Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti – 16 fevral 2024[…], Xarp həbsxanası[d], Yamalo-Nenets M

Aleksey Navalnı

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksey Navalnı

Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti – 16 fevral 2024[…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi.

Aleksey Navalnı
rus. Алексей Анатольевич Навальный
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1976(1976-06-04)
Doğum yeri
  • Butın[d], Moskva vilayəti
Vəfat tarixi 16 fevral 2024(2024-02-16)[…] (47 yaşında)
Vəfat yeri
  • Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi
Vəfat səbəbi bilinmir
Partiya
  • Gələcək Rusiya Partiyası[d] (2018–2024)
Təhsili
  • Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti[d] (1999–2001),
  • Yel Universiteti (–2010),
  • Rusiya Xalqlar Dostluğu Universiteti (–1998),
  • Yel Universitetinin dünya təqaüd proqramı[d]
Fəaliyyəti siyasətçi, vəkil, aktivist
Həyat yoldaşı
  • Yuliya Navalnaya[d] (2000–2024)
Dini şərqi ortodoks xristianlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, hüquqşünaslıq, Müxalifət

Təltifləri
Qızıl Pley Düyməsi — 2018 YouTube Gümüş play düyməsi — 2016
İmzanın şəkli
navalny.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2026-cı ilin fevralında Münhen Təhlükəsizlik Konfransı zamanı Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderland birgə bəyanat verərək Aleksey Navalnının ölümünün Rusiya hökuməti tərəfindən həyata keçirilmiş epibatidin adlı zəhərləyici maddə ilə öldürücü zəhərlənmə nəticəsində baş verdiyini bildirdilər. Epibatidin zəhərli ox qurbağaları tərəfindən ifraz olunan neyrotoksindir.

Mündəricat

Həyatı

1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb.

2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur.

Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.

Zəhərlənməsi

20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyinə inanır. Avqustun 22-də səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdirdilər. Orada aparılan klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Aleksey Navalnı süni komaya düşüb, onun vəziyyəti ağır olsa da, həyatı üçün kəskin təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər. Avqustun 28-də "Charite" klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edərək Almaniya ordusunun Münhendə yerləşən qapalı toksikoloji və farmakoloji labartoriyasından kömək istəyiblər. Həmin laboratoriyada Almaniyanın zəhərlər və döyüş təyinatlı kimyəvi zəhərləyici maddələr üzrə ən yaxşı mütəxəssisləri işləyir. Sorğu həm də Böyük Britaniyanın Port-Daunda yerləşən, bioloji və kimyəvi silahlar üzrə araşdırma Mərkəzinə də göndərilib.

Həbsi

Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası vermişdi. Bunun ardınca Rusiyada Aleksey Navalnının azadlığa buraxılması ilə bağlı razılaşdırılmamış etiraz aksiyaları keçirildi. Hökumət orqanları ilə razılaşdırılmayan etiraz aksiyaları əsasən paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində baş tutdu. Aksiyalar zamanı ümumilikdə 4 min nəfərdən çox etirazçı saxlanıldı.

Ölümü

O, 16 fevral 2024-cü il tarixində Yamalo-Nenets Muxtar Dairəsində yerləşən "ИК-3 Харп" həbsxanasında öldü.

2024-cü il martın 1-də siyasətçi Borisov qəbiristanlığında dəfn edilib; Dəfn mərasimi Moskvanın cənub-şərqindəki Maryinoda Allah Anasının “Kədərlərimi söndür” İkonu kilsəsində baş tutub.

Həmçinin bax

  • O, sizə Dimon deyil
  • Zelyonka hücumu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksey Navalnı haqqında məlumat. Aleksey Navalnı nədir? Aleksey Navalnı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əsməxan Sultan

  • Fevral 28, 2026

    Şəki hakimliyi

  • Fevral 27, 2026

    Qüstav Flober

  • Fevral 27, 2026

    Bat

  • Fevral 27, 2026

    Zincilər üsyanı

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst