Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qafarova Zemfira Həsən qızı (d. 1942) — Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi. Əməkdar incəsənət xadimi ,Musiqişünas, pedaqoq, Sənətşünaslıq üzrə fəlsə

Zemfira Qafarova

  • Ana Səhifə
  • Vikipediya
  • Zemfira Qafarova

Qafarova Zemfira Həsən qızı (d. 1942) — Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi. Əməkdar incəsənət xadimi ,Musiqişünas, pedaqoq, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016-cı ildən). Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru.

Zemfira Qafarova
Zemfira Həsən qızı Qafarova
Doğum tarixi 22 noyabr 1942(1942-11-22) (83 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Həsən Haqverdiyev
Anası Güllü Mustafayeva
Elm sahələri musiqi, musiqişünaslıq
Elmi adı
  • professor
İş yeri
  • Azərbaycan Bəstəkarlar İttifaqı
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Həyatı

22 noyabr 1942-ci ildə Bakı şəhərində xalq rəssamları Həsən Haqverdiyevin və Güllü Mustafayevanın qızı olaraq doğulmuşdur.

Zemfira xanım Qafarova 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin ildə Azərbaycan Dövlət Konservatoriyasında tarix-nəzəriyyə şöbəsinə daxil olur.1966-cı ildə əla qiymətlərlə musiqişünas diplomuna layiq görülür. 30 ildən artıqdır ki, Zemfira Qafarova Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının aparıcı müəllimi, professorudur. O, 10 il müddətində (1981-1991) tarix-nəzəriyyə fakultəsinin dekanı vəzifəsində çalışıb.Bu vəzifədə çalışdığı illərdə tələbələrə göstərdiyi qayğı indi də o dövrün məzunlarının yadındadır.Onun adı Azərbaycan musiqi elminin görkəmli nümayəndələri arasında çəkilir.

O, 1984-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi dərəcəsinə layiq görülür, pedaqoji fəaliyyətlə yanaşı elmi fəaliyyətini də genişləndirir. Musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırmışdır. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.

Ü.Hacıbəyovun yaradıсılığını tədqiq etmiş, bu mövzuda bir sıra məqalələr — "Koroğlu"nun avtoqrafı" (1972), "Ü.Haсıbəyovun opera estetikası" (1975), "Ü.Haсıbəyovun "Koroğlu" operasının uvertürası" (1973) və s. yazmışdır. "Ü.Haсıbəyovun "Koroğlu" operası" (1994) monoqrafiyasının müəllifidir.

19 sentyabr 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Ailəsi

Rəssam Həsən Haqverdiyevin qızıdır. Əli Haqverdiyevin bacısı, Hüseyn Haqverdiyevin, Ucal Haqverdiyevin atabir və orqan ifaçısı Rəna İsmayılovanın anabir ögey bacısıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zemfira Qafarova haqqında məlumat. Zemfira Qafarova nədir? Zemfira Qafarova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Ogüst Roden

  • Fevral 27, 2026

    General Dynamics

  • Mart 01, 2026

    Beason

  • Fevral 27, 2026

    Hüseyn Nəcəfov

  • Mart 01, 2026

    Apple Music

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst