Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İran kürdləri (kürd. Kurdên Îranê/کورد لە ئێران, fars. کردها در ایران‎) — kürd əsilli iranlılar. Kürd dili onların ana dilidir. Kürdlər İranda etnik farslardan

İran kürdləri

  • Ana Səhifə
  • Vikipediya
  • İran kürdləri

İran kürdləri (kürd. Kurdên Îranê/کورد لە ئێران, fars. کردها در ایران‎) — kürd əsilli iranlılar. Kürd dili onların ana dilidir. Kürdlər İranda etnik farslardan və azərbaycanlılardan sonra üçüncü ən böyük etnik qrupdur. MKİ illik kitabında verilən məlumata görə, onlar ölkə əhalisinin təxminən 5-10%-ni və ya 7%-ni təşkil edir.

İran kürdləri
Mərivan kürdləri Kobani blokadasına görə İŞİD-ə qarşı etiraz aksiyası keçirir. 2014-cü il.
Özünüadlandırma
kürd. Kurdên Îranê/کورد لە ئێران
Ümumi sayı
4.9 milyon (5%) - 8.1 milyon (10%)
Dili

Kürd, gorani, fars

Dini

Şiə İslam (On iki imam)
Sünni İslam (Şəfilik)
(Sufizm və Qadiriyyə də mövcuddur)
Yarsanizm

Qohum xalqlar

İrandilli xalqlar

Tarixi

İran Kürdüstanı və ya Şərqi Kürdüstan İranın şimal-qərbində kürdlərin yaşadığı ərazinin qeyri-rəsmi adıdır. Region İraq və Türkiyə ilə həmsərhəddir. Regiona Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, İlam və Həmədan ostanları daxildir. Kürdlər ümumiyyətlə İran Kürdüstanını daha böyük Kürdüstan bölgəsinin dörd hissəsindən biri hesab edirlər. Bölgənin digər hissələrinə Türkiyənin cənub-şərqi, Suriyanın şimalı və İraqın şimal əraziləri də daxildir. Bundan başqa, İlam ostanının cənub bölgələrində lurlar yaşayır. Kürdlər Qərbi Azərbaycanın qalan hissəsində əhalinin 21%-ni təşkil edir.

Kürdlərin ümumi sayı İran əhalisinin 5-10%-ni təşkil edir. Bəzi mənbələr İrandakı kürdlərin əksəriyyətinin şiə müsəlmanlar olduğunu göstərir.Bunun tərsinə bəzi mənbələr isə İran kürdlərinin çoxluğunun sünni olduğunu irəli sürüblər. Şiə kürdlər Kirmanşah və İlam ostanlarında, Kürdüstan, Həmədan və Şimali Xorasan ostanlarının bəzi ərazilərində yaşayırlar. İran İslam İnqilabı zamanı əsas kürd siyasi partiyaları kürdlərin siyasi muxtariyyəti məsələsini qaldırmağa çalışsalar da, bu təşəbbüs etnik kürdlərin böyük hissəsi tərəfindən dəstəklənməmişdir. Buna baxmayaraq, 1990-cı illərdən etibarən kürdlərin yaşadığı bölgələrdə milliyyətçilik yüksəlməyə başlamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇ran kürdləri sözünün mənası, i̇ran kürdləri haqqında məlumat. i̇ran kürdləri nədir? i̇ran kürdləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tarpan

  • Fevral 27, 2026

    Əli Mirzə

  • Fevral 27, 2026

    Citrus reticulata

  • Fevral 27, 2026

    Pilot

  • Mart 01, 2026

    Panther

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst