Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlı

Buzovna

  • Ana Səhifə
  • Vikipediya
  • Buzovna

Buzovna — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.

Buzovna
40°31′ şm. e. 50°07′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xəzər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 31.500 nəf. (2019)
Xəritəni göstər/gizlə
Buzovna xəritədə
Buzovna
Buzovna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır. Lakin Hun qəbiristanlığında eradan əvvəl III əsrə aid olan qəbirlər, Alban kilsəsi və kəndin girəcəyində mövcud olmuş Buzovna qalası Sovet hakimiyyəti illərində dağıdılmışdır. Qədim yaşayış məntəqələrindən biri olan Buzovna Abşeronun şimali- şərqində yerləşir; ərazisi 8000 kv.km-ə yaxın (yaşayış sahəsi), əhalisi isə 25500 nəfərdən yuxarıdır. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarında əhalisinin sayına görə yarımadada Maştağadan sonra ikinci böyük yaşayış məntəqəsi məhz Buzovna olmuşdur. 1758-1759-cu illərdə burada Bakı xanı I Hacı Mirzə Məhəmməd xan (A.A.Bakıxanovun ulu babası) «Xan bağtında özünə saray tikmişdir. Əhalisinin ənənəvi məşğuliyyəti əkinçilik, o cümlədən tərəvəzçilik, bostançılıq, zəfərançılıq, həmçinin maldarlıq, qismən də balıqçılıq ilə bağlı idi. Əzizbəyov (indiki Xəzər) rayonunun inzibti ərazi vahidlərindən olan Buzovna tarixi - memarlıq abidələri ilə də zəngindir. Bunlardan bürc-qalanı (XV-XVI əsrlər), «Qara paltar piri»ni (1306-cı il), «Xəlifə Əli və Məhəmməd Mömin türbəsi»-ni (1641-ci il), Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirləri, Sahibəz-Zaman məscidi (XVII əsr), Məşədi Qərib məscidini (XIX əsr), İmam Həsən (ə) məscidini (XIX əsr), Məşhur Həzrət Əli (ə) qədəmgahını (Əli Ayağı), Mehdiqulu bəyin evini (XIX əsr), el hamamlarını (XIX əsr) qeyd etmək olar. Qəsəbə rayonun inkişaf etmiş yaşayış məntəqələrindəndir.

Tarixi memarlıq abidələri

Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq “Hun qəbiristanlığı”dır. Lakin Hun qəbiristanlığında eradan əvvəl III əsrə aid olan qəbirlər, Alban kilsəsi və kəndin girəcəyində mövcud olmuş Buzovna qalası Sovet hakimiyyəti illərində dağıdılmışdır. Buzovnada həmçinin dörd el “Təhməzov”, “Capayev”, “Hacı Nurəli” və “Məşədi Veysəl” hamamları mövcud olmuşdur. Təəssüflər olsun ki, hazırda bu hamamların heç biri işləmir. Buzovnada yerləşən "Həzrəti Əli Qədəmgahı" ziyarətgahına isə təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən də gəlirlər.

  • Xəlifə Əli və Məhəmməd Mömin turbəsi

Əhalisi

31,7 min nəfər (2020)

Tanınmış şəxsləri

  • Ağaəmi Heybətov — Vətən müharibəsi şəhidi
  • Nurəddin İbrahimov — Birinci Qarabağ müharibəsi iştirakçısı
  • Sidqi Ruhulla — Teatr aktyoru və rejissoru
  • Əsməd Muxtarova — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor
  • Mirnadir Zeynalov — Rəssam, Azərbaycan Respublikasının xalq rəssamı
  • Arif Buzovnalı — Şair, qəzəlxan, tədqiqatçı, şeirşünas
  • Azər İmaməliyev — Şair, qəzəlxan
  • Haşım bəy Heybətbəyov — Şair, publisist, xeyriyyəçi.
  • Mömünat Qurbanova — Aktrisa
  • Kamil Cəlilov — Musiqiçi, bəstəkar
  • Nəcibə Məlikova — Aktrisa, Azərbaycan SSR xalq artisti
  • Ziyad Səmədzadə — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, deputat
  • Kəbir Azəri — Meyxanaçı
  • Mirzə Ağabəyli - Aktyor
  • Kənan Hacı - Şair, yazıçı, esseist, tərcüməçi.
  • Rəhimağa İmaməliyev - Jurnalisti, ensiklopedist, lüğətşünas, naşir
  • Firuz Əliyev - Tarzən
  • Nəriman Əliyev (xanəndə) - Xanəndə, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar müəllimi
  • Soltan Əlizadə - Yazıçı, tədqiqatçı, şair
  • Vladislav Qədirov - Futbolçu

Din

Qəsəbədə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buzovna haqqında məlumat. Buzovna nədir? Buzovna nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Encore

  • Fevral 27, 2026

    Paris (mifologiya)

  • Fevral 27, 2026

    Əmtəə

  • Fevral 27, 2026

    Microsoft Edge

  • Fevral 23, 2026

    Genetik kod

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst