Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsi imzalandıqdan və Türkiyə Böyük Millət Məclisinin beynəlxalq səviyyədə tanınmasından sonra, 1923-cü il oktyabrın 29-

Türkiyə prezidentləri

  • Ana Səhifə
  • Vikipediya
  • Türkiyə prezidentləri

Türkiyə Cümhuriyyətinin Prezidenti Türkiyə Cümhuriyyətinin dövlət başçısıdır.

Türkiyə Cümhuriyyəti Prezidentinin bayrağı.
Türkiyə Cümhuriyyəti Prezidentinin Ankara şəhərində yerləşən iqamətgahı

24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsi imzalandıqdan və Türkiyə Böyük Millət Məclisinin beynəlxalq səviyyədə tanınmasından sonra, 1923-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının varisi olan Türkiyə Cümhuriyyətinin yaradılması elan edildi; elə həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşa onun prezidenti seçildi. 3 mart 1924-cü ildə Osmanlı xilafəti tamamilə ləğv edildi.

1950-ci ildən 9 iyul 2018-ci ilədək prezidentlik əsasən təntənə rolu daşıyırdı, eyni anda prezident Türkiyə Cümhuriyyətini təmsil edirdi və türk millətinin birliyini simvolizə edirdi, Konstitusiyanın həyata keçirilməsi və digər dövlət orqanlarının qarşılıqlı həmahəng fəaliyyətini təmin edirdi. 2017-ci ildə keçirilmiş referendumda hökumətin respublika prezidentinə tabe olmasını nəzərdə tutan parlament idarəetmə formasından prezident respublikasına keçid və baş nazir vəzifəsinin ləğvini ehtiva edən 18 dəyişiklik təsdiq edildi. Konstitusiyanın 101–106-cı maddələri namizədlərə qoyulan tələbləri, seçki proseduru, prezidentin vəzifə və məsuliyyətlərini müəyyən edir. Daha əvvəl prezident Türkiyə parlamentinin üzvləri tərəfindən seçilirdi; 2007-ci ildə Konstitusiyaya edilmiş düzəlişlərdən sonra prezident vətəndaşların birbaşa səsvermə yolu ilə seçilir (ilk birbaşa seçkilər 2014-cü ildə keçirildi). Prezident qanunverici işlərdə fəal iştirak etmək imkanına malikdir: parlamentin qəbul etdiyi qanun layihələrini yenidən baxılması üçün qərar vermək, qanun layihələrini müzakirəyə təqdim etmək, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək, fərmanlar vermək (hansıları ki Konstitusiya ilə müəyyən edilmiş hallarda Baş nazir və müvafiq nazir təsdiq etməlidilər). Prezident parlament üzvlərinin ümumi sayının ən azı 1/3 hissəsi və onların ümumi üzvlərinin ən azı 3/4 qərarı ilə dövlətə xəyanət etdiyinə görə vəzifəsindən kənarlaşdırıla bilər.

Cədvəlin ilk sütununda istifadə olunan nömrələmə şərtidir. İlk sütunda istifadə olunan rəngləmə də şərtidir, hansı ki partiya mənsubiyyətini əks etdirən sütuna baxmadan şəxslərin müxtəlif siyasi qüvvələrə mənsubiyyətininin daha sadə mənimsəməsinə xidmət edir. Dalbadal bir neçə dəfə seçilən prezidentin hər səlahiyyət müddəti ayrıca əks olunub (məsələn, ardıcıl dörd dəfə seçilən (1923–1938-ci illər) Mustafa Kamal Atatürkün səlahiyyət müddətləri). Siyahıda dövlət başçılarının səlahiyyətlərinin fərqli xasiyyəti də əks olunub (məsələn, 1960-cı ildən 1966-cı ilədək dövlət başçısı olan Camal Gürsəl səlahiyyət müddəti iki dövrə bölünüb: Milli Birlik Komitəsinin rəhbəri və seçilmiş prezident olduğu vaxtlar. "Seçkilər" sütununda prezident seçən parlamentin tərkibini formalaşdıran seçki prosedurları göstərilir, 2014-cü ildən isə birbaşa prezident seçkiləri göstərilib. "Partiya" sütununda partiya mənsubiyyəti ilə yanaşı şəxslərin bitərəf (partiyasız) statusu və ya partiyasız siyasi qüvvə olaraq çıxış etdikdə silahlı qüvvələrə aidiyyəti əks olunub.

Mündəricat

Vəzifədə qalma diaqramı

Rəcəb Tayyib ƏrdoğanRəcəb Tayyib ƏrdoğanAbdullah GülƏhməd Necdət SezərSüleyman DəmirəlHüsamettin CindorukTurqut ÖzalKənan EvrənMilli Təhlükəsizlik Şurası (Türkiyə)İhsan Sabri ÇağlayangilFəxri QorutürkTəkin ArıburunCövdət Sunayİbrahim Şevki AtasagunCamal GürsəlMilli Birlik KomitəsiCəlal Bayarİsmət İnönüƏbdülxaliq RendaMustafa Kamal Atatürk

Legenda: 1 — parlamentli respublika; 2 — diktatura; 3 — prezident respublikası

Prezidentlərin siyahısı

  CXP   Demokrat Partiyası   ordu   bitərəf   Ədalət Partiyası   Ana Vətən Partiyası   Doğru Yol Partiyası   Ədalət və İnkişaf Partiyası

Şəkli Adı
(doğum və vəfat tarixi)
Səlahiyyəti Partiya Seçkilər İst.
Başlaması Bitməsi
1 Mustafa Kamal Atatürk
(1881–1938)
29 oktyabr 1923 1 noyabr 1927 Xalq Partiyası → Cümhuriyyət Xalq Partiyası 1923
1 noyabr 1927 4 may 1931 1927
4 may 1931 1 mart 1935 1931
1 mart 1935 10 noyabr 1938 1935
(s.i.) Əbdülxaliq Renda
(1881–1957)
10 noyabr 1938 11 noyabr 1938 Cümhuriyyət Xalq Partiyası
2 İsmət İnönü
(1884–1973)
türk. İsmet İnönü
11 noyabr 1938 3 aprel 1939 Cümhuriyyət Xalq Partiyası 1938
3 aprel 1939 8 mart 1943 1939
8 mart 1943 5 avqust 1946 1943
5 avqust 1946 22 may 1950 1946
3 Cəlal Bayar
(1883–1986)
22 may 1950 14 may 1954 Demokrat Partiyası 1950
14 may 1954 1 noyabr 1957 1954
1 noyabr 1957 27 may 1960 1957
— Milli Birlik Komitəsi
(38 üzv)
Komitənin rəhbəri — general Camal Gürsəl
27 may 1960 26 oktyabr 1961 ordu
4 Camal Gürsəl
(1895–1966)
26 oktyabr 1961 2 fevral 1966 bitərəf 1961
(s.i.) İbrahim Şövqü Atasagun
(1899–1984)
2 fevral 1966 28 mart 1966 bitərəf
5 Cövdət Sunay
(1899–1982)
28 mart 1966 28 mart 1973 bitərəf 1966
(s.i.) Tekin Arıburun
(1905–1993)
28 mart 1973 6 aprel 1973 Ədalət Partiyası
6 Fəxri Qorutürk
(1903–1987)
6 aprel 1973 6 aprel 1980 bitərəf 1973
(s.i.) İhsan Səbri Çağlayangil
(1908–1993)
6 aprel 1980 12 sentyabr 1980 Ədalət Partiyası
— Milli Təhlükəsizlik Şurası
(MTŞ rəhbəri — general Kənan Əvrən)
12 sentyabr 1980 9 noyabr 1982 ordu
7 Kənan Əvrən
(1917–2015)
9 noyabr 1982 9 noyabr 1989 müstəqil 1982
8 Turqut Özal
(1927–1993)
9 noyabr 1989 17 aprel 1993 müstəqil 1989
(s.i.) Hüsaməddin Cindoruk
(1933—)
17 aprel 1993 16 may 1993 Doğru Yol Partiyası
9 Süleyman Dəmirell
(1924–2015)
16 may 1993 16 may 2000 müstəqil 1993
10 Əhməd Necdət Sezər
(1941—)
16 may 2000 28 avqust 2007 müstəqil 2000
11 Abdullah Gül
(1950—)
28 avqust 2007 28 avqust 2014 müstəqil 2007
12 Rəcəb Tayyib Ərdoğan
(1954—)
28 avqust 2014 24 iyun 2018 Ədalət və İnkişaf Partiyası 2014
24 iyun 2018 28 may 2023 2018
28 may 2023 hazırkı 2023


Həmçinin bax

  • Türkiyə Baş nazirlərinin siyahısı

Ədəbiyyat

  • Ahmad, Feroz. Geschichte der Türkei. Essen: Magnus. 2005. (alm.)
  • Giritli, Dr. Ismet. Fifty Years of Turkish Political development 1919—1969. Istanbul: Fakültler Matbaasi. 1969. (ing.)
  • Kreiser, Klaus. Kleines Türkei Lexikon. München: C. H. Beck. 1992. (alm.)
  • Nohlen, Dieter; Stöver, Philip. Elections in Europe: A data handbook. Baden-Baden: Nomos. 2010. ISBN 978-3-8329-5609-7. (ing.)
  • Robinson, Richard. The First Turkish Republic: a case study in national development. Cambridge: Harvard University Press. 1963. (ing.)
Vikianbarda Türkiyə prezidentlərinin siyahısı ilə əlaqəli mediafayllar var.
П: "Türkiyə" portalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, türkiyə prezidentləri sözünün mənası, türkiyə prezidentləri haqqında məlumat. türkiyə prezidentləri nədir? türkiyə prezidentləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    L.

  • Fevral 27, 2026

    Picin

  • Fevral 27, 2026

    Anaxatır

  • Mart 01, 2026

    Kamalpaşa (İzmir)

  • Fevral 27, 2026

    Lavanda

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst