Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İran xalqları, İrandilli xalqlar və ya İrani xalqları — əsasən Hind-Avropa dil ailəsindəki Hind-İran dillərinin bir qolu olan İran dillərindən hər hansı birinin

İrandilli xalqlar

  • Ana Səhifə
  • Vikipediya
  • İrandilli xalqlar

İran xalqları, İrandilli xalqlar və ya İrani xalqları — əsasən Hind-Avropa dil ailəsindəki Hind-İran dillərinin bir qolu olan İran dillərindən hər hansı birinin yerli istifadəsi ilə müəyyən edilən müxtəlif etnolinqvistik qruplar.

İran xalqları
İran dillərinin yayılması
Ümumi sayı
210-230 milyon
Dili

İran dilləri

Dini

İslam (Şiə İslamı, və Sünni İslamı)

Proto-iranlıların eramızdan əvvəl II minilliyin ortalarında Mərkəzi Asiyada hind-iranlıların ayrıca bir qolu kimi meydana çıxdıqları güman edilir. Eramızdan əvvəl I minilliyin ortalarında genişlənmənin zirvəsində İran xalqlarının ərazisi qərbdə Dunay düzənliyindən şərqdə Ordos yaylasına və cənubda İran yaylasına qədər bütün Avrasiya çölünü əhatə edirdi.

İran dili danışan xalqarın ümumi əhali sayı təxminən 210-230 milyondur.

Mündəricat

Ad

"İran" termini birbaşa Orta Farsca Ērān (𐭠𐭩𐭥𐭠𐭭‎) və Parfiyaca Aryān (𐭀𐭓𐭉𐭀𐭍‎) sözlərindən əmələ gəlib. Orta İranca ērān və aryān terminləri qəbilə mənşəli ēr- (Orta Farsca) və ary- (Parfiyaca) sözlərinin əyri cəm formalarıdır və hər ikisi qədim farsca ariya- (𐎠𐎼𐎡𐎹), Avestaca airiia- (𐬀𐬌𐬭𐬌𐬀) və Proto-İranca *arya- sözlərindən törəyib.

Dna və Dse-də Darius və Kserks özlərini "Əhəməni, fars, farsın oğlu və ari soyundan olan ari" kimi təsvir edirlər. Böyük Darius öz dilini arya- ("İran") adlandırsa da, müasir alimlər onu Qədim Fars adlandırırlar, çünki bu, müasir fars dilinin əcdadıdır.

I Şapurun əmri ilə ucaldılmış üçdilli kitabə daha aydın təsvir verir. İstifadə olunan dillər Parfiya, Orta Fars və Yunan dilləridir. Yunan dilindəki kitabədə "ego ... tou Arianon ethnous despotes eimi" yazılıb ki, bu da "Mən İranlıların krallığının (millətinin) kralıyam" deməkdir. Orta fars dilində Şapur "ērānšahr xwadāy hēm", Parfiya dilində isə "aryānšahr xwadāy ahēm" deyir.

Bütün bu dəlillər göstərir ki, Arya adı kollektiv tərif olub, vahid etnik qrupa mənsub olduqlarının fərqində olan, ortaq dildə danışan və Əhrməzd kultuna əsaslanan dini ənənəyə malik xalqları ifadə edirdi.


Qədim İrandilli xalqlar

  • Midiyalılar
  • Parfiyalılar
  • Baktriyalılar
  • Xarəzmilər
  • Kadusilər
  • Soqdiylar

Müasir İrandilli xalqlar

  • Farslar
  • Taciklər
  • Farsivanlar
  • Sistani xalqı
  • Aymaqlar
  • Həzaralar
  • Qumari
  • Puştunlar
  • Bəluclar
  • Kürdlər
  • Zazalar
  • Yezidilər
  • Ləklər
  • Lurlar
  • Bəxtiyarilər
  • Mazandaranlılar (Təbərilər)
  • Giləklər
  • Talışlar
  • İran tatları
  • Tatlar
  • Osetinlər
  • Pamir xalqları
  • Yaqnoblular
  • Başkardi
  • Qebrlər

Qalereya

  • İrandilli xalqlar
  • Pakistandan olan Pamiri qızı
    Pakistandan olan Pamiri qızı
  • Tacik kişi
    Tacik kişi
  • Tacik qadın və uşaq
    Tacik qadın və uşaq
  • Türkiyənin Bismil vilayətindən olan üç Kürd uşaq
    Türkiyənin Bismil vilayətindən olan üç Kürd uşaq
  • Osmanlı imperiyasındakı Kürdlər
    Osmanlı imperiyasındakı Kürdlər
  • I Hürmüz
    I Hürmüz
  • Osetin Kosta Xetaqurov
    Osetin Kosta Xetaqurov
  • Puştun Eyyub xan
    Puştun Eyyub xan
  • Talış qadınları
    Talış qadınları
  • Bir Midiya əsgəri və bir Fars əsgəri
    Bir Midiya əsgəri və bir Fars əsgəri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İrandilli xalqlar haqqında məlumat. İrandilli xalqlar nədir? İrandilli xalqlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Karsinologiya

  • Fevral 23, 2026

    Şarl Aznavur

  • Fevral 23, 2026

    Ehtimal nəzəriyyəsi

  • Fevral 20, 2026

    Qaraçılar

  • Fevral 12, 2026

    Benqal dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst