Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliyev Arif Rauf oğlu (6 sentyabr 1972, Buzovna – 22 noyabr 2025, Buzovna) — Azərbaycan şairi, qəzəlxanı, tədqiqatçısı və şeirşünası. O, Azərbaycan Yazıçılar Bi

Arif Buzovnalı

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Buzovnalı

Əliyev Arif Rauf oğlu (6 sentyabr 1972, Buzovna – 22 noyabr 2025, Buzovna) — Azərbaycan şairi, qəzəlxanı, tədqiqatçısı və şeirşünası. O, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri idi.

Arif Buzovnalı
Arif Rauf oğlu Əliyev
Təxəllüsü Buzovnalı
Doğum tarixi 6 sentyabr 1972(1972-09-06)
Doğum yeri
  • Buzovna, Əzizbəyov rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 noyabr 2025(2025-11-22) (53 yaşında)
Vəfat yeri
  • Buzovna, Xəzər rayonu, Bakı, Azərbaycan
Dəfn yeri
  • Buzovna
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair, tərcüməçi, qəzəlxan, tədqiqatçı
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arif Buzovnalı 1972-ci ildə 6 sentyabr tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979–1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.

Arif Buzovnalı 22 noyabr 2025-ci ildə Buzovnada yaşadığı evdə vəfat etmişdir. Onun vida mərasimi Məşədi Qərib məscidində təşkil olunub və o, Buzovna qəbiristanlığında dəfn edilib.

Fəaliyyəti

Arif Buzovnalının ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. 1987-ci ildə "Pioner" jurnalına göndərdiyi "Vahidə bənzətmə" şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir "Azərbaycan Gəncləri" qəzetində çap olunub.

Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda "Azərbaycan Gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, həmçinin "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", "Azərbaycan" jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib.

2003-cü ildə Təbrizdə keçirilən "Şeri-tənz" Beynəlxalq şeir müsabiqəsinin qalibi olub.

2010-cu ildə Urmiyyədə keçirilən "Rəzəvi" Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi olmuşdur.

2014–2021-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (Aztv) "Məclisi-Üns" verilişinin daimi iştirakçısı olmuşdur.

2018–2019-cu illərdə keçirilmiş 1-ci və 2-ci "Nəsimi — Şeir, incəsənət, mənəviyyat" festivalı çərçivəsində "Nəsimi məclisi" və "Bir qəzəlin şərhi" proyektlərinin müəllifi və aparıcısı olmuşdur.

2022-ci ildə Türkiyə Cumhuriyyətində keçirilmiş Beynəlxalq Türkologiya Kongresi professor Dk. Vüsalə Musalının "Çağdaş Azərbaycan ədəbiyyatında klassik gələnəyin davamı: Arif Buzovnalı sənəti" adlı tədqiqat işinə həsr edilmişdir.

Azərbaycan,Türkiyə, İran, Ukrayna, Rusiyada keçirilmiş bir çox elmi və ədəbi konfranslarda iştirak edib, müxtəlif diplom və mükafatlara layiq görülüb. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub.

Yeddi kitabı işıq üzü görüb və müxtəlif almanaxlarda əsərləri yer alıb.

Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var.

2022-ci ildə 50 illik yubileyi münasibətilə haqqında təbriklər, ithaflar və məqalələrdən ibarət "Arif" kitabı çap olunub. Kitabda şairin həmkarlarının, müxtəlif elm və incəsənət xadimlərinin Arif Buzovnalı şəxsiyyəti və yaradıcılığı barədə yazıları toplanıb.

  • 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
  • 2016-cı ildə təsis edilmiş Xəzər Yazıçılar Birliyinin sədridir.
  • 2017-ci ildən "Poeziya klubunun" sədridir.
  • 2022-ci ildən AYB "Füzuli" komissiyasının sədridir.

Ailəsi

Ailəli idi, iki övladı var.

Əsərləri

  • Ömrün ötən anları, 1999.
  • Mərifətdən həqiqətə, 2005.
  • Səhərimə nə qalıb ki, 2007.
  • Xəzərim, 2009.
  • Sarı güllər, 2010
  • Seçilmiş əsərlər, 2014
  • Vadi, 2022
  • Qəzəllər, 2023
  • Məqalələr və şərhlər, 2025

Tədqiqat

  • Xətai və Füzuli… Düşüncələr
  • Nəsimi bir baxışda
  • Qırx qəzəl – Qırx şərh
  • Çün "əhsəni təqvim" idi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arif Buzovnalı haqqında məlumat. Arif Buzovnalı nədir? Arif Buzovnalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Robert Malliqan

  • Fevral 27, 2026

    İsrail himni

  • Fevral 27, 2026

    E.ə. 140

  • Fevral 28, 2026

    Qreq Ebbott

  • Mart 01, 2026

    Çərəz

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst