Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Faiq Rəfiyev (22 fevral 1955, Qaryagin – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Faiq Rəfiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Faiq Rəfiyev

Faiq Rəfiyev (22 fevral 1955, Qaryagin – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Faiq Rəfiyev
Faiq Qəzənfər oğlu Rəfiyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1955(1955-02-22)
Doğum yeri
  • Qaryagin, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 10 yanvar 1992(1992-01-10) (36 yaşında)
Vəfat səbəbi Şəhid
Dəfn yeri
  • Füzuli rayonu
Hərbi fəaliyyəti
Rütbəsi
  • baş leytenant
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur.

Ailəsi

Ailəli idi, iki övladı qalıb.

Döyüşlərdə iştirakı

Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir. 10 yanvar 1992-ci ildə Koçbəy kəndinin erməni silahlılarından təmizlənməsi üçün baş tutan əməliyyat zamanı şəhid olmuşdur.

Doğulduğu Saracıq kəndində dəfn edilmişdir.

Təltif və mükafatları

  • Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İrsi

Lökbatan qəsəbəsindəki 166 saylı lisey-məktəb Faiq Rəfiyevin adını daşıyır.

Həmçinin bax

  • Birinci Qarabağ müharibəsi

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 240.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, faiq rəfiyev sözünün mənası, faiq rəfiyev haqqında məlumat. faiq rəfiyev nədir? faiq rəfiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Sekellər

  • Fevral 27, 2026

    Qafqaz xalqları

  • Fevral 27, 2026

    Siril Ramafosa

  • Fevral 27, 2026

    Lady Gaga

  • Fevral 25, 2026

    Massaçusets

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst