Lebap vilayəti (türkm. Lebap welaýaty) — Türkmənistan Respublikasında I dərəcəli inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Türkmənabad şəhəridir. 18 may, 1992-ci ilədək "Çərcev vilayəti" adlanırdı, həmin tarixdən etibarən adlanması hazırkı şəklinə dəyişdirilmişdir.

İnzibati-ərazi bölgüsü
Türkmənistan Dövlət Statistika Komitəsinin 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən Lebap vilayəti inizbati cəhətdən 16 etrapa (onlardan ikisi - Maqdanlı etrapı və Seydi etrapı şəhərdaxili etrap olub Türkmənabad şəhərinin daxilində yerləşirlər) və 3 etrap hüquqlu şəhərə (Türkmənabad, Maqdanlı və Seydi), 16 etrap 2 etrap tabeli şəhərə (Atamurad və Qazocaq), 27 qəsəbə (türkm. şäherçe) və 119 gənəşliyə bölünür. 119 gənəşlikdə isə 485 kənd (türkm. oba) yerləşir.
Əhalisi
| İnzibati vahid | 10-21 yanvar, 1995-ci il sa. | ||
|---|---|---|---|
| Əhalinin sayı | % | ||
| cəmi | 918 269 | 100.00% | |
| Türkmənabad şəhəri | 189 942 | 20.68% | |
| Sərdarabad etrapı | 96 579 | 10.52% | |
| Atamurad etrapı | 83 226 | 9.06% | |
| Xələc etrapı | 72 839 | 7.93% | |
| Sakar etrapı | 48 031 | 5.23% | |
| Sayat etrapı | 47 086 | 5.13% | |
| Fərap etrapı | 46 794 | 5.10% | |
| Xocambaz etrapı | 44 716 | 4.87% | |
| Qalkınış etrapı | 44 377 | 4.83% | |
| Birata etrapı | 42 036 | 4.58% | |
| Qaraşsızlıq etrapı | 41 301 | 4.50% | |
| Köytəndaq etrapı | 40 388 | 4.40% | |
| Maqdanlı şəhəri | 28 710 | 3.13% | |
| Seydi şəhəri | 21 739 | 2.37% | |
| Qarabəkəvül etrapı | ... | ... | |
| Dövlətli etrapı | ... | ... | |
| Beyik Türkmənbaşı etrapı | 70 505 | % | |
Etnik tərkib
| Etnik qrup | 10-21 yanvar, 1995-ci il sa. | ||
|---|---|---|---|
| Sayı | % | ||
| cəmi | 918 269 | 100.00% | |
| türkmən | 728 992 | 79.39% | |
| özbək | 106 181 | 11.56% | |
| rus | 48 262 | 5.26% | |
| tatar | 10 316 | 1.12% | |
| qazax | 8 754 | 0.95% | |
| ukraynalı | 3 105 | 0.34% | |
| azərbaycanlı | 2 130 | 0.23% | |
| erməni | 1 553 | 0.17% | |
| başqırd | 966 | 0.11% | |
| tacik | 877 | 0.10% | |
| ləzgi | 770 | 0.08% | |
| qırğız | 672 | 0.07% | |
| lak | 650 | 0.07% | |
| koreyalı | 613 | 0.07% | |
| belorus | 486 | 0.05% | |
| digər | 3 942 | 0.43% | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lebap vilayəti haqqında məlumat. Lebap vilayəti nədir? Lebap vilayəti nə deməkdir?