinci Qarabağ müharibəsi iştirakçısı və Azərbaycanın Milli Qəhrəmanı.
  • Şamil Əzizbəyov - geoloq, geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944), Azərbaycan SSR EA akademiki (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1960).
  • Ətayə Əliyeva - Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964).

Həmçinin bax

  • Azərbaycan diasporu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, türkmənistan azərbaycanlıları sözünün mənası, türkmənistan azərbaycanlıları haqqında məlumat. türkmənistan azərbaycanlıları nədir? türkmənistan azərbaycanlıları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Helium

  • Mart 01, 2026

    Kinqston (Yamayka)

  • Fevral 27, 2026

    Hind-Qanq ovalığı

  • Mart 06, 2026

    Gender rolu

  • Fevral 27, 2026

    Antonio

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst