Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramiz Aqil oğlu Mirişli (16 aprel 1934, Naxçıvan – 17 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1993), Azərbaycan

Ramiz Mirişli

  • Ana Səhifə
  • Vikipediya
  • Ramiz Mirişli

Ramiz Aqil oğlu Mirişli (16 aprel 1934, Naxçıvan – 17 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1993), Azərbaycan SSR (1982) və Naxçıvan MSSR (1974) əməkdar incəsənət xadimi.

Ramiz Mirişli
Ramiz Aqil oğlu Mirişli
Ümumi məlumatlar
Doğum tarixi 16 aprel 1934(1934-04-16)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 17 aprel 2015(2015-04-17) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Uşaqları

Nazim Mirişli, Aqil Mirişli,

Yusif Mirişli
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1952–2015
Musiqi aləti piano
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19901990 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1982
"Şərəf" ordeni — 20142014 "Şöhrət" ordeni — 20042004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.

Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.

Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.

Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Mükafatları

  • "Naxçıvan MSSR əməkdar incəsənət xadimi" fəxri adı — 1974
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 dekabr 1982
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 31 dekabr 1990
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Şöhrət" ordeni — 2 iyun 2004
  • "Şərəf" ordeni — 14 aprel 2014

Ailəsi

  • Bəstəkar Nazim Mirişlinin atasıdır.
  • Bəstəkar Yusif Mirişlinin atasıdır.

Əsərləri

  • N. Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün "Peyğəmbərin tə'rifi" vokal Poeması (1997).
  • "Qəzəlxan" bədii filminə musiqi /həmmüəllif — N. Mirişli/ (1990). M. Araz, F. Qoca, M. Aslan, D. Mustafayev, H. Razi, Y. Həsənbəy və b. şairlərin söz. mahnı və romanslar (1990–2001).

Bəstələdiyi mahnılar

  • Bir könül sındırmışam (sözləri İslam Səfərlinindir)
  • Doğma diyarım
  • İlk görüş
  • Mavi dünyam
  • Güləndam
  • Əlvida
  • Bir xumar baxışla (sözləri Fikrət Qocanındır)
  • Sevdalandım yaz gəlincə
  • Günay
  • Dedi gələcəyəm
  • Ya rəbbim
  • Məzəli mahnı
  • Yaraşıqsan
  • Hardasan
  • Yandım, elə yandım (sözləri Süleyman Rüstəmindir)
  • Gəlmədi
  • Yeddi qızdan biri gözəl
  • Nənəm kəndi istəyir
  • Süfrə mahnısı (sözləri Rüfət Əhmədzadənindir)

Filmoqrafiya

  • Akt və fakt (film, 1978)
  • Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-bəstəkar
  • Analar və laylalar (film, 1992)
  • Azərbaycan xəritəsi (film, 2006)
  • Bakı bağları. Şüvəlan (film, 2007)
  • Bəylik dərsi (film, 2007)
  • Dəvətnamə (film, 2003)
  • Dınqıl, sazım, dınqıl (film, 1976)
  • Evin kişisi (film, 1978)
  • Həyat, sən kiminsən? (film, 1972)
  • Kirpi balası və alma (film, 1977)
  • Köhnə bərə (film, 1984)
  • Qəzəlxan (film, 1991)
  • Monoloq (film, 1987)
  • Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  • Nekroloq (film, 2001)
  • Oxuyur Şövkət Ələkbərova (film, 1970)
  • Ömür urası (film, 2007)
  • Payız melodiyaları (film, 1974)
  • Perspektivsiz tikinti (film, 1991)
  • Pıspısa xanım və Siçan bəy (film, 1974)
  • Sahilsiz gecə (film, 1989)
  • Salam, Zeynəb! (film, 1982)
  • Sehrli naxışlar (film, 1984)
  • Sən belə cımbılısan (film, 1982)
  • Şəki (film, 1977)
  • Yeni həyat (2005)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramiz Mirişli haqqında məlumat. Ramiz Mirişli nədir? Ramiz Mirişli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Matsue

  • Fevral 27, 2026

    Tityos

  • Fevral 27, 2026

    Xiv

  • Fevral 25, 2026

    Biləsuvar rayonu

  • Fevral 27, 2026

    Nanaylar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst