Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsa

Türkiyə Kürdüstanı

  • Ana Səhifə
  • Vikipediya
  • Türkiyə Kürdüstanı

Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad.

1965-ci il əhali siyahıyaalmasına görə, Türkiyədə kürddilli əhalinin yaşadığı illər. Tünd yaşıl rəngli illərdə əhalinin əksəriyyəti (>50%), açıq yaşıl rəngli illərdə isə bir qismi kürd dilində danışır.

Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır.

Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir.

Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir.

Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir. Termindən Türkiyənin əhəmiyyətli bir kürd əhalisi olan cənub-şərqi ərazilərinə xitab etmək üçün elmi məqalələrdə və xəbərlərdə istifadə edilir.

Mündəricat

Tarix

Osmanlı imperiyası dövründə Kürdüstan toponimindən istifadə edilirdi, ancaq Türkiyə Respublikasında Maarif Vəkalətinin (indiki Milli Təhsil Nazirliyi) yayımladığı 8 dekabr 1925-ci il tarixli "Türk birliyini parçalamağa çalışan cərəyanlar" başlıqlı xəbərdarlıq ilə Lazistan və digər bütün etnonimlər ilə qurulan toponimlər, o cümlədən "Kürdüstan" toponimi də rəsmi istifadədən qaldırılmışdır. Ərazi onun yerinə şərq və ya cənub-şərq adlandırılmağa başlandı. Türkiyə torpaqlarında "Kürdüstan" adında müstəqil bir dövlət qurmağa çalışmaq Türkiyə Respublikasının 1982-ci il konstitusiyasının "ölkənin bölünməzliyi" maddəsini pozur.

Şeyx Səid üsyanı

1925-ci ilin fevral ayında cənub-şərqi Anadoluda mərkəzi hakimiyyətə qarşı olan kürd və zaza tayfalarının dəstəklədiyi xilafət və kürd separatçı hərəkatı tərəfdarı bir üsyan qaldırırlar. Fevral ayının 13-də Şeyx Səidin tərəfdarı olan bəzi şəxslərin Diyarbəkir ilinin Eğil nahiyəsinə bağlı Piran kəndində axtarış edən bir jandarma işçisinə atəş açması qısa müddətdə alovlanan hadisələrin başlanğıc nöqtəsi olmuşdur. Fevral ayının 16-da Gənc nahiyəsinin Darahin qəzasına hücum edən Şeyx Səid qubernatoru və digər vəzifəli şəxsləri əsir almış, xalqı İslam dini üçün üsyana çağıran bir bəyannamə ilə hərəkatı tək mərkəz altında birləşdirməyə çalışmışdır.

Üsyan başlanğıcda İslam şəriətinin bərpası üçün başladılsa da, sonraddan kürd üsyanına çevrilmişdir. Yerli tayfaların dəstəyini alan Şeyx Səid Diyarbəkir şəhərinə yürüş edir, Sivərək şəhərini ələ keçirir. Şeyx Abdullah öndərliyindəki üsyançılar Varton qəsəbəsini ələ keçirdikdən sonra Muş şəhərinə doğru irəliləmiş, ancaq könüllü qüvvələrin səyi nəticəsində Murad körpüsündə məğlub edilib, Varto qəsəbəsinə geri çəkilmişdilər.

Fevral ayının 21-də mərkəzi hökumət şərq əyalətlərində fövqəladə vəziyyət elan etmişdir. Mart ayının əvvəllərində Şeyx Səidin əmrindəki təxminən 10.000 nəfərlik ordu Diyarbəkir şəhərinə hücum etmış, şəhəri tuta bilməyərək mühasirəyə almışdır. Davam edən döyüşlərdə hökumət qüvvələri qələbə qazanmış, şəhəri ala bilməyəcəyini görən Şeyx Səid mühasirəni ləğv etmiş və Diyarbəkir şəhərindən geri çəkilmişdir.

Ağrı üsyanının rəhbərləri. Soldan sağa: Sipkanlı Halis bəy, İhsan Nuri paşa, Hasenanlı Fərzəndə bəy. 1927–1930-cu illər.

Mustafa Kamal Atatürkün istəyi ilə hadisələri üsyan olaraq dəyərləndirməyən və fövqəladə vəziyyətin elan olunması ilə həll ediləcəyini gözləyən baş nazir Əli Fəthi Okyar istefa vermiş, yeni hökumət isə İsmət İnönü rəhbərliyi ilə yenidən təşkil edilmişdir. Geniş miqyaslı top-yekun hücuma keçən hökumət qüvvələri üsyançıların çoxunu təslim olmağa məcbur etmişdir. Ölkədən qaçmağa çalışan tayfa rəsiləri həbs edilmişdir və üsyan aprel ayında rəsmi şəkildə sona çatmışdır.

Ağrı üsyanları

1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır.

Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır. Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir.

1927-ci ilin sentyabr ayında Birləşmiş Krallığın dəstəyi ilə İhsan Nuri tərəfindən Ağrı Respublikası qurulmuşdur. 1930-cu ilin iyul ayında Saleh Omurtak öndərliyi türk qoşunları təxminən 15.000 kürdü öldürərək qətliam törədir. Bu böhranı sona çatdırmaq istəyən Türkiyə ordusu 1 iyulda Ağrı dağını mühasirəyə alır və 7 iyul 1930-cu ildə ümumi əməliyyata start verir. 25 iyulda sona çatan döyüşdə kürd liderlərin çoxusu ölür və ya həbs olunur, İhsan Nuri isə İrana qaçır. Həbs olunanlar daha sonra Adanada edam edilirlər.

Muğlalı hadisəsi

1943-cü ilin iyyun ayında Türkiyənin Van ilində 33 nəfər kürd heyvan qaçaqmalçılığı ilə təqsirkar bilinərək, Mustafa Muğlalı tərəfindən məhkəmə keçirilmədən edam edilir. Ölüm hökmü verilənlərdən sadəcə biri hadisə yerindən qaça bilir. Gerçəkləşən bu hadisələr Muğlalı hadisəsi kimi bilinir.

Dərsim üsyanı

1937–1938-ci illərdə kürd zazalar Dərsim vilayətində Türkiyə hökumətinə qarşı üsyan qaldırırlar. Üsyana ələvi kürd tayfa rəisi olan Seyid Rza öndərlik edirdi. Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar 10.000–80.000 kürdün ölümünə səbəb olmuşdur. Bu müddətdə dörd fərqli hərbi əməliyyat gerçəkləşdirilmişdir.

10 sentyabr 1937-ci ildə Seyid Rza Ərzincan ilindəki hökumət binasının önünə gəlir ki, sülh üçün danışıqlar aparsın, ancaq o, həbs olunur. O, növbəti gün Elazığa göndərilir və noyabr ayında yoldaşları ilə birlikdə edam olunur. Türkiyə Respublikasının Baş naziri Cəlal Bayar Dərsim üsyançılarına hücum etmək qərarına gəlir bə 2 yanvar 1938-ci ildə hərbi əməliyyata start verir. Həmin ilin avqustunda, daha sonra sentyabrında yeni bir hərbi əməliyyat həyata keçirilir. Türkiyə Hərbi Hava Qüvvələri üsyan boyunca olduqca fəal olmuşdular. Pilotlardan biri Kamal Atatürkün övladlığa götürdüyü qızı Səbihə Göyçən də var idi. Nuri Dərsimi Türkiyə Hərbi Hava Qüvvələrinin 1938-ci ildə vilayəti zəhərli qazlar ilə bombardman etdiyi iddia etmişdir.

PKK münaqişəsi

Kobaninin mühasirəsini etiraz edən kürdlər. 29 sentyabr 2014-cü il. İstanbul.
HDP tərəfdarları seçki nəticələrini qeyd edərkən. 8 iyun 2015-ci il. İstanbul.

1970-ci illərdə Türkiyə Kürdüstanındakı seperatçı hərəkat kürd-türk münaqişəsinə çevrildi. Türkiyə Silahlı Qüvvələri 1984-cü ildən 1999-cu ilə qədər PKK terror təşkilatı ilə vuruşurdu. Türkiyə hökuməti 1984-cü ildə PKK ilə vuruşmaq üçün Keçici və Könüllü Kənd Qoruyucuları sistemini təsis etmişdir. Bu milis qurumu yerli kürdlərdən təşkil olunmuşdu və təqribən 58.000 üzvə sahib idi. Qurumun bəzi üzvləri Türkiyə Dövlətinə çox ləyaqətli idi. Bu isə kürd döyüşçülər arasında çaxnaşmaya səbəb olmuşdur.

