Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müxalifət — dövlət hakimiyyətinin həyata keçirdiyi siyasi kursa, qəbul edilən qərarlara və tətbiq olunan idarəetmə metodlarına qarşı sistemli şəkildə etiraz edə

Müxalifət

  • Ana Səhifə
  • Vikipediya
  • Müxalifət

Müxalifət — dövlət hakimiyyətinin həyata keçirdiyi siyasi kursa, qəbul edilən qərarlara və tətbiq olunan idarəetmə metodlarına qarşı sistemli şəkildə etiraz edən, alternativ proqram və təkliflər irəli sürən siyasi qüvvələrin, partiyaların, hərəkatların və ya ayrı-ayrı şəxslərin məcmusu olaraq müəyyən edilən ictimai-siyasi fenomen. Müxalifətin əksi iqtidardır. Bəzi ölkələrdə (Fransa, Portuqaliya, Böyük Britaniya) müxalifətin fəaliyyəti konstitusiya səviyyəsində tanınır. Avtoritarizmdə və diktaturada müxalifət repressiyalara məruz qala bilər. Bir neçə ölkələrdə hakimiyyət tərəfindən idarə olunan simvolik müxalifət (cib müxalifəti) mövcuddur.

Mündəricat

Tarixi

Müxalifətin prototipləri Roma Respublikasında meydana çıxdı, lakin onun aydın forması parlamentarizmin inkişafı və siyasi partiyaların yaranması ilə əlaqələndirilir. Müxalifətin yaranmasının mənşəyi cəmiyyətin sosial strukturunun diferensiallaşmasından qaynaqlanır ki, bu da öz subyektlərinin alternativ fikirlərinin, mövqelərinin və maraqlarının mövcudluğunu nəzərdə tutur. 1776-cı ildə qəbul edilmiş ABŞ İstiqlal Bəyannaməsində insanın təbii və ayrılmaz hüquqları arasında hökümət zülmünə müqavimət göstərmə hüququ da var. ABŞ qanunvericiliyində əsas vurğu hakimiyyətin çoxluq və azlıq (müxalifət) arasında bölüşdürülməsinə yönəldilir.

Müasirlik

Almaniya qanunvericiliyində müxalifətin hökumətin proqram və hərəkətlərini tənqid etmək, siyasi alternativlər yaratmaq hüququ var. İtaliyada palata rəhbərlərinin müxalifət deputatları arasından seçilməsi praktikası inkişaf edib. Portuqaliya konstitusiyası müxalifətin ictimai işlərin vəziyyəti haqqında sistemli şəkildə məlumat almaq hüququnu təsbit edir. Müxalifətin fraksiya ölçüsünə uyğun olaraq parlament komitələrində təmsil olunmaq, gündəliyi formalaşdırarkən və müəyyən məsələlərin baxılmağa təqdim edilməsi zamanı onun rəyinin nəzərə alınması təmin edir.

Rusiyada 2007-ci il parlament seçkilərindən sonra dominant partiyalı rəqabətsiz siyasi sistem yarandı. Yuxarıdan aşağıya qurulan, birinci şəxslər səlahiyyətinə arxalanan "Vahid Rusiya" partiyası ali rəhbərliyin iradəsinin passiv icraçısına çevrildi. Eyni zamanda hökumət və onun rəhbəri qərarların işlənib hazırlanması və qəbulunun əsas mərkəzinə çevrildilər.

Azərbaycanda ən tanınmış müxalif partiyalar AXCP və Müsavatdır. 2013-cü ildə Azərbaycan müxalifəti Demokratik Qüvvələrin Milli Şurası şəklində birləşib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müxalifət haqqında məlumat. Müxalifət nədir? Müxalifət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həmidə Məmmədquluzadə

  • Fevral 27, 2026

    Hidrotermal məhlullar

  • Fevral 27, 2026

    Katexçay

  • Fevral 27, 2026

    Fars ədəbiyyatı

  • Fevral 24, 2026

    Dəniz kirpiləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst