Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, diplomat, Azərbaycan Respublikasının Energetika naziri.
| Pərviz Şahbazov | |
|---|---|
| |
Vəzifədədir | |
| 12 oktyabr 2017-ci ildən | |
| Prezident | İlham Əliyev |
| Baş nazir | Artur Rasi-zadə Novruz Məmmədov Əli Əsədov |
| Əvvəlki | Natiq Əliyev |
| 9 avqust 2005 – 6 sentyabr 2016 | |
| Əvvəlki | Hüseynağa Sadıqov |
| Sonrakı | Ramin Həsənov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 noyabr 1969 (56 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | dövlət qulluqçusu |
| Atası | Oqtay Şahbazov |
Həyatı
Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub.
Təhsili
1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir.
İş təcrübəsi
- 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib,
- 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib,
- 1997–1998-ci illərdə birinci katib,
- 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
- 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub.
- 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
- 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olmuşdur.
- 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib.
Ailəsi
Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İşlər sabiq müdiri Oqtay Şahbazovun oğludur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pərviz Şahbazov haqqında məlumat. Pərviz Şahbazov nədir? Pərviz Şahbazov nə deməkdir?