Türkiyə Silahlı Qüvvələri ilə PKK arasındakı döyüşlərə görə ölkənin cənub-şərqindəki şəhərətrafı ərazilər əhalisiz qalmış, kürd mülkiləri Diyarbəkir, Van və Şırnak kimi şəhərlərə, Türkiyənin qərbinə və hətta Avropaya köçmüşdür. Bu köçün səbəbləri Türkiyə hökumətinin ərazidə həyata keçirdiyi hərbi əməliyyatlar və PKK təşkilatının kürd kəndlərinə etdikləri basqınlar idi. Türkiyə hökuməti təxminən 3.000 kürd kəndini məhv etmiş, 378.000 nəfərin məcburi köçkün olmasına səbəb olmuşdur.

2010-cu ildə PKK ilə hökumət qüvvələri vuruşmasından sonra İraq Kürdüstanında yerləşən bəzi yerlər Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən bombalanır. Türkiyə Ali Seçki Şurası 2011-ci ildə PKK ilə bağlantıları olmaları haqqında istintaq aparılan kürd namizədləri yaxın vaxtlarda keçiriləcək ümumi seçkilərdən kənarlaşdırır. Aprelin 19-u kürdlər qızğın etiraz aksiyalarına başlayırlar. Etiraz aksiyaları zamanı 3 nəfər ölür, 2.500 nəfər həbs olunur.

Türkiyə Respublikası Baş naziri Rəcəb Tayyib Ərdoğan 28 dekabr 2012-ci ildə hökumətin həbs edilmiş seperatçı lider Abdullah Öcalan ilə danışıqlar apardığını açıqlamışdır. 21 mart 2013-cü ildə Öcalanın xalqa yazdığı məktub Diyarbəkir şəhərində keçirilən Novruz bayramı zamanı həm kürd, həm də ki türk dilində oxunulur. Məktubda sülhə və silahlı mübarizəyə son vermək çağırışı var idi. PKK bəyan edir ki, təşkilat sülh danışıqları aparmağa razıdır. 25 aprel 2013-cü ildə PKK Türkiyədəki bütün qüvvələrini Şimali İraqa köçürəcəyini açıqlayır.

2014-cü ilin oktyabr ayının 6-sından 7-sinə qədər Türkiyənin bir neçə şəhərində iğtişaşlar baş verir. Buna səbəb Türkiyə hökumətinin İŞİD qüvvələrində qaçan YPG döyüşçülərinə sərhədi keçməyə icazə verməməsi idi. Etirazçılara gözyaşardıcı qaz və su topları ilə cavab verilmişdi. Etiraz aksiyalarında 37 nəfər həlak olur. Suruç terror aktından sonra Şəhid Yalçın əməliyyatı həyata keçirilir. Bundan sorna Türkiyə Silahlı Qüvvələri İraqdakı PKK bazalarını bombalamağa başlayır. Buna səbəb təşkilatın birtərəfli olaraq, atəşkəsi sona çatdırmaq qərarı, eləcə də Ceylanpınar qəsəbəsində iki polisin öldürülməsi idi. Çox keçməmiş ölkədə münaqişə yaranır. Xeyli kürd biznesi kütlələr tərəfindən yağmalanır və məhv edilir. Xalqların Demokratik Partiyasının baş qərargahı və onun qolları da hücumlara məruz qalır. Bəzi kürd əhaliyə malik şəhər və kəndlərdə qətl hadisələri qeydə alınır. Avropa Şurası Cizrə şəhərinin blokadasına görə öz narahatlılığını dilə gətirir. 2017-ci ildən bəri kürd şəxsiyyətlərinin şərəfinə adlandırılmış küçə adları dəyişdirilir, kürd şəxsiyyətlərin şərəfinə ucaldırılmış heykəllər dağıdılır və kürd dilində yayım edən telekanallar bağlanılır.

Şəhərlər

MəntəqəƏhali
Diyarbəkir 843.500
Şanlıurfa 526.247
Malatya 426.381
Van 370.190
Elazığ 347.857
MəntəqəƏhali
Adıyaman 217.463
Mardin 147.585
Siirt 135.350
Sivərək 120.556
Tuncəli 38.878


Həmçinin bax

  • İran Kürdüstanı
  • İraq Kürdüstanı
  • Rojava
  • Kürdüstan
  • Kürdlər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, türkiyə kürdüstanı sözünün mənası, türkiyə kürdüstanı haqqında məlumat. türkiyə kürdüstanı nədir? türkiyə kürdüstanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    IV Vilhelm

  • Mart 06, 2026

    Terri Pratçet

  • Mart 06, 2026

    Koramal

  • Fevral 24, 2026

    Təqlidçi demokratiya

  • Fevral 27, 2026

    Lui Araqon

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst