Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar (1666, İsfahan – 1694) — gürcü

Əliqulu Cabbadar

  • Ana Səhifə
  • Vikipediya
  • Əliqulu Cabbadar

Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar (1666, İsfahan – 1694) — gürcü əsilli İran rəssamı. XVII–XVIII əsrlərdə yaşamışdır.

Əliqulu Cabbadar
fa. علی قلی جبه‌دار
gür. ალი-ყული ჯაბადარი
Əliqulu Cabbadar
Əliqulu Cabbadar
Doğum adı Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar
Doğum tarixi 1666(1666)
Doğum yeri
  • İsfahan, Mərkəzi bəxşi[d], İsfahan şəhristanı, İsfahan ostanı, İran
Vəfat tarixi 1694(1694) (27–28 yaşında)
Milliyyəti gürcü
Fəaliyyəti rəssam
Stil Avropa stili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox güman ki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir. Bundan başqa, onun iki rəsm əsərində gürcü hərfləri də vardır. Onun özünü digər təqdim etmə şəkilləri belədir: ghulāmzāda-i qadimi ("keçmiş qul"), beg ("bəy"), naqqaş-başı ("nəqqaşların rəhbəri") and cabbadār ("sursatxana gözətçisi"). Göründüyü kimi, o, Səfəvi sarayına qul kimi daxil olmuş və yüksəlmişdir.

Şirazlı şair Lütfəli Bəy Ədhar "Ateşkede" adlı əsərində Əliqulu Cabbadarın "Əli Firəngi" adıyla tanındığını yazmışdır. Eyni mənbənin məlumatına görə Əliqulu İsfahanda xristian məhəlləsində anadan olmuşdur.

Mənbəyə görə Əliqulu Cabbadar II Təhmasib və Nadir şah Əfşar dövründə "nəqqaş başı" olaraq işləmiş, daha sonra gözləri artıq əvvəlki kimi olmamağa başladıqdan sonra 1750-ci ildə Mazandarana gedərək orada ölmüşdür.

İncəsənəti

Əliqulu Cabbadan rəsm çəkməyə 1660-cı illərdə Süleyman şah Səfəvi dövründə başlamışdır.

Səfəvi təsvir incəsənətinə Avropa tərzi, mövzuları gətirmişdir. Məhəmməd Zamanla birlikdə XVII–XVIII əsrlərdə Səfəvi incəsənətinə Avropa incəsənətinin stlini gətirmişdir.

Günümüzə qədər çatan rəsm əsərləri 1660–1717 illərinə aidir. Toxunduğu mövzular da müxtəlifdir. Əsərləri arasında Süleyman şaha həsr olunmuş rəsm əsərləri ilə birlikdə "Yatan Nemf" (1673), "Rus səfirinin portreti" (1717) kimi əsərlər də var.

Əsərləri

  • "Şahzadəyə gül təklif edən qadın". İsfahan, 1660-1670-ci illər. Britaniya muzeyi
    "Şahzadəyə gül təklif edən qadın". İsfahan, 1660-1670-ci illər. Britaniya muzeyi
  • "Şahlıq at baxışı", XVII əsrin sonlarına aiddir. Çox güman ki, İsfahanda çəkilmişdir. Hal-Hazırda Çikaqo İncəsənət İnistitutunda saxlanılmaqdadır.
    "Şahlıq at baxışı", XVII əsrin sonlarına aiddir. Çox güman ki, İsfahanda çəkilmişdir. Hal-Hazırda Çikaqo İncəsənət İnistitutunda saxlanılmaqdadır.
  • "I Şah Süleyman və onun saray əyanları", Sankt-Peterburq albomundan Folio. İsfahan, 1670. Sol yuxarıdakı iki rəqəmin üstündə çox təhrif olunmuş iki gürcü yazısı görünür. Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanmaqdadır.
    "I Şah Süleyman və onun saray əyanları", Sankt-Peterburq albomundan Folio. İsfahan, 1670. Sol yuxarıdakı iki rəqəmin üstündə çox təhrif olunmuş iki gürcü yazısı görünür. Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanmaqdadır.
  • Sankt-Peterburq albomundan miniatür. Aşağıdakı üç fiqurun üstündə buludda üzən görünən alleqorik fiqur ayrıca əlavə edilib və albom tərtib edilərkən artıq rənglənmiş səhifəyə yapışdırılıb. Qəzvin, 1674. Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanmaqdadır.
    Sankt-Peterburq albomundan miniatür. Aşağıdakı üç fiqurun üstündə buludda üzən görünən alleqorik fiqur ayrıca əlavə edilib və albom tərtib edilərkən artıq rənglənmiş səhifəyə yapışdırılıb. Qəzvin, 1674. Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanmaqdadır.
  • "Diana - ovçuluq ilahəsi", Davis albomundan folio. Metropolitan İncəsənət Muzeyində saxlanmaqdadır.
    "Diana - ovçuluq ilahəsi", Davis albomundan folio. Metropolitan İncəsənət Muzeyində saxlanmaqdadır.
  • "İki qocanın daxmanın kənarında müzakirəsi". Davis albomundan folio, 1674-1675. Metropolitan İncəsənət Muzeyində saxlanmaqdadır.
    "İki qocanın daxmanın kənarında müzakirəsi". Davis albomundan folio, 1674-1675. Metropolitan İncəsənət Muzeyində saxlanmaqdadır.
  • "Xanım tayfa üzvlərinə yemək təklif edir". İslam incəsənəti muzeyi (Doha)
    "Xanım tayfa üzvlərinə yemək təklif edir". İslam incəsənəti muzeyi (Doha)

Həmçinin bax

  • Farangi-Sazi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əliqulu Cabbadar haqqında məlumat. Əliqulu Cabbadar nədir? Əliqulu Cabbadar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Bağırsaq (Kəlbəcər)

  • Fevral 27, 2026

    Əl-Laziqiyyə

  • Fevral 27, 2026

    Molitva

  • Mart 01, 2026

    Geomatika

  • Fevral 27, 2026

    Tiqlatpalasar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst