Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi, şairə, dramaturq, tərcüməçi. Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR Əməkdar

Alla Axundova

  • Ana Səhifə
  • Vikipediya
  • Alla Axundova

Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi, şairə, dramaturq, tərcüməçi. Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1988). 1970-ci ildən "Yazıçılar Birliyi"nin və 1971-ci ildən "Rusiya Kinematoqrafçılar İttifaqı"nın üzvü. 1970-ci illərin məşhur rus tənqidçisi Stanislav Lesnovski onu SSRİ-də müasir qadın poeziyasının üç əsas "sütun"undan biri adlandırıb. Alla Axundova "Şərikli çörək" və "Alma almaya bənzər" filmlərinin ssenari müəllifidir.

Alla Axundova
Doğum tarixi 27 oktyabr 1939(1939-10-27) (86 yaş)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti yazıçı, ssenarist, şair, dramaturq, tərcüməçi
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı,
  • SSRİ Kinematoqrafçılar İttifaqı
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1988 Azərbaycan SSR Dövlət mükafatı — 1970

Mündəricat

Həyatı

Alla Nuru qızı Axundova 27 oktyabr 1939-cu il oktyabr ayının 27-də Moskvada qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir.

Fəaliyyəti

1957-ci ildən etibarən şeirlərini dövrün qəzet və jurnallarında nəşr etdirməyə başlayıb. A. Axundova "Ağ şəfəq", "Bazar günü bağçası", "Həvvanın sözü", "Təbiət mənzərələri", "Pillələr", "İstirahət bağı", "Üzün cizgiləri, beş povest" kimi şeir kitabları ilə yanaşı, qədim türk eposları ilə birlikdə ingilis, ərəb və gürcü dillərindən nümunələri rus dilinə peşəkarlıqla tərcümə etmiş, əsərləri bir çox dünya xalqlarının dillərində nəşr olunmuşdur. Həmçinin Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Kamal Abdulla, Fikrət Xoca, İsa İsmayılzadə və digər Azərbaycan ədiblərinin əsərlərini rus dilinə çevirib. A. Axundovanın şeirləri ingilis, rumın, fransız, azərbaycan, ərəb və yapon dillərinə tərcümə olunmuşdur.

"Sirr. Sirr. Sirr" pyesi, "Çöhrənin ifadəsi" nəsr əsəri onun qələminin məhsuludur.

Alla Axundova bir sıra qısametrajlı, eyni zamanda cizgi filmlərinin müəllifidir. "Şərikli çörək" onun ilk ekran işidir.

Mükafatları

  • Azərbaycanın SSR əməkdar incəsənət xadimi (1988)
  • Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970)

Əsərləri

  • Весёлые кони: стихи для детей. — М.: Малыш, 1969.
  • Белый свет: сборник стихов. — Bakı, 1970.
  • Дровосек без топора. Присказка-небылица. — Moskva: Детская литература, 1970.
  • Белое, красное, жёлтое яблоко: стихи для детей. — М.: Детская литература 1977.
  • Девочка-припевочка. — М.: Детская литература. 1978; Московская панорама / Николай Рахманов — фотографии, Алла Ахундова — стихи, Роберт Рождественский — вступительный текст. — М.: Московский рабочий, 1979.
  • Почему бывает?: стихи для детей. — М.: Детская литература. 1982.
  • Воскресный сад: сборник стихов. — М.: Советский писатель, 1987.
  • Ступеньки: сборник стихов для детей. — М.: Детская литература, 1989.
  • Открытки с видами: сборник стихов. — М., 1999.
  • Погремушка: стихи. — М.: Самовар 2004. — (Серия "Малышам").
  • Слово Евы. — М.: Московская городская организация Союза писателей России, 2004.
  • Птица: сборник стихов. — М., 2005. Карнавал: сборник стихов. — М., 2009.

Tərcümələri

  • "Nəvazişli nəğmələr. Azərbaycan xalq poeziyasından." — M.: Uşaq ədəbiyyatı, 1967.
  • N. Bakozoda. "Gör necə də dəcəlsən!" / Tacik dilindən tərcümə edən Alla Axundova. — M.: Uşaq ədəbiyyatı, 1974.
  • "Şən bahar. Azərbaycan folklorundan." — M.: Uşaq ədəbiyyatı, 1975.
  • "Gül deyərəm, lalə deyərəm: Azərbaycan xalq mahnıları, bayatılar, saymacalar, təmsillər və tapmacalar." — Bakı: Gənclik, 1987.
  • Qədim türklərin eposunu, ingilis, ərəb və gürcü şairlərinin şeirlərini tərcümə etmişdir. Türkdilli xalqların epos abidəsi "Kitabi-Dədə Qorqud" əsərini rus dilinə çevirmişdir.
  • Hamlet İsaxanlı. "Kontrastlar" / Alla Axundovanın tərcüməsində şeirlər kitabı (Azərbaycan dilindən). — M.: İzograf, 2006.

Filmoqrafiya

  1. Biz oynadığımız dəniz sahilində (1967)
  2. Cırtdan (film, 1969)
  3. Şərikli çörək (film, 1969)
  4. Var olun, qızlar... (film, 1972)
  5. Şahzadə-qara qızıl (film, 1974)
  6. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-ssenari müəllifi
  7. Avtomobil, skripka və xallı it (1975)
  8. Şir evdən getdi (film, 1977)
  9. Bizi bağışlayın (film, 1979)
  10. Uşaq və külək (film, 1982)
  11. Oralarda, keçilməmiş yollarda (1983)
  12. Təqib (film, 1984)
  13. Lyuboçka (film, 1984)
  14. Bahar əyləncələri (film, 1989)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alla axundova sözünün mənası, alla axundova haqqında məlumat. alla axundova nədir? alla axundova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Monqolar

  • Fevral 23, 2026

    Alfred Yodl

  • Fevral 27, 2026

    Vulkan sütunu

  • Fevral 27, 2026

    Tunqus meteoriti

  • Mart 01, 2026

    Humbolt Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst