Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250–2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerl

Aşağı Şorca

  • Ana Səhifə
  • Vikipediya
  • Aşağı Şorca

Aşağı Şorca — Göyçə mahalında kənd.

Aşağı Şorca
40°06′36″ şm. e. 45°50′10″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.260 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 12 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Aşağı Şorca xəritədə
Aşağı Şorca
Aşağı Şorca
Aşağı Şorca xəritədə
Aşağı Şorca
Aşağı Şorca

Mündəricat

Təbii şəraiti

Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250–2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerləşmişdir. Kəndin ərazisindən iki çay(Yellidərə çayı və Keyti çayları) axırdı. Kəndin ərazisində çoxlu sayda bulaqlar var ki, suyunun mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir. Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. Bu qayaların bəzilərinin nisb hündürlüyü 50 m dən çoxdur (Buğauçan qaya, Qalaçan qayası, Qara qaya, Atuçan qaya və s.). Kəndin yuxarı hissələrindən Göyçə gölünə füsunkar bir mənzərə açılır.

Bitki örtüyü

Kəndin ərazisi əsasən alp çəmənliklərindən ibarətdir. Buna görə də kəndin ərazisində 3000 dən artıq növ çəmən bitkiləri yayılmışdır ki, bunların 200 dən çoxu qiymətli dərman bitkiləridir. Ot bitkilərindən Qafqaz bənövşəsi, Nərgiz çiçəyi, Lalə, bat-bat, kəklikotu, bağyarpağı, Boymadərən, pişikotu, xoruzgülü, xanımotu, alp dişəsi, qantəpər, əvəlik, lilpar, zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, çəmənlik üçyarpaq yonca, dəvəqanqalı, alaqanqal və s. göstərmək olar. Kol bitkilərindən İtburnu, qoyungözu, gəvən və s. Bundan başqa yellidərədə qarağatlı quzey adlanan dik yamacda endemik qarağat bitkisi yayılmışdır.

Tarixi

Aşağı Şorca toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Bəzi tarixçilər Şorca toponiminin şoran yer mənasını bildirdiyini söyləyir. Ancaq Göyçədə yaşayanlar bilirlər ki, Göyçədə mövcud olmuş Şorca kəndlərindən heç birində şoran torpaqlar olmamışdır. Ona görə də bu fərziyyə inandırıcı görsənmir. Şorca etno-toponiminin Şor türkləri (https://tr.wikipedia.org/wiki/%C5%9Eorlar) ilə əlaqəli olması daha məntiqli görsənir. Aşağı Şorcanın qədim tarixi haqqında dəqiq məlumatlar olmasa da kəndin ərazisində tapılan qədim qəbiristanlıqlar, Türk-Alban mədəniyyətinə aid kilsə, kənddən 6 km şərqdə mövcud olmuş gözətçi qülləsi (Yelli dərə Yonma daşları) və s. kəndin tarinin iki min ildən artıq olmasına dəlalət edir. Füsunkar landşaftı ilə göz oxşayan Qalaçanda Orta təpə adlanan Yerdə mövcud olmuş yaşayış yerinin xarabalıqları son dövrə qədər qalırdı.

Uzunlar sahəsində qazıntı zamanı albanlara məxsus küp qəbirləri tapılıb. Aşağı Şorca rayon mərkəzindən 12 km şərqdə yerləşir. Yuxarı Şorca, Daşkənd kəndi, Sarıyaqub, |Qaraqoyunlu]] kəndləri ve Kəlbəcər rayonu ilə həmsərhəd olub.

İqtisadiyyatı

Kəndin 3221 ha torpaq sahəsi olub ki, bunun 570 ha Yellidərə dövlət sapalaq torpağı, 950 ha biçənək sahəsi, 1210 haəkin sahəsi qalanları isə örüş ərazilərindən ibarət olmuşdur. Əkinlərdə əsasən payızlıq buğda, arpa, vələmir, gülül, çuğundur və s. bitkilərdən istifadə edilirdi. 1988-ci ildə əhalinin sayı 1732 nəfər olmuşdur.

1988-ci ilə qədər sovxozda 22 yük maşını, 1 avtobus, 3 "UAZ", 1 "Moskviç", 1 ekskvator, 4 kombayn, 2 K800, 6 tırtıllı traktor, 4 Belarus və müxtəlif k/t texnikaları, 9500 xırdabuynuzlu heyvan, 750 baş iribuynuzlu mal, əhalidə isə 8 minə yaxın xırdabuynuzlu, 1400-dən artıq iribuynuzlu heyvan olub.

İrəvan quberniyasının Novobayazid qəzasında kənd. XIХ əsrin 40-cı illərində Aşağı Quylasar kəndindən qovulmuş azərbaycanlı ailələrin "Şorca" adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Digər adları Keyti və Salmankənd olmuşdur. Kənd rayon mərkəzi Basarkeçərdən 13 km məsafədə yerləşir.

Əhalisi

Tanınmış sakinləri

  • Ramin Məmmədov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
  • Sahib Alıyev - Millət Vəkili
  • Ellər Hümbətov - Kimya elmlər namizədi
  • Tofiq Abbasov Şorca və Şorcalılar kitabının müəllifi
  • Nəsib Quliyev- tibb elmləri doktoru
  • Vaqif Abdullayev (II) — siyasi elmlər doktoru
  • Xanlar Həmzəyev Riyaziyyat elmləri doktoru
  • Mübariz Vəliyev K/t elmləri doktoru
  • Əli Ələkbərov Tibb elmləri doktoru
  • Musa Ələkbərov Tibb elmləri doktoru
  • Bəhlul Həmzəyev Tibb elmləri fəlsəfə doktoru
  • Sadiq Həmzəyev Tibb elmləri fəlsəfə doktoru
  • Lətif Hümbətov Tibb elmləri fəlsəfə doktoruru
  • Zakir Abdullayev Polis Polkovniki
  • Şıxəliyev Aydın Hərbi Polkovnik
  • Həsənov Pərvaz Hərbi Polkovnik leytenant

Aşıq və Şairləri

  • Rüstəmov Bəylər Əli oğlu - Aşıq
  • Murad Niyazlı - Aşıq
  • Aşıq İslam
  • Aşıq İdris Camal oğlu - aşıq
  • Tofiq Abdullayev
  • Firudin Qəmbər Saleh - şair
  • Musa Kazımov - şair
  • Şamil Ənvəroğlu - yazar, publisist
  • İmran Zalov - şair
  • Polad Zalov - şair
  • Qurban Papaqçıoğlu - şair

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Şorca haqqında məlumat. Aşağı Şorca nədir? Aşağı Şorca nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Fortran

  • Fevral 27, 2026

    Voloqda vilayəti

  • Fevral 27, 2026

    Baphia dewildeana

  • Fevral 27, 2026

    Samirə

  • Fevral 27, 2026

    Hemorroy xəstəliyi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst