Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də

Klokot

  • Ana Səhifə
  • Vikipediya
  • Klokot

Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır.

Qəsəbə və bələdiyyə
Klokot
serb. Клокот/Klokot
alb. Kllokot ya da Kllokoti
42°22′07″ şm. e. 21°22′30″ ş. u.HGYO
Ölkə  Kosovo
Region Gilan rayonu
Mer Saşa Mirkoviç
Tarixi və coğrafiyası
Sahəsi 23.36 km2 km²
Saat qurşağı
  • UTC+01:00
Əhalisi
Əhalisi 2,556 nəfər (2013)
Sıxlığı 88.9/km2 nəf./km²
Milli tərkibi Albanlar, serblər, türklər və digərləri
Digər
kk.rks-gov.net/kllokoti
Xəritəni göstər/gizlə
Klokot xəritədə
Klokot
Klokot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir.

Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir:

  • Klokot (serb-kiril. Клокот, alb. Kllokoti)
  • Moqila (serb-kiril. Могила, alb. Mogillë)
  • Vrbovak (serb-kiril. Врбовац, alb. Vërboc)
  • Grnkare (serb-kiril. Грнчар, alb. Gërnçar)

Tarixi

2003-cü ilin Avqust ayında Klokota yerləşdirilən partlayıcı qurğular, iki Amerikalı KFOR əsgərini öldürmüş və beş serb evini məhv etmişdir.

Klokot bələdiyyəsi, daha əvvəl Vitina Bələdiyyəsinin bir parçası olaraq 2010-cu ilin Yanvar ayının 8-də rəsmi olaraq qurulmuşdur. Bələdiyyənin baş qərərgahı Klokotda yerləşir. Kosovonun yeni qurulmuş bələdiyyələri, hələ Vitina bələdiyyəsinin bir parçası olaraq gördüyü serb hökuməti tərəfindən tanınmır.

2014 və Mart 2016 arasında 124 üzvü olan 30 serb ailəsi bələdiyyədən ayrılmışdır. 2016-cı ilin Dekabr ayında iki yerli serb gənc, altı albandan ibarət olan, bir qrup tərəfindən bıçaqlanmışdır. Həmən hadisədən bir həftə əvvəl, Kosovoya geri dönən bir serb ailəsinin evi yandırılmışdır.

2016-cı ildə, bələdiyyənin təxmini büdcəsi 800 min € idi.

İqtisadiyyatı

Bələdiyyənin iqtisadiyyatı əsas olaraq təbii resurslara (ümumiyyətlə mədən suyu), turizmə, kənd təsərrüfatına və kiçik ticarət sahələrinə söykənir. Klokotun 32°C-yə çatan bəzi əhəmiyyətli isti su resurları mövcuddur. Bələdiyyədən fəaliyyət göstərən 29 qeydli şəxsi müəssisə mövcuddur.

Klokot bələdiyyəsinin xəritəsi

İctimai Xidmətlər

Bələdiyyədə 599 şagird və 33 müəllimdən ibarət olan 3 ibtidai məktəb, 147 şagird və 13 müəllimdən ibarət bir orta məktəb və 15 uşaq və 2 müəllimdən (2013-cü ildən bəri) ibarət bir bağça mövcuddur. İki ibtidai məktəb serb kurrikulumunu izlərkən, biri Kosovolu kurrikulumunu izləyir. Klokotdakı Müqəddəs Sava İbtidai məktəbində, 250 şagird (2001-ci ildən bəri) təhsil alır.

Bələdiyyədə 4 serb ortodoks kilsələri mövcuddur. Qrnçar kilsəsi, minalanmış və Kosovo müharibəsi zamanı, albanlar tərəfindən məhv edilmişdir. Kilsə daha sonra yenidən inşa edilmişdir. Moqila kəndində müharibə zamanı zədələnməmiş bir məscid mövcuddur.

Siyasəti

İlk (və ən yəni) bələdiyyə seçkiləri 2009-cu ilin Noyabr ayının 15-də keçirilmişdir. Serb hökuməti bu seçkiləri tanımasa da, seçkilərə əksəriyyətlə serb mənşəli yerli seçicilərin 25,4%-i qatılmışdır. Serb olan, Saşa Mirkoviç bələdiyyənin meri seçildi. Bələdiyyə məclisinin 15 üzvündən 10-u, Serb Müstəqil Liberal Partiyası-dan, 5-i isə Kosovo Alban Demokratik Liqası-dan seçildi.

Demoqrafiyası

Klokot bələdiyyəsində serb əksəriyyəti və alban azlığı var. MAAM, 2010-cu və 2013-cü illərdəki təxminlərinə söykənərək, Klokot bələdiyyəsində, 3,500 serbin yaşadığını (71,23%) hesablamışdır. Klokot qəsəbəsində Kosovo müharibəsindən (1998-1999) əvvəl 1,500 nəfər və 2001-ci ildə isə 1,200 nəfər yaşayırdı.

Klokot bələdiyyəsi 2011

Etnik qruplar Əhalisi %
Albanlar 1,362 53.29
Serblər 1,177 40.05
Qaraçılar 9 0.35
Türklər 1 0.4
Digərləri və qeyd edilməyənlər 7 0.27

Xarici Keçidlər

  • Klokot Bələdiyyəsinin rəsmi saytı 2017-12-31 at the Wayback Machine
  • Radio Klokot 2016-10-27 at the Wayback Machine
  • "Klokot - ni manje opštine, ni većih problema". Glas Amerike.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klokot haqqında məlumat. Klokot nədir? Klokot nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Gəncə

  • Fevral 27, 2026

    Çempion

  • Fevral 27, 2026

    Biocoğrafiya

  • Mart 01, 2026

    Cokonda

  • Fevral 27, 2026

    Honkonq Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst