Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhər. Rusiyanın cənubunda yerləşir, Çeçenistan Respublikasının paytaxtı, Qroznı rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir.
| Paytaxt | |||||
| Qroznı | |||||
|---|---|---|---|---|---|
| Соьлжа-ГӀала Грозный | |||||
| |||||
| |||||
| 43°18′45″ şm. e. 45°41′55″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Əsası qoyulub | 1818 | ||||
| Sahəsi |
| ||||
| Mərkəzin hündürlüyü | 130 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəsmi dili | |||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | +7 8712 | ||||
| Poçt indeksi | 364000–364099 | ||||
| Digər | |||||
| grozmer.ru | |||||
![]() Qroznı | |||||
Etimologiyası
Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala, çeç. Sölƶa-Ġala) adı verdilər. Daha sonra (1818 — 30 dekabr 1869 kimi) Qroznaya qalası (rus. Крепость Грозная), 30 dekabr 1869-cu ildən etibarən isə Qroznı (rus dilindən tərcüməsi vahiməyə basan, hədələyici, qorxuducu) olub. Çeçenistan yerli əhalisi arasında şəhərin adı Sölƶa-Ġala kimi də adlandırılır. 1998-1999-cu illərdə Çeçenistanın o vaxtkı hakimiyyəti olan Çeçen İçkeriya Respublikasının hakimiyyəti şəhərin adını dəyişərək mərhum çeçen lideri Cövhər Dudayevin şərəfinə Cövhər-Qala (çeç. Dƶovxar-Ġala) adlandırsa da, Çeçenistan Rusiyanın hakimiyyəti altına qayıtdıqdan sonra şəhər yenidən Qroznı adlanmağa başladı. 2005-ci ildə Çeçenistan parlamenti şəhərin adını dəyişərək Çeçenistanın digər mərhum lideri Əhməd Kadırovun şərəfinə Əhməd-Qala (çeç. Aẋmad-Ġala) adlandırmağı təklif etsə də, Çeçenistan lideri Ramzan Kadırov bu təklifi rədd etmişdi.
İqlim
Qroznıda yay aylarında, temperatur bəzən kölgədə +35 °C ni ötür. Yağıntılar yayda qeyri-müntəzəmdir. Qroznı şimaldan gələn soyuq hava kütləsindən heç bir dağ massivi ilə qorunmur deyə qış aylarında şəhərin havası çox soyuq olur. Bəzən güclü şaxtalar olur (-20 C və daha aşağı). Yayda Qorznıda hava isti və quru keçir, bəzən temperatur +35 C dərəcəni keçir.
| Qroznı üçün aylıq orta temperatur və yağıntı
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qardaşlaşmış şəhərlər
Məşhur şəxslər
Həmçinin bax
- Sultan Bilimxanov stadionu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qroznı haqqında məlumat. Qroznı nədir? Qroznı nə deməkdir?

![Bayraq[d]](/uploads/wikipedia/cd8eaa5f350af6c59c1b84647446b4a6.png)
![Gerb[d]](/sd-asset/images/default-image.jpg)
