Nəsib Cəfər oğlu Quliyev (1951, Aşağı Şorca, Basarkeçər rayonu – 24 aprel 2024, Abşeron rayonu) — Tibb elmləri doktoru, professor. K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti.
| Nəsib Quliyev | |
|---|---|
| Nəsib Cəfər oğlu Quliyev | |
| |
| Doğum tarixi | 1951 |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vəfat səbəbi | Odlu silahdan İntihar |
| Dəfn yeri | |
| Elmi dərəcəsi | Tibb elmləri doktoru |
| Elmi adı | professor |
| İş yeri | ET Pediatriya İnstitutunun direktoru |
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini,1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləmişdir.1977-ci ildə aspiranturaya daxil olaraq 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professor və ATU Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilib. 1994-cü ildən hal-hazıra qədər Səhiyyə Nazirliyi K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyir. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib.
Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru müdafiə etmişdir.
Ailəlidir, 3 övladı var.
Ölümü
24 aprel 2024-cü ildə Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar edib. Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsib Quliyev haqqında məlumat. Nəsib Quliyev nədir? Nəsib Quliyev nə deməkdir?
