Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Lənkəran – 25 fevral 2016, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (1998), Azərbayca

İlhamə Quliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • İlhamə Quliyeva

İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Lənkəran – 25 fevral 2016, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003), "Şöhrət" ordenli (2002), "Şərəf" ordenli (2013), Dağıstan Respublikasının xalq artisti (2008).

İlhamə Quliyeva
Ümumi məlumatlar
Ləqəbləri "Primadonna", "Türk sənət dünyasının kraliçası"
Doğum tarixi 17 avqust 1943(1943-08-17)
Doğum yeri
  • Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 fevral 2016(2016-02-25) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • II Fəxri Xiyaban
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, müğənni
Fəaliyyət illəri 1965-ci ildən
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Şərəf" ordeni — 20132013 "Şöhrət" ordeni — 20022002
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982 Dağıstan Respublikasının xalq artisti — 20082008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olmuşdur. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilmişdir.

Ailəsi

İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur. Anası Azərbaycan müğənnisi Azərbaycan Respublikasının xalq artisti Tükəzban İsmayılova.

İlhamə Quliyeva XX əsrin 80-ci illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o hətta həyat yoldaşının soyadını — Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub, lakin İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub yenidən Quliyeva soyadına qayıdıb.

Orxan Nadirov adlı bir oğul övladı var idi.

Diskoqrafiyası

  • Ilhame Quliyeva — Anam mehribanım Azərbaycanım — musiqi: Oqtay Rəcəbov, sözləri: A. Babayev
  • Ilhame Quliyeva — Azərbaycan — musiqi: ?
  • İlhamə Quliyeva — Toy mahnısı — musiqi: Fikrət Əmirov
  • İlhamə Quliyeva — Gülür ellər — musiqi: Fikrət Əmirov, sözləri: Teymur Elçin
  • İlhamə Quliyeva — Göygöl — musiqi: Fikrət Əmirov, sözləri: Teymur Elçin
  • İlhamə Quliyeva — De, görüm, neyləmişəm — musiqi: Fikrət Əmirov, sözləri: Teymur Elçin
  • İlhamə Quliyeva — Gülərəm gülsən — musiqi: Fikrət Əmirov, sözləri: Məmməd Səid Ordubadi
  • İlhamə Quliyeva — Mən səni araram — musiqi: Fikrət Əmirov, sözləri: Tələt Əyyubov
  • İlhamə Quliyeva — Tarla Qızları — musiqi: Oqtay Kazımov, sözləri: Həmid Abbasov
  • İlhamə Quliyeva — Bir xumar baxışla — musiqi: Ramiz Mirişli, sözləri: İslam Səfərli
  • İlhamə Quliyeva — Nəğməkar qız — musiqi: Ramiz Mirişli, sözləri: İsgəndər Coşqun
  • İlhamə Quliyeva — Çiçək yağışı — musiqi: Emin Sabitoğlu
  • İlhamə Quliyeva — Ağ çiçəyim — musiqi: Elza Seyidcahan, sözləri: Cığatel https://www.youtube.com/watch?v=zn0_pFHhwc0
  • İlhamə Quliyeva — Ayrılıq (1969) — musiqi: Xəyyam Mirzəzadə, sözləri: İsa İsmayılzadə
  • İlhamə Quliyeva — Sırğamın qaşı (1971) — musiqi: Xəyyam Mirzəzadə, sözləri: Fikrət Sadıq

Videoqrafiya

Say Ad Tarix
01 Incitmə Qəlbimi ft. Rəşad İlyasov 2000
02 Unuda Bilməzsən 2001
03 Gedirəm 2001
04 Ay Qaragilə 2003
05 Oyan, Bəxtim ft. Hüseyn Dərya 2004
06 Bu Gedən Karvan
07 Sevgi Hekayəti 2005
08 Ağla 2005
09 Çox Darıxmışam
10 Gülüm 2007
11 Sevgi Dünyamız 2009
12 Unut Məni 2010
13 Azərbaycan Bayrağı 2011
14 Ağ Çiçəyim ft. Elza Seyidcahan 2012
15 İlhamlı Azərbaycan 2013
16 Sevgi Nağılı ft. Nuri Serinlendirici 2014
17 Yaşa, İdman Bayramı 2015
18 Unut Məni ft. Nuri Serinlendirici 2017

Filmoqrafiya

  • Toyda görüş (film, 1970)
  • Mahnı qanadlarında (film, 1972)
  • Göy göl (film, 1973)
  • Payız melodiyaları (film, 1974)
  • Oxuyan ürəkdir (film, 2003)
  • Adam ol! (film, 2005) (tammetrajlı bədii film) filmin direktoru, rol: Leyli
  • Adam ol! 3 (film, 2007) (tammetrajlı bədii film) (Lider TV)

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998
  • "Şöhrət" ordeni — 19 avqust 2002
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003
  • "Dağıstan Respublikasının xalq artisti" fəxri adı — 2008
  • "Şərəf" ordeni — 17 avqust 2013

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlhamə Quliyeva haqqında məlumat. İlhamə Quliyeva nədir? İlhamə Quliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Senet

  • Fevral 27, 2026

    Kor bucaq

  • Fevral 27, 2026

    Yer nüvəsi

  • Fevral 27, 2026

    Barlaslar

  • Fevral 27, 2026

    Miri Ben-Ari

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst