Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther İkinci Dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq

Panther

  • Ana Səhifə
  • Vikipediya
  • Panther

Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther İkinci Dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer III və Panzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu İkinci Dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir.

Panther
Panzerkampfwagen V Panther
Panther,Aufs.D Model 1943
Döyüşəhazır kütləsi, t 44,8 ton
Tarixi
Hazırlayan MAN
İstehsalçı MAN,Daimler-Benz,Henschel
İstehsal illəri 1942-1945
İstismar illəri 1942-1950
Buraxılış sayı, əd. 6.000
Ölçüləri
Gövdəsinin uzunluğu, mm 6.87 m
Eni, mm 3.27 m
Hündürlüyü, mm 2.99 m
Zireh
Zirehinin tipi Öndə:80 mm 55°,Meyilli zireh:140 mm
Silahları
Topunun tipi 7.5cm KwK 42 L/70
Digər silahları 2× 7.92mm MG 34
Cəldlik
Mühərrikinin modeli Maybach HL230
Mühərrikinin gücü, kVt 515 kVt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İnkişaf prosesi

İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular.

Panter tankının ön zirehi.

Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MAN və Daimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.

Alman fabrikində Panter tankı istehsal olunarkən.

Daimler-Benz tankı demək olar ki,T-34 ün kopyası idi.Sovet torpaqlarına uyğun və Sovet sisteminə bənzər dizayn edilən bir tank idi.MAN tankı isə klassik Alman tankına bənzəyirdi, Alman tank sisteminə əsasən dizayn olunmuşdu.Hitler Daimler-Benzin tankını bəyənsədə,MAN tankını seçməli oldu. Çünki, Almanların əlində Daimler-Benz dizaynını işə sala biləcək uyğun Mühərrik yox idi. Alman baş qərərgahı ilk olaraq 250 tank istehsal ediləcəyini planlaşdırdı. Ancaq, müttəfiqlər Almaniyanın logistika xətlərini tez-tez bombaladığı üçün bu rəqəm hələ 1942-ci ildə 148-ə çata bildi.

Müharibə

Müharibədə Panterin hazırlanan plana görə uyğun olub olmadığı bəlli etmək çətin idi.Alman zabitlər Panter tankında çox təlim keçməmişdi, demək olar ki, Sürüş və Manevr təlimləri keçirilmədi. Bunların başlıca səbəbi Alman texnikalarının biri-birindən fərqli və qəliz olması idi, buna görə də istehsalda tez-tez texniki problemlər yaranırdı. Nəticədə bir çox zaman planı icra etməyə vaxt çatmır, planlar ləğv olunurdu.

Şərq Cəbhəsi

Von Lauchertin 48-ci Panzer korpusuna 200 Panter göndərilə bilmədi, İki Panter tankı isə tramvaydan endirilərkən mühərrikində yanğın çıxaraq, tamamilə müharibədən kənar qaldı. Nəticədə plan ləğv oldu.

Kursk müharibəsi başlayanda 5 iyul 1943 tarixində, sadəcə 184 Panter işlək vəziyyətdə cəbhədə idi. İki günə işlək vəziyyətdə olan Panterlərin sayı 40 oldu. İkisi isə döyüş meydanında alovlandı. Hitlerin əmri ilə müharibə 17 iyul 1943-cü ildə bitdi. General Heinz Guderian Hitlerə hadisəni belə bildirdi:

<>
Albert Spheer Pantherin Daimler-Benz dizaynına baxır. Panther T-34 Model 1943

Ancaq Kursk müharibəsində Panterin Sovet tankını çox uzaqdan vurduqları və çox yaxşı manevr qabiliyyətlərinə sahib olduqları görüldü.

Müharibədən sonra

Müharibədən sonra Panterlər 1950-ci ilə kimi Fransa tərəfindən istifadə olundu. Sonradan Fransa bu tankları İsrailə satdı. Eyni zamanda bu tanklardan Bolqarıstan,Ruminiya,Çexslovakiya,Macarıstan yararlandı. Sonralar Bolqarıstan Bu tankların bəzi hissələrini çıxararaq Türk sərhədinə sabit müdafiə nöqtəsi kimi yerləşdirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Panther haqqında məlumat. Panther nədir? Panther nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Luka

  • Mart 01, 2026

    Pəri Sultan

  • Fevral 27, 2026

    Cracker Island

  • Fevral 27, 2026

    Musa Kalankatlı

  • Fevral 27, 2026

    Azərbaycan süitası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst