Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977, Toxluca, Krasnoselsk rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlah

Ramin Həsənov

  • Ana Səhifə
  • Vikipediya
  • Ramin Həsənov

Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977, Toxluca, Krasnoselsk rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri.

Ramin Həsənov
Ramin Müzəffər oğlu Həsənov
Azərbaycanın Cənubi Koreyadakı fövqaladə və səlahiyyətli səfiri
Vəzifədədir
19 avqust 2022-ci ildən
    ƏvvəlkiRəmzi Teymurov
    Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri
    7 sentyabr 2016 – 19 avqust 2022
    ƏvvəlkiPərviz Şahbazov
    SonrakıNəsimi Ağayev
    Şəxsi məlumatlar
    Doğum tarixi 7 noyabr 1977 (48 yaş)
    Doğum yeri
    • Toxluca, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ
    Vətəndaşlığı Azərbaycan Azərbaycan
    Təhsili
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti diplomat
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994—1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998—2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir.

    Azərbaycan, alman, ingilis, rus və türk dilləri bilir.

    Evlidir, iki övladı var.

    Diplomatik karyerası

    Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999—2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır. 2000—2003-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin attaşesi və üçüncü katibi vəzifələrində işləmişdir. 2003—2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Qərb İdarəsinin üçüncü katibi və ikinci katibi olmuşdur. 2004—2005-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində ikinci katib vəzifəsində çalışmışdır. 2005—2009-cu illərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyin ikinci katibi, birinci katibi və müşaviri vəzifələrində işləmişdir. 2009—2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsində şöbə müdiri, 2010—2013-cü illərdə idarə rəisinin müavini olmuşdur. 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 2016-cı ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir.

    24 iyul 2009-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 90 illiyi yubiley medalı ilə təltif olunmuşdur.

    Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2012-ci il tarixli 2340 nömrəli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

    Ramin Həsənov Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətlərinin tərkibində Azərbaycanı çoxsaylı ikitərəfli və çoxtərəfli tədbirlərdə təmsil etmişdir.

    Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri (2016—2022).

    19 avqust 2022-cı ildən Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiridir.

    Azərbaycan Respublikasının Prezidentinin 9 iyul 2019-ci il tarixli 1320 nömrəli sərəncamı ilə Ramin Həsənova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ramin həsənov sözünün mənası, ramin həsənov haqqında məlumat. ramin həsənov nədir? ramin həsənov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Atrofiya

    • Fevral 27, 2026

      Atlantas FK

    • Fevral 27, 2026

      Davud əz-Zahiri

    • Mart 01, 2026

      Əliqulu Cabbadar

    • Mart 06, 2026

      Sanae Takaiçi

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Mart 04, 2026

      Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst