Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ostanın ərazisi 29.151 km² — dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir.

Kürdüstan ostanı

  • Ana Səhifə
  • Vikipediya
  • Kürdüstan ostanı

Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir.

Kürdüstan ostanı

35°43′40″ şm. e. 46°58′01″ ş. u.HGYO


Ölkə
  •  İran
İnzibati mərkəz Sənəndəc
Tarixi və coğrafiyası
Sahəsi
  • 29.137 km²
Saat qurşağı
  • UTC+03:30
Əhalisi
Əhalisi
  • 1.603.011 nəf. (2016)
Rəqəmsal identifikatorlar
ISO kodu IR-12
Telefon kodu 0871
Kürdüstan ostanı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ərazi

Kürdüstan ostanı

Ostanın ərazisi 29.151 km² — dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir.

Əhali

2010-cu ildə Kürdüstan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi
etnik qrup nisbəti
Kürdlər
  
93.90%
Azərbaycanlılar
  
4.10%
Farslar
  
0.90%
Təsniflənməmiş
  
1.10%
  • 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır .
  • Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar .

Azərbaycan-Kürdüstan sərhəddi

Güney Azərbaycanla Kürdüstan sərhədi

Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna — Midiya dövləti, Sasanilər zamanı və… zamanlarda Azərbaycan sınırlarında yerləşibdir.

Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176–1213 şəmsi, 1797–1834 miladi və 1212–1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər. Əfzəl-əltarix də yazılan kimi Fətəli şah zamanı rəsm belə idi ki, şahzadələrin hər birisi bir vilayətin başçılığına təyin olurdular, ancaq o zaman şahzadə Dara hökumətsiz qalır, sədriəzəm Şəfi sədr belə qərara gəlir ki, Qəzvin, Gərüs, Həmədan və Fəlan buluki(?) ni Azərbaycandan ayırıb Zəncanla birlikdə Xəmsə vilayəti yaratsın ta şahzadə oraya hökumət edə bilsin. Bu zaman Xəmsə vilayəti Azərbaycana tabe qalır və şahzadə nayib-əlsəltənə nəzəri altında işə başlayır (Qacarlar dönəmi Təbriz ikinci paytaxt kimi nayib-əlsəltənənin məkanıdı). Fətəli şahın ölümündən sonra Məhəmməd şah hökumətə və Mirzə ağası sədri-əzəmliyə çatır. Vəzir Məhəmməd Sadıq xan Gərüsinin ölümündən sonra 1260-cı qəməri ilində Gərüs vilayətin nayib-əlsəltənənin ixtiyarı altından çıxardır və hökumətin müstəqil edir ta şah və sədri-əzəm eliyə bilsin oranın hakimin rahatcasına əzl və nəsb edə bilsinlər.

1325-ci qəməri ilində İranın əyalət və vilayət qanunu (qanun-e iyalat və vilayat-e İran) milli məclisin təsvibindən keçdi və bu qanun əsasında İran 27 əyalət və vilayətə bölündü. Bu bölünmələr əsasında Gərus hələ də müstəqil bir vilayət kimi saxlanıldı. Milli hökumət Pişəvəri zamanında Gərusu ələ keçirməyə çalışsa da dövləti nirular önündə iş qabağa apara bilmədi və bu çalışma uğursuz oldu.

1316-cı şəmsi ilində Pəhləvilər ilk inzibati bölmələri (təqsimat-e siyasi) başlandı. Bu əsasda İran 10 ostan və 49 şəhristana bölündü. Bu bölmələr əsasında Gərus beşinci ostana verildi. Beşinci ostanda İlam, Kirmanşah, Bicar, Sənəndəc və Şahabad yerləşirdi. 1318-ci şəmsi ilində Azərbaycan ostanı iki yerə bölünən zaman (üçüncü və dördüncü ostan) Bicar Gərüs şəhristanı beşinci ostandan ayrıldı və batı Azərbaycan ostanına izafə olundu. 1325-ci şəmsi ilində Həmədan əyalətinə verildi və 1337-ci şəmsi ilində Həmədan əyalətindən ayrıldı və Kürdüstan ostanına verildi. Bu bölgə indi iki bölgəyə bölünməklə (Bicar və Qürvə) Kürdüstan əyaləti sınırlarında qalmaqdadır.

Kürdüstan ostanının şəhristanları

  • Banə şəhristanı
  • Bicar şəhristanı
  • Sənəndəc şəhristanı
  • Divandərə şəhristanı
  • Sərvabad şəhristanı
  • Səqez şəhristanı
  • Qürvə şəhristanı
  • Kamyaran şəhristanı
  • Mərivan şəhristanı

Əhalisi

Kürdüstan şəhristanlarının əhalisi 2006-cı il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən 1 440 156 nəfər olmuşdur.

2006-cı il siyahıya alması
Şəhristanlar Əhalinin sayı
Sənəndəc şəhristanı409,628
Saqqız şəhristanı205,250
Qürvə şəhristanı196,972
Mərivan şəhristanı150,926
Banə şəhristanı116,773
Kamyaran şəhristanı104,704
Bicar şəhristanı95,461
Divandərə şəhristanı82,628
Sərvabad şəhristanı77,814

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kürdüstan ostanı haqqında məlumat. Kürdüstan ostanı nədir? Kürdüstan ostanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Peloponnes

  • Fevral 23, 2026

    Nuklein turşuları

  • Fevral 23, 2026

    Bitki

  • Fevral 24, 2026

    Macarlar

  • Fevral 23, 2026

    Qunut

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst