Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur.
| Şəhər | |||||
| Komrat | |||||
|---|---|---|---|---|---|
| qaq. Komrat rum. Comrat | |||||
| |||||
| |||||
| 46°18′01″ şm. e. 28°39′26″ ş. u.HGYO | |||||
| Ölkə | | ||||
| Muxtar vilayət | Qaqauziya | ||||
| Rayon | Komrat rayonu | ||||
| Başçı | Viktor Volkov | ||||
| Tarixi və coğrafiyası | |||||
| Əsası qoyulub | 1789 | ||||
| İlk məlumat | 1770 | ||||
| Sahəsi | 16.4 km² | ||||
| Mərkəzin hündürlüyü | 64 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi | 26.000 nəfər (2015) | ||||
| Sıxlığı | 1585.4 nəf./km² | ||||
| Milli tərkibi | Qaqauzlar (72,85%) Moldovanlar (8,86%) | ||||
| Rəsmi dili | Qaqauz dili | ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | +373 298 | ||||
| Poçt indeksi | MD-3800 | ||||
| Nəqliyyat kodu | GE | ||||
| Digər | |||||
| comrat.md (rus.) | |||||
![]() Komrat | |||||
Adı
Komrat adı yerli tatar (qaqauz) dilindən "kömür at" (kömür rəngli at, qara at) ifadəsindən gəlməsi ehtimal olunur və şəhər gerbində həmin at təsvir olunub. Köhnə əlifba ilə کومرات kimi yazıldığına görə bunu bir neçə cür oxumaq olur: Kömürat > Kömrat > Komrat. Bunun haqqında bir xalq sözü var: “...yaşamak erinin saabisi tatarmış, Orumbet Oglu adıymış. Onun bir beygiri Komur at varmış. At yarışmakların çoyunda o ensärmiş. Bu beygirin adını tatar küüyünä koymuşlar...” — "yaşayış yerinin sahibi tatar imiş, adı Or Məhəmməd Oğlu imiş. Onun "Kömür At" adında bir atı var imiş. At yarışlarının çoxunu o udurmuş. Bu atın adını Tatar kəndinə qoymuşlar."
Əhali
- 1989: 25,800
- 1991: 27,500
- 1996: 27,400
- 2004: 23,429
- 2006: 22,369
- 2014: 26,000
İqtisadiyyatı
Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var.
Tanınmış Komratlılar
- Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi
- İrina Vlax — Qaqauziya başqanı
- Pyotr Draqanov — rus filoloq
Qardaş şəhərlər
| Ölkələr | Şəhərlər |
|---|---|
| Pendik, Hendek, Sapanca, Küçükkuyu, Isparta | |
| Moskva, Qroznı, Bavlı | |
| Bolqrad | |
| Erjebetvaroş (Budapeştin 7-ci rayonu) | |
| Lefkoşa, Tatlısu |
İqlimi
Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
| Komrat üçün iqlim məlumatı | |||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Ay | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Snt | Okt | Noy | Dek | İllik |
| Ortalama yüksək °C | 0.7 | 2.2 | 7.6 | 15.8 | 21.8 | 25.2 | 27.1 | 26.9 | 22.7 | 16 | 8.6 | 3.4 | 14.83 |
| Ortalama gündəlik °C | -2.5 | -1 | 3.6 | 10.7 | 16.4 | 19.8 | 21.5 | 21.1 | 16.9 | 10.9 | 5 | 0.4 | 10.23 |
| Ortalama alçaq °C | -5.7 | -4.1 | -0.3 | 5.6 | 11.1 | 14.5 | 16 | 15.3 | 11.2 | 5.9 | 1.5 | -2.5 | 5.71 |
| Atmosfer yağıntıları (mm-lə) | 31 | 35 | 30 | 39 | 51 | 71 | 60 | 44 | 44 | 26 | 34 | 35 | 500 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Komrat haqqında məlumat. Komrat nədir? Komrat nə deməkdir?

