Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəki hakimliyi — 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasi

Şəki hakimliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Şəki hakimliyi

Şəki hakimliyi — 1551-ci ilə qədər, əsasən indiki Azərbaycan Respublikasının şimal-qərbində, qismən də indiki Gürcüstan Respublikasının şərqi və Rusiya Federasiyasının Dağıstan Respublikasının cənub ərazisində mövcud olmuş dövlət. Əvvəl monqol mənşəli Orlat sülaləsi tərəfindən, sonra isə islam dinini qəbul etmiş Qara Keşiş oğlu və onun nəslindən olan hökmdarlar tərəfindən idarə edilmişdir. Bu dövlətin ərazisi qərbdə Tiflis şəhəri yaxınlığından, şərqə – Qəbələ şəhəri yaxınlığına qədər, cənubda Kür çayından Böyük Qafqaz sıra dağlarına qədər, hətta bəzi məlumatlara görə daha şimala – Dərbənd şəhəri yaxınlığına qədər uzanmışdı.

Tarixi dövlət
Şəki hakimliyi
Qafqazın 1490-cı il üçün siyasi xəritəsində Şəki hakimliyi
Qafqazın 1490-cı il üçün siyasi xəritəsində Şəki hakimliyi
XIV əsr — 1551
Paytaxt Şəki
Ən böyük şəhər Şəki
Rəsmi dilləri Azərbaycan dili (ədəbiyyat və din)
monqol dili (I sülalənin dili)
Din Sünni islam
İdarəetmə forması Monarxiya
Sülalə Orlat; Qara keşiş nəsli

Mündəricat

Mədəni mühit

XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Bu sülalənin ən azı iki nümayəndəsi elmə məlumdur (Seyid Əli Orlat və Seyid Əhməd Orlat).

Hökmdarlar

Orlat sülaləsindən olanlar

  • Seyid Əli Orlat, təxminən 1393–1399
  • Seyid Əhməd Orlat, 1399 — təxminən 1423/1424

Sülaləsi dəqiq məlum olmayanlar

  • Əli inaq, ən geci 1435 — ən azı 1435
  • Əbdülqafar, ən geci 1447/1448 — ən azı 1468/1469
  • Şahhüseyn , ən geci 1497–1497

Qara keşiş nəslindən olanlar

  • Əlican xan/Candar Qara keşiş oğlu, 1444/45–1456/57
  • Qutul xan (Əlican xanın oğlu), 1456/57–1468
  • Zəki/Şəki xan(Qutul xanın oğlu), 1468–1488
  • Həsən sultan, ən geci 1519 — may, 1524
  • Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu), may, 1524 — may, 1551

Qeydlər

  1. Həsən Rumlunun "Əhsənüt-təvarix"indən iqtibas: Şah mühüm məsələlərin həlli üçün dövlət başçıları ilə məşvərət edir, sədr, vəzir, hakim və başqa məsul şəxslərin rəy və təkliflərinə qulaq asırdı ... Ancaq, şübhəsiz, həlledici söz şahın olardı. O, adətən, dövlətin paytaxt adlanan əsas şəhərində yaşayır, qışlaq və yaylaq yerlərinə getməyi nəzərə alınmazsa, əsasən, müharibə vaxtı şəhəri tərk edirdi. Məsələn, Qaraqoyunlu və Ağqoyunlu hökmdarları Təbrizdə, I Şah İsmayıl Təbrizdə, I Şah Təhmasib Təbriz və Qəzvində, II Şah İsmayıl Qəzvində, Şəki hakimləri Şəkidə, şirvanşahlar I İbrahim, I Xəlilullah, Fərrux Yasar, II İbrahim, II Xəlilullah və Şahruq vaxtlarının çoxunu Şamaxıda keçirmişlər, - bax: Şahin Fərzəliyev, Azərbaycan XV-XVI əsrlərdə, Bakı, 1983, səh.: 28 2012-10-28 at the Wayback Machine. Bu isə o deməkdir ki Şəki hökmdarlığının paytaxtı Şəki şəhəri olmuşdur, belə ki Şəki hakimləri Şəki şəhərində oturmuşlar.
  2. Bu şəxsin Əli İnaq ola bilməsi ehtimalı var. Şəki tarixlərində onun islamdan əvvəlki adının "Candar" olması göstərilir, lakin mümkündür ki bu heç də onun adı yox, əslində rütbəsi idi. Belə ki həm "candar" və həm də "inaq" monqol hərbi rütbələri idi, özü də bu rütbələr bir-birinə çox yaxın rütbələr idilər. Mustafa ağanın Şəki tarixində onun yalnız Nuxnaın hakımı olması göstərilir (Bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7 2009-12-07 at the Wayback Machine). Hacı Seyid Əbdülhəmidin Şəki tarixində isə qeyd olunur ki, Candar Qara keşiş oğlu (1444–1445-ci illərdə (islam tarixi ilə – 848-ci il) islamı qəbul edərək Əlican adını gütürdü. O zamanlar digər torpaqlardan, xüsusi ilə də İrandan, Şəkinin hökmransız və xansız qalmasından istifadə edərək quldurlar və əmirin əskərləri tez-tez Şəkiyə hücüm edirdilər. Şəki əhalisi Əlicanı cəsur və ağıllı olduğuna görə Şəkinin xanı seçir. O, 861 (1456–1457) ildə vəfat edir.
  3. Mustafa ağanın "Şəki tarixi"ndə onun Şəki şəhərini tutması və paytaxt etməsi göstərilir (bax: И. Л.Сегаль. Елисаветпольская губерня, Тифлис, 1902; yaxud, Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков, wostlit.info, комм.: 7 2009-12-07 at the Wayback Machine).
  4. "Bu tarix yalnız Hacı Cəmil tərəfindən tərtib edilmiş nəsil şəcərəsində göstərilir; bax: Акты, собранные Кавказской археографической комиссией, том V, Тифлис, 1873, стр.: 1120". 3 iyul 2019 tarixində . İstifadə tarixi: 6 fevral 2013.

Ədəbiyyat

  • И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджан и Армении в XVI — начале XIX вв., стр. 35; 72, Ленинград, 1949.
  • Şəki xanlığının tarixindən, Bakı, 1993.
  • Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəki hakimliyi haqqında məlumat. Şəki hakimliyi nədir? Şəki hakimliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Show TV

  • Fevral 27, 2026

    Avar

  • Fevral 27, 2026

    Fəriman

  • Fevral 27, 2026

    Rut Hendler

  • Fevral 27, 2026

    Flörovium

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst