Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həmidə Ömərova (25 aprel 1957, Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Resp

Həmidə Ömərova

  • Ana Səhifə
  • Vikipediya
  • Həmidə Ömərova

Həmidə Ömərova (25 aprel 1957, Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021).

Həmidə Ömərova
Həmidə Məmməd qızı Ömərova
"Qızıl uçurum" filmindən (1980)
"Qızıl uçurum" filmindən (1980)
Doğum tarixi 25 aprel 1957(1957-04-25) (68 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1977-ci ildən
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20052005 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1987 "Sənətkar" medalı Azərbaycan LKGİ mükafatı — 19861986
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20232023
IMDb ID0648345
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur.

Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır.

Xatirəsi

2012-ci ildə Azərbaycan Televiziyasında Elvin Vəlimətovun rejissorluğu və Sevda Ağazadənin ssenari müəllifliyi ilə Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunmuş "Həmidə Ömərova. Kinomuzun ilham pərisi..." adlı qısametrajlı sənədli film çəkilmişdir. Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.

Mükafatları və fəxri adları

  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1986
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 31 dekabr 1987
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2006-cı ildən
  • Cəfər Cabbarlı mükafatı — 2010
  • "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021
  • Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 13 dekabr 2023

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Hasarın o üzü Humay 21 dekabr 2013 Bəhram Osmanov Əli Əmirli

Azərbaycan Teatr Xadimləri İttifaqı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Stullar Semiramida 19 dekabr 2016 İlkin Mehdiyev Ejen İonesko

Filmoqrafiya

  • Anlamaq istəyirəm (film, 1980) — Çinarə
  • Arşınmalçı (film, 1985)
  • Ata ocağı (film, 2017) — Şəfiqə
  • Azərbaycan çayı (film, 2003)
  • Babamızın babasının babası (film, 1981) — Zeynəb
  • Bayramda yağış (film, 1985) — Pərvin
  • Bir axşam... (film, 1985)
  • Bir ailəm var (teleserial, 2013)
  • Burulğan (film, 1986)
  • Cərrahiyyə əməliyyatı (film, 1988) — Dilşad
  • Doğma sahillər (film, 1989) — Zivər
  • Dronqo (teleserial, 2002) — Elmira. Moskva, "NTV+"
  • Əzablı yollar (film, 1982)
  • Fikirləşmək lazımdır (film, 1980)
  • Gecə qatarında qətl (film, 1990)
  • Gümüşü furqon (film, 1982)
  • Günaydın, mələyim! (film, 2008)
  • Güzgü (film, 1990)(I)
  • Həmidə Ömərova (film, 2003)
  • Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
  • Humayın yuxusu (film, 1985)
  • Kallıq (film, 1981)
  • Qafqaz (film, 2007) — qaraçı qız
  • Qəzəlxan (film, 1991) — Xanım
  • Qızıl uçurum (film, 1980) — Şəfiqə
  • Qorxma, mən səninləyəm — Telli
  • Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  • Mən onun xoşuna gəlirəm (film, 1985) — Məhəbbət
  • Müqəddəs oda yanaram (film, 1991) — Zəhra
  • Musiqi müəllimi (film, 1983) — Şəfiqə
  • Nizami (film, 1982)
  • Ölsəm... bağışla (film, 1989)
  • Otel otağı (film, 1998)
  • Özgə ömür (film, 1987)
  • Retro (veriliş)
  • Susmuş vicdan (film, 2010)
  • Şeytan göz qabağında (film, 1987)
  • Şirbalanın məhəbbəti (film, 1991) — Nazlı
  • Tənha durna uçuşu (film, 2003) — Gülgəz
  • Təxribat (film, 1989)
  • Ultionis
  • Üzeyir ömrü (film, 1981) — Məleykə
  • Vah!.. (film, 1980) — Fatma
  • Yol əhvalatı (film, 1980)
  • Zendane Div (film, 1993) (İran) — Nuriyə
  • Zəli (film, 2003)
  • Zaman adlı qatar (film, 2016) — Sənubər
  • Ana və poçtalyon (2020)
  • Marytale. İnklüziv möcüzələr (2025)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həmidə Ömərova haqqında məlumat. Həmidə Ömərova nədir? Həmidə Ömərova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fiorentina FK

  • Fevral 27, 2026

    2017-ci il

  • Fevral 24, 2026

    Rafil Hüseynov

  • Fevral 27, 2026

    Ştutqart

  • Fevral 27, 2026

    Lili-Rouz Depp

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst