Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5

Toxluca

  • Ana Səhifə
  • Vikipediya
  • Toxluca

Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd.

Toxluca
40°34′08″ şm. e. 45°13′55″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.981 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 909 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1311
Xəritəni göstər/gizlə
Toxluca xəritədə
Toxluca
Toxluca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur.

Toponimikası

Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Coğrafiyası

Toxluca kəndi rayon mərkəzindən 24 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dörd tərəfi dağlarla əhatə olunmuş bir ərazidə yerləşir. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Əhalisi

1831-ci ildə burada 296 nəfər, 1873-cü ildə 466 nəfər, 1886-cı ildə 681 nəfər, 1897-ci ildə 935 nəfər, 1914-cü ildə 1373 nəfər, 1916-cı ildə 1330 nəfər, 1919-cu ildə 1199 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayının ortalarında ermənilər tərəfindən azərbaycanlılar vəhşicəsinə qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin keçmiş sakinləri öz doğma evlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 1176 nəfər, 1926-cı ildə 1403 nəfər, 1931-ci ildə 1723 nəfər, 1970-ci ildə 2415 nəfər, 1979-cu ildə 2632 nəfər, 1987-ci ildə 2985 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri bir daha ermənilərin təcavüzünə məraz qalmış və Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İlSayı
1829 296
1873 466
1897 935
İlSayı
1926 1.417
1931 1.723
1939 1.840
İlSayı
1959 1.528
1970 2.469
1979 2.664
İlSayı
1987 2.985
2001 1.044
2011 909

Tanınmışları

  • Hüseyn Əhmədov — Pedaqoji elmləri doktoru, akademik.
  • Hümeyir Əhmədov — Pedoqogika üzrə elmlər doktoru, akademik.
  • İbrahim Bayramov — Filologiya elmləri doktoru, professor.
  • Ramin Bayramlı — TƏBİB-in keçmiş sədri, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, professor.
  • Ramin Həsənov — Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.
  • Zakir Məmmədəliyev — Fəlsəfə üzrə elmlər doktoru, professor.
  • Yusif Əliyev — tibb elmləri doktoru, professor.
  • Həsən Bayramoğlu — pedaqoji elmlər doktoru, professor.
  • Həqiqət A. Hacıyeva — Filologiya üzrə fəlsəfə doktoru.
  • Firudin Məmmədov — Pedoqogika üzrə fəlsəfə doktoru, dosent.
  • Sara Bayramova — pedaqogika üzrə fəlsəfə doktoru.
  • Vaqif Ramazanov — iqtisad elmlər doktoru, dosent.
  • Vilayət Ramazanov — iqtisad üzrə fəlsəfə doktoru.
  • Əliyənnaqi Məhərrəmov — Biologiya üzrə fəlsəfə doktoru, dosent.
  • Ümmühəbibə Məhərrəmova — İqtisad üzrə fəlsəfə doktoru, dosent.
  • Hacı Ağaəli İsmayılov — Qasid ASC-nin vitse-prezidenti
  • Müzahim Mehvalıoğlu — yazıçı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Ədəbiyyat

  1. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
  3. Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  4. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  5. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
  6. Türk xalqlarının məktəb tarixinə dair qiymətli əsər — anl.az saytı
  7. Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib" nəşriyyatı, 1999. səh.88.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Toxluca haqqında məlumat. Toxluca nədir? Toxluca nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Cuniçiro Tanizaki

  • Fevral 27, 2026

    Preskriptivizm (dilçilik)

  • Fevral 27, 2026

    Abstraktlaşdırma

  • Fevral 27, 2026

    Asterid

  • Fevral 27, 2026

    Aleksandr Puşkin

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst