Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyms Marşall "Cimi" Hendriks (ing. James Marshall "Jimi" Hendrix, doğum adı Conni Ellen Hendriks, ing. Johnny Allen Hendrix; d. 27 noyabr 1942 – ö. 18 sentyabr

Cimi Hendriks

  • Ana Səhifə
  • Vikipediya
  • Cimi Hendriks

Ceyms Marşall "Cimi" Hendriks (ing. James Marshall "Jimi" Hendrix, doğum adı Conni Ellen Hendriks, ing. Johnny Allen Hendrix; d. 27 noyabr 1942 – ö. 18 sentyabr 1970, Sietl, Vaşinqton, ABŞ) — ABŞ müğənnisi, gitaraçı və bəstəkar. O elektrik gitarada psixodelik rok musiqisini blüz musiqisi ilə sintez edən virtuoz hesab olunur. Hendriks, karyerasının cəmi dörd il davam etməsinə baxmayaraq, populyar musiqi tarixində ən böyük və ən təsirli elektrik gitara ifaçılarından biri kimi qəbul edilir və 20-ci əsrin ən populyar musiqiçilərindən biri hesab olunur. Rok-n-roll şöhrət zalı (ing. Rock and Roll Hall of Fame) onu "rok musiqisi tarixində bəlkə də ən böyük instrumental ifaçı" kimi təsvir etmişdir.

Cimi Hendriks
Jimi Hendrix
Cimi Hendriks, 1968-ci il
Cimi Hendriks, 1968-ci il
Ümumi məlumatlar
Digər adı Ceyms Marşall Hendriks
Doğum adı Conni Allen Hendriks
Ləqəbi Cimmi Ceyms
Doğum tarixi 27 noyabr 1942
Doğum yeri Sietl, Vaşinqton, ABŞ
Vəfat tarixi 18 sentyabr 1970 (27 yaşında)
Vəfat yeri London, İngiltərə
Vəfat səbəbi boğulma
Musiqiçi məlumatları
Fəaliyyəti
  • Müğənni
  • gitaraçı
  • bəstəkar
Fəaliyyət illəri 1962–1970
Janrlar
  • psixodelik rok
  • blüz rok
  • eysid rok
  • hard rok
Musiqi alətləri
  • vokal
  • gitara
Səs tembri bariton
Albom şirkətləri
  • Sue
  • PPX
  • RSVP
  • Track
  • Barclay
  • Polydor
  • Reprise
  • Capitol
Əlaqələri
  • Curtis Knight and the Squires
  • Jimmy James and the Blue Flames
  • The Jimi Hendrix Experience
  • Band of Gypsys
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı — 1992
İmzanın şəkli
jimihendrix.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hendriks gitara çalmağa 15 yaşında başlamışdır. 1961-ci ildə ABŞ ordusuna qoşulmuş, lakin bir il sonra ordudan tərxis edilmişdir. Bundan sonra o, Tennessi ştatının Klarksvill və daha sonra Neşvill şəhərlərinə köçmüş və müxtəlif səhnələrdə çıxışlar etməyə başlamışdır. O, Isley Brothers və Litl Riçard, sonralar Curtis Knight and the Squires kimi ifaçılarla birgə fəaliyyət göstərmiş və 1966-cı ilin sonlarında The Animals qrupunun basçısı Ças Çendler onun meneceri olduqdan sonra İngiltərəyə köçmüşdür. Bir neçə ay ərzində Hendriks, basçı Noel Reddinq, zərbçi Mitç Mitçell ilə birgə The Jimi Hendrix Experience qrupunda "Hey Joe", "Purple Haze" və "The Wind Cries Mary" mahnıları ilə İngiltərədə ilk onluğa daxil olan üç hit yazmışdır. 1967-ci ildə Monterey Pop Festivalında çıxışı ilə ABŞ-də məşhurlaşmış və 1968-ci ildə üçüncü və son studiya albomu olan "Electric Ladyland" ilə ABŞ-də bir nömrəyə yüksəlmişdir. Hendriks, 1969-cu ildə "Vudstok" festivalında və 1970-ci ildə "Ayl-of-Vayt" festivalında çıxışlar etmişdir. 1970-ci ilin sentyabrında, 27 yaşında Londonda boğulma nəticəsində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cimi Hendriks haqqında məlumat. Cimi Hendriks nədir? Cimi Hendriks nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dilfan şəhristanı

  • Fevral 27, 2026

    Kontakt (roman)

  • Fevral 27, 2026

    Rutil

  • Fevral 27, 2026

    Talan

  • Fevral 27, 2026

    Əbdülməcid

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst