Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çarlton Heston (ing. Charlton Heston; 4 oktyabr 1923[…], Evanston[d], İllinoys – 5 aprel 2008[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru.

Çarlton Heston

  • Ana Səhifə
  • Vikipediya
  • Çarlton Heston

Çarlton Heston (ing. Charlton Heston; 4 oktyabr 1923[…], Evanston[d], İllinoys – 5 aprel 2008[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru.

Çarlton Heston
ing. Charlton Heston
Doğum adı John Charles Carter
Doğum tarixi 4 oktyabr 1923(1923-10-04)[…]
Doğum yeri
  • Evanston[d], Kuk[d], İllinoys, ABŞ
Vəfat tarixi 5 aprel 2008(2008-04-05)[…] (84 yaşında)
Vəfat yeri
  • Beverli-Hillz, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Vəfat səbəbi ağciyər iltihabı, Altsheymer xəstəliyi
Dəfn yeri
  • Kaliforniya
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, kinorejissor, avtobioqraf[d], teatr aktyoru, aktyor, ssenarist, siyasi fəal[d], siyasi fəal[d], aktivist, hərbi qulluqçu, rejissor, yazıçı, zabit, film ssenaristi[d], səsləndirmə aktyoru[d]
Fəaliyyət illəri 1941–2003
Təhsili
  • Şimal-Qərb Universiteti
Boyu 189 sm
Mükafatları Prezidentin "Azadlıq" medalı — 2003 "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi — 1997 Kennedi Mərkəzinin fəxri mükafatı
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı — 1960
IMDb ID0000032
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Çarlton Heston 4 oktyabr 1923-cü ildə anadan olmuşdur. Gələcək aktyor Heston, aktyor sənəti ilə hələ müharibəyə qədər maraqlanmağa başlamış və "Per Günt" həvəskar tamaşasında baş rolu oynamışdı. İkinci Dünya müharibəsi vaxtı Aluet adasında pilot olmuşdur. O, həm də Nyu-Yorkda fotomodel işləmiş və manekençi işləyən gələcək həyat yoldaşı ilə də orada tanış olur. 1948-ci ildə "Antoni və Kleopatra" Brodvey tamaşasında öz debütünü edir.

Çarlton Heston 1950-ci ildə "Qaranlıq şəhər" nuar janrında çəkilmiş triller filmində qisasçı rolunu ifa etmişdi. Bert Lankaster "Dünyanın ən böyük şousu" filmindən sonra (1952) Hestonu Hollivudun irəlidə olan aktyorları sırasına çəkib gətirir. O, özünə tamam səciyyəvi bir tipaj seçmişdi. Ateist olan Lankaster Bibliya personajlarını oynamaqdan imtina edirdi və bu rolları Hestona verirdilər. O, dünya tarixinin ən əfsanəvi və təsirli anlarını göstərən filmlərdə çəkilmişdir. Heston 1956-cı ildə "On qadağa" filmində Musa peyğəmbəri, 1959-cu ildə isə ona "Oskar" bəxş etmiş "Ben-Hur" filmində Ben Huru ifa etmişdir. 1968-ci ildə Heston gözlənilmədən "Meymunlar planeti" fantastika filmində baş rolu oynamalı olur. Bu rolun sayəsində o, yeni tamaşaçı kütləsinə tanındı.

Çarlton Heston yeddi dəfə ABŞ Kinoaktyorlar Gildiyasının prezidenti seçilmiş və uzun müddət Amerika Kino İnstitutunun sədri vəzifəsində işləmişdir.

1998-ci ildə prostat vəzinin xərçəngindən müalicə alan Heston 2002-ci ildən – özündə olan Alsheymer xəstəliyinin əlamətlərini hiss edib bunu geniş kütləyə elan edəndən sonra ictimaiyyət arasına çıxmırdı.

Çarlton Heston 5 aprel 2008-ci ildə vəfat etmişdir.

Filmoqrafiya

  1. Ben-Hur (film, 1959) / Ben-Hur
  2. Qisas mələyi (film, 1995) / The Avenging Angel

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çarlton heston sözünün mənası, çarlton heston haqqında məlumat. çarlton heston nədir? çarlton heston nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məlik-Aslanovlar

  • Fevral 27, 2026

    Camal Əhmədov

  • Mart 01, 2026

    Po (çay)

  • Fevral 27, 2026

    Skelet

  • Fevral 23, 2026

    Yupiter

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst