Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

əl-Cəmius-Sağir (ərəb. الجامع الصغير‎) — Süyutinin özündə qısa hədisləri ehtiva edən əsəri. Əsər 1851-ci ildə Marsilyada fransız dilinə tərcümə edilmişdir.

Əl-Cəmius-Sağir

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Cəmius-Sağir

əl-Cəmius-Sağir (ərəb. الجامع الصغير‎) — Süyutinin özündə qısa hədisləri ehtiva edən əsəri. Əsər 1851-ci ildə Marsilyada fransız dilinə tərcümə edilmişdir.

Əl-Cəmius-Sağir
ərəb. الجامع الصغير‎
Müəllif Süyuti
Janr hədis
Orijinalın dili ərəbcə
Yazıldığı il 11 oktyabr 1501

Əsər

Süyuti yetmiş bir hədis kitabını "Cəmul-Cəvami" adı altında cəmləməyə başlamış, fəqət işi sona çatdırmadan vəfat etmişdir. "Əl-Cəmus-Sağir" yarımçıq qalmış bu məcmuənin bir növ müxtəsəridir. Süyuti əsəri 28 Rəbiül-əvvəl hicri 907-ci (11 oktyabr 1501) ildə bitirmiş və əsəri "əl-Cəmius-Sağir min hədisil-bəşirin-nəzir" adlandırmışdır.

Əsərdə 10010 hədis əlifbası sırası ilə verilmiş olub, hədislər adətən sözün ilk iki hərfinə görə düzülmüşdür. Əsərdəki metodla bağlı olaraq hədislərin sənədinə yer verilməmişdir. Əsərdə qövlü hədislərə heç yer verilməmiş, feili-hədislərə isə çox kiçik bir hissə ayrılmışdır. Məhəmməd peyğəmbərin qadağan etdiyi şeylərə həsr olunmuş bölmədə isə "nəha" feili ilə başlayan hədislər nəql edilmişdir. Ümumiyyətlə bir və ya bir neçə cümləlik qısa hədislərdən ibarət olan əsərdə daha çox əqidə, ədəb, tibb, tərğib və tərhib, elm, dua, zikr, tövbə, istiğfar, şəmail və fəzail mövzuları ilə bağlı hədislərə yer verilmişdir. Hədislərin kim və hansı mənbələrdən rəvayət edildiyi hədislərin sonuna əlavə edilmiş bəzi rəmzlərlə bildirilmişdir. Süyuti mənbə göstərərkən çox bəhrələndiyi əsərləri bildirmək üçün rəmzlərdən istifadə edərkən, az bəhrələndiyi əsərlərin isə adını yazmışdır. Əsərin əsas mənbələri bunlardır: "Kütübi-Sittə", "Müsnəd İmam Əhməd", "Zəvaid", "əl-Müstədrək", "əl-Ədəbül-müfrəd", "ət-Tarixul-kəbir", "Səhihi-İbn Hibban", "əs-Sünən (Səid ibn Mənsur)", "əl-Müsənnəf (Əbdürrəzzaq və İbn Əbu Şeybə)", "Müsnədi-Əbu Yalə", "əs-Sünən (Darəqutni)", "Hilyətül-Övliya", "Müsnədül-firdovs", "əs-Sünənül-kübrə", "Şüabul-İman", "əl-Kamil", "əd-Duafə", "Tarixu Bağdad", "Kitabul-Elm", "Kitabüz-Zeyl", "əl-İləlül-mütənahiyə", "Kitabu Fəzlir-remy", "Kitabüt-Tibb", "Cəmiu bəyanil-elm", "əl-Mucəmül-kəbir", "əl-Mucəmül-əvsat", "əl-Mucəmüs-sağir".

Süyuti, yalançılıq və hədis uydurmaqda ittiham olunan şəxslərin rəvayətlərinə əsərində yer verməmiş, hədislərin səhihlik dərəcəsini fərqli bir metodla nümayiş etdirdiyini qeyd etmişdir. Buna görə də Buxari, Müslüm, İbn Hibban, Hakim və əl-Məqdisidən aldığı bütün hədisləri səhih hesab etmişdir.

Əsər ilk dəfə hicri 1286-cı (1869) ildə Qahirədə nəşr edilmişdir.

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Cəmius-Sağir haqqında məlumat. Əl-Cəmius-Sağir nədir? Əl-Cəmius-Sağir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İmran Əbilov

  • Fevral 27, 2026

    Tibb bacısı

  • Fevral 26, 2026

    Uluqbəy

  • Fevral 27, 2026

    Bredli Kuper

  • Fevral 23, 2026

    İrlandiya (ada)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst