Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ölsəm... bağışla — İkinci Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film.

Ölsəm... bağışla

  • Ana Səhifə
  • Vikipediya
  • Ölsəm... bağışla

Ölsəm... bağışla — İkinci Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film.

Ölsəm... bağışla
Filmin afişası
Filmin afişası
Janr dram, məhəbbət
Rejissor Rasim Ocaqov
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Fəxrəddin Manafov
Gülzar Qurbanova
Sədayə Mustafayeva
Muxtar Maniyev
Operator Rafiq Qəmbərov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Rafiz İsmayılov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 24 oktyabr 1989
Filmin növü tammetrajlı bədii film
Müddət 87 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1989
Texniki məlumatlar 10 hissə
2516 metr
35 mm
Rəng ağ-qara (rəngli kadrlarla)
Çəkiliş yeri Bakı
IMDb ID0173956

Mündəricat

Məzmun

Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır.

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.

Xəbərdarlıq Xəbərdarlığın sonu.

Festivallar və mükafatlar

1)1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi
  • Kinolent ən yaxşı bədii filmə görə Mükafat və Priz almışdır.
2)1992-ci ildə Çimkənddə (Türkmənistan) Qazaxıstan, Orta Asiya və Azərbaycan kino aktyorlarının I regional "İpək Yolu" kinofestivalı
  • Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Gülzar Qurbanovaya və baş mükafat-festivalın Qran-pri Mükafatı verilmişdir
  • Ən yaxşı kişi rolunun ifasına görə aktyor Fəxrəddin Manafova baş mükafat-festivalın Qran-pri mükafatı verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor: Rasim Ocaqov
Quruluşçu operator: Rafiq Qəmbərov
Quruluşçu rəssam: Rafiz İsmayılov
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Akif Nuriyev
Rejissor: Ramiz Əliyev
Qrim rəssamı: Elbrus Vahidov
Geyim rəssamı: Y. Kirşner
Operator: Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi)
Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
Montaj edən: Nataliya Albitskaya, Lyudmila Lotina
Rejissor assistenti: Mirzəbala Məlikov, N. Cəlilov, Rafiq Orucov
Operator assistenti: Aydın Mustafayev, Nadir Mehdiyev, V. Romanov
Rəssam assistenti: R. Abdullayev
İşıq Ustası: N. Daşdəmirov
İnzibatçı: M. İsmayılov, Arif Kərimov, İlqar Əliyev
Rejissor-Stajçı: Ramiz Əzizbəyli, Nizami Musayev
Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor: Konstantin Krimets
Redaktor: A. Süleymanova
Filmin direktoru: Davud Zöhrabov
Tərcüməni səsləndirən: Rasim Balayev (titrlərdə yoxdur)

Rollarda

  • Fəxrəddin Manafov — Yusif
  • Gülzar Qurbanova — Gülya
  • Sədayə Mustafayeva — Yusifin anası
  • Muxtar Maniyev — Seyidrza
  • Nizami Musayev — Cavad
  • Ağasəf Sadıqbəyov — Eldar
  • Ülkər Quliyeva — Naza
  • Viktor Dəmirtaş — Edik
  • Andrey Proxorov — Viktor
  • Rəsmi Cəbrayılov — Həkim
  • Andrey Yurenev — Müstəntiq
  • Qalina Kuznetsova — Ev sahibəsi
  • Mariya Stepanova — Marusya xala
  • R. Məmmədov — Duquş
  • Yelena Kostina — Zina
  • Həsən Məmmədov — Firuz
  • Hacı İsmayılov — Qulam
  • Aliyə Musayeva — Zulya
  • Zülfüqar Baratzadə — Baladadaş
  • K. Qotiç — Qızıldiş
  • Niyazi Əhmədov — Səlim
  • Tofiq İsmayılov — Müdir
  • Nuriyyə Əhmədova — Səltənət
  • L. Lerman
  • Vəliəhd Vəliyev — avara
  • R. Həsənzadə
  • Y. Semyonov
  • Kamil Məhərrəmov — tapança satan
  • Boka (Boris Davidyan) — restoran müğənnisi

Filmi səsləndirənlər

  • Yaşar Nuri — Müdir (Tofiq İsmayılov) (titrlərdə yoxdur)
  • Eldəniz Rəsulov — Eldar (Ağasəf Sadıqbəyov) (titrlərdə yoxdur)
  • Həsən Əbluc — Həkim (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
  • Zərnigar Ağakişiyeva —Yusifin anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
  • Nəcibə Hüseynova — Gülya (Gülzar Qurbanova) (titrlərdə yoxdur)
  • Həmidə Ömərova — Zulya (Aliyə Musayeva) (titrlərdə yoxdur)
  • Rasim Balayev — Tərcüməni oxuyan (titrlərdə yoxdur)

Filmin musiqisi

Musiqi-1

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ölsəm... bağışla haqqında məlumat. Ölsəm... bağışla nədir? Ölsəm... bağışla nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fovizm

  • Fevral 27, 2026

    Qaraquş Xan

  • Fevral 27, 2026

    Gülxətmi

  • Fevral 23, 2026

    Xətkeş

  • Fevral 27, 2026

    Qrats Universiteti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst