Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rasim Mirqasım oğlu Ocaqov (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982),

Rasim Ocaqov

  • Ana Səhifə
  • Vikipediya
  • Rasim Ocaqov

Rasim Mirqasım oğlu Ocaqov (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980).

Rasim Ocaqov
Doğum tarixi 22 noyabr 1933(1933-11-22)
Doğum yeri
  • Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 11 iyul 2006(2006-07-11) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti kinorejissor, ssenarist, kinooperator
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti,
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan SSR xalq artisti — 1982 Azərbaycan SSR əməkdar artisti — 1967 SSRİ Dövlət mükafatı Azərbaycan SSR Dövlət mükafatı
IMDb ID0644183
rasimocaqov.sheki.az

Mündəricat

Həyatı

Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.

50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.

Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Mükafatları

  • Azərbaycan SSR xalq artisti — 01.12.1982
  • Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Xatirəsi

2013-cü il noyabrın 22-də Bakıda Azərbaycan kino sənətinin nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.

2018-ci ildə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə "Şəki, mən səni sevirəm" kino və foto müsabiqəsi təsis edilib.

Filmoqrafiya

Rasim Ocaqovun xatirə lövhəsi (Bakı)
Rasim Ocaqovun xatirə lövhəsi (Şəki)

Tammetrajlı bədii filmlər

Rejissor kimi

  1. Qatır Məmməd (film, 1974)
  2. Tütək səsi (film, 1975)
  3. Ad günü (film, 1977) (tammetrajlı bədii film)
  4. İstintaq (film, 1979)
  5. Bağlı qapı (film, 1981)
  6. Park (film, 1983)
  7. Özgə ömür (film, 1987)
  8. Ölsəm... bağışla (film, 1989)
  9. Qətldən yeddi gün sonra (film, 1991)
  10. Təhminə (film, 1993)
  11. Həm ziyarət, həm ticarət... (film, 1995)
  12. Otel otağı (film, 1998)

Operator kimi

  1. Bir məhəllədən iki nəfər (film, 1957)
  2. Onun böyük ürəyi (film, 1958)
  3. Əsl dost (film, 1959)
  4. Bizim küçə (film, 1961)
  5. Əmək və qızılgül (film, 1962)
  6. Sən niyə susursan? (film, 1966)
  7. Bir cənub şəhərində (film, 1969)
  8. Abşeron ritmləri (film, 1970)
  9. Ən vacib müsahibə (film, 1971)
  10. Skripkanın sərgüzəşti (film, 1972)
  11. Ömrün ilk saatı (film, 1973)

Bədii rəhbər kimi

  1. Əlavə iz (film, 1981)
  2. Süd dişinin ağrısı (film, 1987)
  3. Məhkumlar (film, 2006)

İkinci rejissor kimi

  1. Sən niyə susursan? (film, 1966)

İkinci operator kimi

  1. Uzaq sahillərdə (film, 1958)

Qısametrajlı bədii filmlər

Rejissor kimi

  1. Şosedə hadisə (film, 1960)

Operator kimi

  1. Şosedə hadisə (film, 1960)
  2. Matteo Falkone (film, 1960)
  3. Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)

Sənədli filmlər

Rejissor kimi

  1. Bakı bu gün (film, 1958)
  2. Abidələr danışır (film, 1964) (qısametrajlı sənədli film)
  3. Dağıstan konserti (film, 1964)
  4. Çiçək yağışı (film, 1971)

Operator kimi

  1. Bakı bu gün (film, 1958)
  2. Məhəmməd Füzuli (film, 1958)
  3. Abidələr danışır (film, 1964)
  4. Dağıstan konserti (film, 1964)
  5. Azərbaycanın səhnə ustaları (film, 1965)
  6. Çiçək yağışı (film, 1971)

İştirak etdiyi filmlər

  1. Azərbaycan kinosu-80 (film, 1996)
  2. Kinorejissor Həsən Seyidbəyli (film, 2002)

Sənədli televiziya filmləri

Operator kimi

  1. Konsert proqramı (film, 1964)
  2. Məhəbbət haqqında əfsanə (film, 1967)
  3. Şur (film, 1967)

İştirak etdiyi film

  1. Özgə vaxtın doğma anları (film, 2002)

"Mozalan" süjetləri

Rejissor kimi

  1. Çay daşının göz yaşı... (film, 1971)
  2. Müşavirə (film, 1971)
  3. İcazə (film, 1972)
  4. Çardaş (film, 1973)
  5. Heyif siqnalından (film, 1978)
  6. Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980)
  7. Hami (film, 1981)
  8. Fövqəladə hadisə (film, 1982)
  9. Rəngli yuxu (film, 1982)
  10. Metamarfoza (film, 1983)
  11. Alayarımçıq (film, 1984)
  12. Bəhrə (film, 1984)
  13. Çıxış yolu (film, 1984)
  14. Xəbərdarlıq (film, 1984)
  15. Çexski unitaz (film, 1985)
  16. Gözdən uzaq... (film, 1985)
  17. Məsələ yerdə deyil... (film, 1985)
  18. Ögeylik (film, 1985)
  19. Arayış (film, 1986)

Operator kimi

  1. Çay daşının göz yaşı... (film, 1971)
  2. Arzu (film, 1972)

Ssenari müəllifi kimi

  1. Müşavirə (film, 1971)
  2. İcazə (film, 1972)
  3. Çardaş (film, 1973)
  4. Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980)
  5. Hami (film, 1981)
  6. Rəngli yuxu (film, 1982)
  7. İntizam (film, 1983)
  8. Metamarfoza (film, 1983)
  9. Alayarımçıq (film, 1984)
  10. Çexski unitaz (film, 1985)
  11. Məsələ yerdə deyil... (film, 1985)
  12. Mastika (film, 1986)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rasim Ocaqov haqqında məlumat. Rasim Ocaqov nədir? Rasim Ocaqov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Azərbaycan əlifbası

  • Fevral 27, 2026

    Yuzef Pilsudski

  • Fevral 27, 2026

    Mehdibəyli

  • Fevral 27, 2026

    I Artakserks

  • Fevral 27, 2026

    Paris metrosu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst