Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ubuntu ("insanpərvərlik", "humanizm") — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətid

Ubuntu

  • Ana Səhifə
  • Vikipediya
  • Ubuntu

Ubuntu ("insanpərvərlik", "humanizm") — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. "Ubuntu" sözü zulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə "insanlıq" anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir. 2009–2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı. Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).

Ubuntu
Loqonun şəkli
Yaradıcı
  • Mark Şattlvort
İstehsalçı Canonical
Yazılma dili C++, C, Python
Bazası Debian
Buraxılış tarixi 20 oktyabr 2004
Son versiya
  • 25.10
  • 24.04.4 LTS
Yenilənmə üsulu Advanced Package Tool
Paketlər menecerləri Dpkg, Advanced Package Tool
Dəstəklənən dillər çoxdilli[d]
Dəstəklənən platformalar x86_64[d], x86, ARM[d]
İnterfeys GNOME
Veb-saytı ubuntu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD və ya mətn sehrbazı vasitəsilə masaüstü fərdi kompüterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.

Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası yaradılmağa başlanılmışdır.

Mündəricat

Tarix

20 oktyabr 2004-cü ildə Ubuntu ilkin olaraq Debianın budağı kimi 6 aydan bir yeni versiyası çıxan əməliyyat sistemi idi. Debianın digər qollarından (Xandros, Linspire, Libranet) fərqli olaraq Ubuntunu yaratmış Canonical şirkəti Debian fəlsəfəsinə sadiq qalaraq əməliyyat sisteminə azad proqram təminatı daxil edirdi.

Ubuntu paketləri əsasən Debianın qeyri-stabil paketləri üzərində qurulur. Ubuntu paketləri yazmaq üçün Debiana məxsus Advanced Packaging Tool-dan istifadə edir. Buna baxmayaraq Debian və Ubuntu paketləri mütləq olaraq bir-biri ilə uyğun deyil. Ubuntu-nun bəzi yaradıcıları həm də əsas Debian paketləri ilə də məşğul olurlar. O üzdən hər-hansı layihədə dəyişiklik edəndə, digərinə də edirlər. Ancaq 2005-ci ilin aprel ayında Debian əməliyyat sisteminin yaradıcısı Yan Merdok Ubuntu-nu Debian paketləri ilə uyğunsuzluqda tənqid edərək birincinin "Debian Sarge"-dən çox uzaqlaşdığını deyir.

Ubuntu indiyə kimi Mark Şattlvort və onun şirkəti – Canonical tərəfindən vəsaitlə təmin olunur. 8 iyul 2005-ci ildə Canonical şirkəti Ubuntu Fondunun yaradıldığını elan edir və onu 10 milyon dollar ilkin kapital ilə təmin edir. Fondun məqsədi Ubuntu-nun gələcək versiyalarının dəstəyi və inkişafına zəmanət etməkdir. Ancaq 2009-cu il üçün fond işləksizdir. Şatlvort bunu fondun qara gün üçün saxlandığı ilə izah edir.

Ubuntu layihəsinin orijinal adı no-name-yet.com olub (azərb. hələ ki adı yoxdur‎).

Üstünlükləri

Ubuntu 10.04 Lucid Lynx

Ubuntu istifadədə asanlıq və rahatlığa yönələrək hazırlanılıb. O özündə geniş yayılmış "sudo" utilitini istifadə edir. Bu sistemdə potensial təhlükəli superistifadəçi sessiyasını buraxmadan inzibati tapşırıqları yerinə yetirməyə imkan verir. Bundan əlavə Ubuntu inkişaf etmiş beynəlmiləşmişliyə malikdir. Belə ki, əməliyyat sistemi 5.04 versiyasından defolt olaraq UTF-8 kodlaşdırmasından istifadə edir və çoxlu sayda dil qruplarına geniş imkanlar verir.

Ubuntu-nun işləməsi üçün 256 MB RAM, sərt diskdə isə 4 GB boş yer lazımdır. Ubuntu əməliyyat sistemi bir çox qrafik qabıqları dəstəkləyir. Defolt olaraq GNOME qrafik qabığı ilə yayılır. GNOME azad, sadə və intuitiv interfeysə malik olub, geniş diapazonda müasir masaüstü proqramlarla yayılır. GNOME-a daxil olan proqramlardan başqa Ubuntu əlavə olaraq LibreOffice, Mozilla Firefox kimi proqramlarla təchiz olunub.

6.06 və daha sonrakı versiyalar LiveCD ilə CD sehrbazını bir kompakt-diskdə birləşdirir. Bu disk əməliyyat sistemini sərt diskə yazmadan onu açaraq, içindəki proqramlara nəzər yetirməyə, aparat vasitələrinin dəstəklənib-dəstəklənmədiyini öyrənməyə imkan verir. Əgər sistem bəyənilsə qrafik sehrbaz "Ubiquity" vasitəsilə elə LiveCD-dən əməliyyat sistemini yazmaq olar. Yazılma prosesi "canlı" iş masasında yaradılan sənədləri saxlayır. Bundan əlavə endirim üçün alternativ sehrbaz debian-installer-də var. O sistemi daha dərindən tanıyan üçün, çoxlu sistem yazan və çətin disk bölümünü həyata keçirən inzibatçılar üçün nəzərdə tutulub. Bura həmçinin 192 meqabayt operativ yaddaşdan az LVM və RAID-lər də daxildir. Distrubitivə həm də USB Flaş-disk yükləməsini yaradan proqram daxildir. Bu USB Flaş-disk LiveCD və CD sehrbazının malik olduğu bütün imkanlara malikdir. Bu xüsusiyyət adətən netbuklar üçün yararlıdır.

İstifadəçi interfeysi ilkin versiyalarda defotl olaraq qəhvəyi və narıncı rəngində olurdu. Əməliyyat sistemi ubuntu-calendar adlı əlavə proqram vasitəsilə hər ay qəhvəyi mövzular endirir. Ubuntu interfeysində 10.04 versiyasından re-brend aparılıb: emblem dəyişilib, rəng qamması qəhvəyi və narıncıdan qara və bənövşəyiyə dəyişilib. Bəzi istifadəçilərin fikrinə görə Ubuntu-nun yeni interfeysi Mac OS X interfeysini xatırladır.

Buraxılışlar

Hər reliz il və ay buraxılışına əsaslanan öz kod adına və veriyasına malikdir. Kod adları iki ingilis sözündən ibarət olur: adətən bu eyni hərflə başlayan heyvan adı olur. 6.06 Dapper Drake-dən başlayaraq (LTS) kod adının birinci hərfləri latın əlifbasına uyğun olaraq dəyişir.

VersiyaBuraxılış tarixiKod adıAzərbaycanca qarşılığıDəstəyin son tarixiYenilənmə zamanı Linux nüvəsi
4.1020 oktyabr 2004Warty WarthogZiyilli Ziyilcik30 aprel 20062.6.9
5.048 aprel 2005Hoary HedgehogQoca Kirpi31 oktyabr 20062.6.11
5.1013 oktyabr 2005Breezy BadgerCavan Porsuq13 aprel 20072.6.13
6.06 LTS1 iyul 2006
10 avqust 2006 (6.06.1)
21 yanvar 2008 (6.06.2)
Dapper DrakeŞıq Yaşılbaş14 iyul 2009 (iş stansiyaları üçün)
iyul 2011 (server versiyaları)
2.6.15
6.1026 oktyabr 2006Edgy EftƏsəbi Triton25 aprel 20082.6.18
7.0419 aprel 2007Feisty FawnÜrəkli Maral19 oktyabr 20082.6.19
7.1018 oktyabr 2007Gutsy GibbonCəsarətli Hibbon18 aprel 20092.6.20
8.04 LTS24 aprel 2008
3 iyul 2008 (8.04.1)
22 yanvar 2009 (8.04.2)
16 iyul 2009 (8.04.3)
28 yanvar 2010 (8.04.4)
Hardy HeronDözümlü Vağaprel 2011 (iş stansiyaları üçün)
aprel 2013 (server versiyası)
2.6.24
8.1030 oktyabr 2008Intrepid IbexQorxmaz Keçi30 aprel 20102.6.27
9.0423 aprel 2009Jaunty JackalopeDiribaş Dovşan23 oktyabr 20102.6.28
9.1029 oktyabr 2009Karmic KoalaKarmik Koalaaprel 20112.6.31
10.04 LTS29 aprel 2010
17 avqust 2010 (10.04.1)
Lucid LynxParlaq Pişikaprel 2013 (iş stansiyaları üçün)
aprel 2015 (server versiyası)
2.6.32
10.1010 oktyabr 2010Maverick MeerkatAzadfikirli Surikataprel 20122.6.35
11.0428 aprel 2011Natty NarwhalSəliqəli Narvaloktyabr 20122.6.38
11.1013 oktyabr 2011Oneiric OcelotXəyalpərəst oselot9 may 20133.0.4
12.04 LTS26 aprel 2012
24 avqust 2012 (12.04.1)
14 fevral 2013 (12.04.2)
23 avqust 2013 (12.04.3)
6 fevral 2014 (12.04.4)
7 avqust 2014 (12.04.5)
Precise PangolinPedantik panqolinaprel 2017
3.2, 3.5, 3.8, 3.11, 3.13
12.1018 oktyabr 2012Quantal QuetzalKvant Ketzalaprel 20143.5
13.0418 aprel 2013Raring RingtailSəbirsiz Kakomişlioktyabr 20153.8
13.1017 oktyabr 2013Saucy SalamanderKobud Salamandriyul 20143.11
14.04 LTS17 aprel 2014 (14.04)
24 iyul 2014-cü il (14.04.1)
Trusty TahrEtibarlı Taraprel 20193.13
14.1016 oktyabr 2014Utopic UnicornUtopik Taybuynuziyul 20153.16 (Daily)
15.0416 aprel 2015Vivid VervetParlaq Meymun4 fevral 20163.19
15.1022 oktyabr 2015Wily WerewolfMəkrli Qulyabanıiyul 20164.2
16.04 LTS21 aprel 2016
24 iyul 2016 (16.04.1)
17 fevral 2017 (16.04.2)
Xenial XerusQonaqpərvər Dələaprel 20214.4
16.1013 oktyabr 2016Yakkety YakBoşboğaz Yakavqust 20174.8
17.0413 aprel 2017Zesty ZapusPikant Siçanfevral 20184.10
17.1019 oktyabr 2017Artful AardvarkHiyləgər Qarışqayeyəniyul 20184.13
Şərti işarələr:
dəstəklənmir yalnız server veriyası
dəstəklənir
dəstəklənir hazırkı versiya Planlaşdırılıb / hazırlanılır

LTS (ing. Long Term Support hərfiynən "uzun müddət ərzində dəstək") kimi işarələnən buraxılışlar Canonical tərəfindən daha çox dəstək edilir. Yenilənmə paketləri istifadəçi versiyaları üçün üç, pullu texniki dəstək ilə serverlər üçün isə beş il təşkil edir. Sonrakı LTS versiyasına qədər periodik olaraq hazırkı versiayaya eyniadlı kod adı ilə müxtəlif yenilənmələr buraxılır. Dapper Drake 6.06 versiyası üçün iki belə yenilənmə buraxılıb; Hardy Heron 8.04 versiyası yarım ildə bir dəfə çıxır. Artıq dörd 8.04 yenilənməsi çıxıb. 8.04 üçün növbəti yenilənmə gözlənilmir. Hazırkı LTS buraxılış Ubuntu 14.04 Trusty Tahr adlanır.

10.04 Lucid Lynx versiyası üçün 4 yenilənmə çıxıb. Sonuncu ISO təsvir 10.04.4 versiyasına malikdir. 12.04 versiyasının dəstəklənməsi yeni təsvirlərin çıxmağı ilə bərabər qüvvədə saxlanılacaqdır.(12.04.5 və daha yuxarı aprel ayının 2017-ci ilinə qədər). 13.04 Raring Ringtail versiyasından başlayaraq siravi (LTS olmayan) relizlərin dəstəyi 18 ay əvəzinə 9 aya endirilib..

Ubuntu və onun variantlarını internetdən endirmək və ya ShipIt xidməti vasitəsilə disk formasında əldə etmək olar

Paketlər və dəstək

Ubuntu 10.04 LTS LiveCD rejimi

Ubuntuda bütün proqram təminatı komponentlər adlanan dörd hissəyə bölünür. Bu lisenziyada fərqi və mümkün dəstəyin mərhələsini qiymətləndirmək üçündür.

Paketlər komponentlər üzrə aşağıdakı kimi bölüşdürülür:

UbuntuAzad PTQeyri-azad PT
DəstəklənənMainRestricted
DəstəklənməyənUniverseMultiverse

Main və Universe Ubuntu lisenziyası tələblərinə tam cavab verən proqram təminatları təşkil edir.

Ubuntu üçün yaradılan qeyri-azad proqram təminatlı paketlər adətən dəstəklənmir ancaq burada müəyyən istisnalar (Restricted) da mövcuddur. Bu istisnalara müəyyən qeyri-azad drayverlər aiddir ki, bu əlavələrsiz istifadəçilərin sistemdə fəaliyyəti aşağı düşə bilər. Bu cür istisnalara xüsusilə qrafik drayverlər aiddir (məsələn Nvidia və ya ATi drayverləri). Dəstək səviyyəsi Main-lə müqayisədə olduqca aşağıdır. Çünki yaradıcıların mənbə kodlarına girişi məhdud ola bilər.

Proqram təminatı propritiar olsa da yayılmağa məhdudiyyət olmadıqda Multiverse repozitoruna daxil olunur. Məsələn Multiverse "Ubuntu-restricted-extras" paketinə malikdir ki, bu da adətən propiritiar multimedia kodekləri Adobe Flash-plaqini, JRE və ya Windows şriftlərinə malik olur.

Bəzi proqram təminatı isə ümumiyyətlə Ubuntu ilə yayılmır:

  • Content Scramble System oynadan proqram təminatı.
  • Windows Media kimi proprietiar multimedia formatlarının kodlaşdırılması və dekodlaşdırılması üçün kitabxanalar.

Bu və bəzi digər paketlər qeyri-rəsmi repozitor mənbəsində tapmaq mümkündür: Medibuntu.

EasyUbuntu və Automatix tipli, qeyri-rəsmi avtomatik yazılma və nizamalama proqram təminatları da həmçinin Ubuntunun rəsmi paketlərinə daxil deyil.

Ubuntu qıraq propritiar proqram təminatı üçün sertifikasiya sisteminə malikdir. Bu sistem Canonical tərəfindən Partner adlandırılır və onun tərəfindən nizamlanaraq paketlərə əlavə edilir.

Multiverse paketləri yayılmağa məhdudiyyətdə olduğu halda "Partner"-a daxil olan proqram təminatı Canonical-ın istifadəyə icazə aldıqları daxildir.

Hazırda bu repozitorluğa Adobe Reader, Adobe Flash Player, Java, Skype və bəzi digər paketlər daxildir.

Ubuntu üzərində hazırlanmış Linux distributivləri

Kubuntu 10.10 əsas menyusu
Edubuntu
Xubuntu

Ubuntu nişanının istifadə qaydalarına əsasən, Canonical şirkəti Ubuntu üzərində qurulmuş 2 növ distibutiv tanıyır:

  • Ubuntu üzərində hazırlanmış distiburiv (Ubuntu Derivative Distribution): Ubuntu-dan gözə çarpan fərqlərə malik distributiv. Bunlardan yalnız Canonical tərəfindən rəsmi statusu almış distributivlər dəstək edilir. Digərləri üçün Canonical məsuliyyət daşımır və onların Ubuntu ilə uyğunluğuna zəmanət vermir.
  • Ubuntu yığımı (Ubuntu Remix): Ubuntu üzərində yığılan və ondan gözə çarpan fərqliliyə malik olmayan distributiv. Fərq proqram yığımı, nizamlamada və sair bu kimi xüsusiyyətlərdə ola bilər. Bu statusun alınması üçün vacib şərtlərə daxildir: Ubuntu ilə tam uyğunluq, repozitorluqda olan rəsmi paketlərin istifadəsi, distributivin qeyri-kommersiya məqsədi daşıması və sair. Yığım mütləq olaraq öz adında Ubuntu və Remix sözlərindən istifadə etməlidir. Məsələn: Ubuntu Wiki Remix..

Ubuntu Flavours

DistributivTəsvirQrafik qabığı
Edubuntu Təhsil ocaqları üçün yaradılan Ubuntu distributivi. GNOME
Kubuntu KDE Plasma iş masası defolt olan Ubuntu distributivi. KDE Plasma
Lubuntu LXDE masaüstü mühitini istifadə edən Ubuntu distributivi. LXDE
Ubuntu Budgie Budgie masaüstü mühitini istifadə edən Ubuntu distributivi. Budgie
Ubuntu Cinnamon Cinnamon masaüstü mühitini istifadə edən Ubuntu distributivi. Cinnamon
Ubuntu Kylin Çin bazarı üçün yaradılmış Ubuntu distributivi. UKUI
Ubuntu Mate Mate masaüstü mühitini istifadə edən Ubuntu distributivi. Mate
Ubuntu Studio Mediastudiyalar üçün yaradılan Ubuntu distributivi. GNOME
Ubuntu Unity Unity masaüstü mühitini istifadə edən Ubuntu distributivi. Unity
Xubuntu Xfce masası defolt olan Ubuntu distributivi (zəif kompüterlər üçün). Xfce
Gobuntu Yalnız azad komponentlərə malik Ubuntu distributivi. Əvvəllər Ubuntu flavoru idi. Hal-hazırda layihə qapalıdır. GNOME

Ubuntu əsasında yaradılan distributivlər

Distributiv Təsvir Qrafik qabığı
CrunchBang Ubuntu minimal sehrbazı bazasında qurulmuş distributiv. Yüksək sürət və funksionallığı özündə birləşdirmək məqsədilə yaradılıb Openbox
Linux Mint Ubuntu üzərində qurulmuş distributiv. Çoxlu media-kodeklərin yazılması ilə fərqlənir. Müxtəlif
nUbuntu Şəbəkə təhlükəsizliyini analiz etmək üçün distributiv. xwindow
Aurora ASUS EEE PC üçün distributiv. xwindow
OpenGEU Enlightenment yügnül pəncərə menecerini istifadə edən distributiv. Enlightenment DR17
Sabily Müsəlmanlar üçün yaradılmış Ubuntu distributivi. GNOME

Yuxarıda göstərilən bütün əməliyyat sistemləri bu və ya digər formada Ubuntu üzərində hazırlanıb.

İnkişafı

Belçikadakı sammitdən foto

Ən-ənəvi olaraq proqram təminatı yaradıcıları "Ubuntu Developer Summit" keçirib əməliyyat sisteminin gələcək perspektivləri haqda müzakirələr aparırlar. Bu cür görüşlərdən ən mühümü sonuncu Ubuntu çıxmamışdan bir müddət əvvəl baş tutdu.

Ubuntu əməliyyat sisteminin yeni inkişaf sikli başlamamışdan bir az əvvəl bü samit keçirilərək gələcək inkişaf forma və sferası müəyyənləşdirilir, müzakirələr aparılır. Sammit bütün ictimaiyyətə açıqdır. Ancaq "Ubuntu Developer Summit" konfrans, sərgi və ya auditoriya üçün hesablanmamış, Ubuntu yaradıcıları və onun inkişafında əməyi olanların sırf birgə görüşü, müzakirə xarakteri daşıyır. Sammit istənilən kəsə açıq elan olunsada, orada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və mehmanxana problemlərini həll etmək lazımdır. Sammmitlər adətən Avropa və ABŞ, həmçinin Okeaniya şəhərlərində keçirilir.

Məqsəd

Canonical iddia edir ki, Ubuntu istifadəçiyə azadlığı zəmanət verir (klassik tərifdə Free Software Foundation). Bu, ruhən GPL-i xatırladan deklarasiya onun manifestində (ictimai oferta, ing. "the Ubuntu promise") yer alıb. Ancaq yuxarıda qeyd edildiyi kimi Ubuntu əməliyyat sistemi bazasında qurulan müəyyən digər distributivlər özündə qeyri-azad dekoderləri də birləşdirə bilər.

İstifadəsi

  • 2007-ci ildə Fransa parlamenti Windows XP əməliyyat sistemindən Ubuntu istifadəsinə keçir. 2008-ci ildə fransız polisinin istifadə etdiyi 70 min kompüterin də planlı şəkildə Ubuntu-ya keçəcəyi haqda xəbərlər yayılıb..
  • İspaniyada (2008-ci ildəki vəziyyətə görə) təhsil ocaqlarında 400 min kompüterə Ubuntu əməliyyat sistemi yazılıb.
  • Ubuntu Gürcüstan və Makedoniya Respublikası orta məktəblərinin bütün kompüterlinə yazılıb.
  • Google korporasiyasında işçilər Ubuntu əsasında hazırlanmış Gobuntu əməliyyat sistemindən istifadə edirlər.
  • Ubuntu Vikipediya layihəsinin serverlərində əsas əməliyyat sistemi kimi istifadə edilir..
  • 2009-cu il oktyabr ayına görə Ubuntu-dan dünyada 12 milyon istifadəçi istifadə edir..

Sistem tələbləri

Ubuntu-nun masaüstü versiyası Intel x86, AMD64 və ARM arxitekturalarını dəstəkləyir. Bəzi server-buraxılışları SPARC arxitekturasını da dəstəkləyir. Ubuntu həmçinin qeyri-rəsmi PowerPC, IA-64 (Itanium) и PlayStation 3 arxitekturalarını da dəstəkləyir.

Minimal tələblər Server Desktop
Prosessor (x86) 300 MHz 1 GHz
Yaddaş 128 MiB 512 MiB
Sərt disk (boş sahə) 1 GB 5 GB
Monitor ölçüsü 640×480 1024×768

Yerli qruplar (LoCo qruplar)

Texniki xırdalıqları və incəlikləri anlamayan istifadəçilər üçün Ubuntu əməliyyat sisteminin inkişafı üçün yerli "cəmiyyətlər" qurulub ki, bunun da çox yayılmış adı "Locos"-dur. İlkin olaraq hər ölkə yalnız bir LoCo komandaya malik idi. Ancaq məsələn ABŞ-də müəyyən ştarlar özlərinin yerli LoCo qruplarına malikdirlər. Ümumiyyətlə bu qruplar Ubuntu-da sırf dil ilə bağlı baryeri aradan qaldırmaq üçün çalışır.
Azərbaycanın da öz LoCo qrupu var: Ubuntu Azerbaijan LoCo

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Həmçinin bax

  • Linux
  • Əməliyyat sistemləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ubuntu haqqında məlumat. Ubuntu nədir? Ubuntu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qeyri-dindarlıq

  • Fevral 27, 2026

    Yevsey Gindes

  • Fevral 27, 2026

    Həbsxana

  • Fevral 27, 2026

    Fransua Olland

  • Fevral 27, 2026

    Disket

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst