Leyla İlham qızı Əliyeva (3 iyul 1985, Moskva) — Azərbaycan ictimai xadimi, şairə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri (2007-ci ildən), "Baku" jurnalının təsisçisi və baş redaktoru (2007-ci ildən), Heydər Əliyev Fondunun vitse-prezidenti (2011-ci ildən), İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük qızıdır.
| Leyla Əliyeva | |
|---|---|
![]() Leyla Əliyeva 2025-ci ildə | |
Vəzifədədir | |
| 2011-ci ildən | |
| Prezident | Mehriban Əliyeva |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 3 iyul 1985 (40 yaş) |
| Doğum yeri | |
| Təhsili | Avropa Biznes Məktəbi (ESB) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu |
| Fəaliyyəti | jurnalist, yazıçı, siyasətçi, ictimai xadim, redaktor |
| Atası | İlham Əliyev |
| Anası | Mehriban Əliyeva |
| Həyat yoldaşı | Emin Ağalarov (2006–2015) |
| Uşaqları | oğulları: Əli Ağalarov Mikayıl Ağalarov qızı: Əminə Əliyeva (övladlıq) |
| Dini | İslam |
| Təltifləri | |
| leyla-aliyeva.az/en/ | |
Həyatı
Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006–2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.
30 aprel 2006-cı ildə Crocus Group kampaniyasının vitse-prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyət ilə məşğul olmaqa başlayıb. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə Rusiyada Baku jurnalını təsis edir və həmin jurnalında baş redaktoru olur. 8 may 2008-ci ildə Xocalıya ədalət kampaniyasını başlayır. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 30 may 2015-ci ildə Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan ediblər.
Ailəsi
- Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin nəvəsidir.
- Azərbaycanın 4-cü prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ən böyük övladıdır.
- Film prodüseri Arzu Əliyevanın bacısıdır.
- Heydər Əliyevin bacısıdır.
Təhsili
1989–2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. O, İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006–2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb
Fəaliyyəti
Fəaliyyət göstərdiyi sahələr və hərəkatlar
Heydər Əliyev Fondu

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarlarıdır. Heydər Əliyev Fondu təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi layihələrə imza atıb.
"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası
Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. "Xocalıya ədalət!" kampaniyasının məqsədi qətliam haqqında həqiqətlərin dünyaya yayılmasına, faciənin Azərbaycan xalqına qarşı soyqırım kimi tanınmasına nail olmaqdır.
İslam Konfransı Təşkilatının gənclər forumu ilə birgə "Xocalıya ədalət!" Beynəlxalq kampaniyasına start verilməsi də Fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət!" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT)
18 aprel 2009-cu ildə Leyla Əliyeva Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri vəzifəsinə seçilib.
Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi (IDEA)
Leyla Əliyeva 12 iyul 2011-ci ildə Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının əsasını qoyub. IDEA planetanın üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləyib.
Bu kampaniya çərçivəsində onlarla müxtəlif layihələr həyata keçirilib. O cümlədən, Leyla Əliyevanın təşəbbüsü ilə Maltada "Yer kürəsi uşaqların gözü ilə" sərgisi açılıb, Bakıda Dənizkənarı Milli Parkda "Məhəbbət ağacı" layihəsi reallaşdırılıb, "IDEA üçün ideyalar" layihə müsabiqəsi, Bakıda beynəlxalq foto müsabiqəsi keçirilib. Bundan başqa, IDEA tərəfindən tələbələr arasında ən yaxşı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb, IDEA-nın təşəbbüsü ilə "Yer Kürəsi Günü"-də müxtəlif layihələrə imza atılıb. IDEA İctimai Birliyinin "Yer saatı" aksiyası da böyük maraqla qarşılanıb. Həmçinin, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyi ilə birlikdə "Ağacların kəsilməsinə yox" proqramı həyata keçirilib.
7 may 2014-cü ildə Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub. IDEA "Panthera" təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində yeni layihəyə başlayıb. Heydər Əliyev Mərkəzində "Afrikanın vəhşi təbiəti" mövzusunda sərgi açılmışdır.
Mədəniyyətlər arası dialoq

Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir.
2012-ci ilin noyabrında Londonda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfrans keçirilmişdir..
Yaradıcılığı
Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də dünyada tanınıb. O, aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilənən şəkillər yaradıb. Leyla Əliyeva artıq Paris, Berlin, London, Moskva şəhərlərində əsərlərini nümayiş etdirib.
Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı şeirlərdə yazır. Leyla Əliyevanın öz babası Heydər Əliyevə həsr etdiyi Elegiya şeiri orta məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə salınmışdır.
Leyla Əliyevanın "Sanki bir alovsan" şeirlər toplusu Türkiyənin nüfuzlu "BENGÜ" yayınları brendi ilə oxuculara təqdim olunan "Azərbaycan ədəbiyyatı"nın seçilən nəşrləri sırasına daxildir. Onun "Dünya yuxutək əriyir…" şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Londonda ingiliscə, "Ulduzlar göylərdə düzülsəydi sırayla" kitabı Moskvada rusca, Minskdə Belarus dilində nəşr olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın "Dünya yuxutək əriyir…" şeirlər kitabı Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub. "Dünya yuxutək əriyir…" şeirlər kitabının tərtibçisi — ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Kitabda "ön söz"də vurğulanır ki, şairə Leyla Əliyeva öz əsərlərində yaşadığı mühitdə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını, xeyirini və şərini, sevincini və kədərini, yaxşılığı və pisliyi səmimi poeziyanın dili ilə oxucuya çatdırır. Nəşrdə şairə Leyla Əliyevanın Özbək dilinə tərcümə olunmuş "Mənə güc ver Allahım", "Elegiya", "Tək deyilsən", "Sevgi və nifrət", "Kor olmuşam", "Şeirim" "İnsanlar", "Getmə", "Bakı" və s. çoxsaylı şeirləri ilk dəfə olaraq Özbəkistan oxucularına öz ana dillərində təqdim olunur.
Əsərləri
- Leyla Əliyeva (Bakı, 2014) "Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V. Səmədov, R. Vəlizadə; Azərb. MEA, İnsan Hüquqları İn-tu; "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyi, I cild, 341 s.
- Leyla Əliyeva (Bakı, 2014) "Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V. Səmədov, R. Vəlizadə; Azərb. MEA, İnsan Hüquqları İn-tu; "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyi, II cild, 373 s.
- Leyla Əliyeva (Bakı, 2014) "Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V. Səmədov, R. Vəlizadə; Azərb. MEA, İnsan Hüquqları İn-tu; "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyi, III cild, 476 s.
- Leyla Əliyeva (Moskva, 2016) "Ulduzlar pillə-pillə düzülsəydi səmaya"/ АСТ, 160 s.
- Leyla Əliyeva (Bakı, 2016) "Dünya yuxutək əriyir"/ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, 160 s.
- Leyla Əliyeva (London, 2016) "Dünya yuxutək əriyir"/ Hertfordshire Press LTD, 160 s.
- Leyla Əliyeva (Minsk, 2016) "Yarpaq"/ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Zvezda
- Leyla Əliyeva (Moskva, 2016–2017) "366 gün sevgi. Qış. Yaz. Yay. Payız"/ UP Print
- Leyla Əliyeva (Moskva, 2017) "ArtNote. Leyla Aliyeva"/ Repablika, 144 s.
- Leyla Əliyeva (Moskva, 2018) "Sağ ol" / Repablika, 171 s.
- Leyla Əliyeva (Moskva, 2018) "Sükut"/ Repablika, 172 s.
- Leyla Əliyeva (Daşkənd, 2018) "Dünya yuxutək əriyir"/ Kamalak, 160 s.
- Leyla Əliyeva (Tehran, 2018) "Dünya yuxutək əriyir"/ Nevis, 160 s.
- Leyla Əliyeva (Moskva, 2019) "Mən elə sənəm"/ Repablika, 216 s.
- Leyla Əliyeva (Ankara, 2019) "Sanki bir alovsan"/ Avrasiya Yazıçılar Birliyi, "BENGU"
- Leyla Əliyeva (2024) "Seçilmişlər".
Mükafatları
- 5 iyul 2011 —
Tərəqqi medalı - noyabr 2011 —
Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, "Key to life" fəxri mükafatına layiq görülüb - 22 noyabr 2011 — BMT-nin sertifikat və xüsusi vəsiqəsini alıb
- 12 sentyabr 2012 —
Həştərxan vilayətinə xidmətinə görə medalı - 5 aprel 2013 — Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji Mühitin Qorunmasına Görə" xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb
- 20 dekabr 2013 —
III dərəcəli Müqəddəs Mələksima Knyaqina Olqa ordeni - 20 dekabr 2013 —
Volqoqrad vilayətinə xidmətinə görə medalı - 20 oktyabr 2015 —
Aleksandr Puşkin medalı - 28 sentyabr 2016 —
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb
Qalereya
Həmçinin bax
- Elegiya (şeir)
- Heydər Əliyev Fondu
- Xocalıya ədalət (kampaniya)
- IDEA
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Leyla Əliyeva haqqında məlumat. Leyla Əliyeva nədir? Leyla Əliyeva nə deməkdir?
