Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

LibreOffice — azad və açıq kodlu ofis proqram təminatı paketidir. LibreOffice OpenOffice.org üzərində qurulmuş və 2010-cu ildə istifadəyə buraxılmışdır. LibreOf

LibreOffice

  • Ana Səhifə
  • Vikipediya
  • LibreOffice

LibreOffice — azad və açıq kodlu ofis proqram təminatı paketidir. LibreOffice OpenOffice.org üzərində qurulmuş və 2010-cu ildə istifadəyə buraxılmışdır. LibreOffice Yanvar 2011 və Oktyabr 2011 ayları arasında 7.5 milyon dəfə endirilmişdir. 2018-ci ildə 200 milyon istifadəçini keçmişdir. Fərdi və təşkilatların ianələri hesabına qeyri-kommersiya The Document Foundation himayəsi altında 480-dən çox proqramçı icması tərəfindən hazırlanmışdır.

LibreOffice
Loqonun şəkli
Tipi Ofis paketi
Repozitoriya git.libreoffice.org
Proqramlaşdırma dili C++
Əməliyyat sistemi çarpaz platformalı[d]
İnterfeysin dili Çoxdilli
Yayımlanma tarixi 25 yanvar 2011
Platforma IA-32, x86_64[d], ARM[d], PowerPC[d], MIPS[d], Android
Sonuncu versiya
  • 26.2
  • 25.8.5
Oxunan fayl formatları odt, ods, odp, odg və Microsoft Office fayl formatları
Yaradılan fayl formatları odt, ods, odp, odg və Microsoft Office fayl formatları
Sayt libreoffice.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ofis paketində mətn və cədvəl prosessoru, təqdimatların hazırlanması və baxılması üçün bir proqram, vektor qrafik redaktoru, verilənlər bazası idarəetmə sistemi və düstur redaktoru var. Tətbiqdə istifadə olunan əsas fayl formatı OpenDocument açıq beynəlxalq formatdır (ODF, ISO/IEC 26300), lakin Office Open XML, DOC, XLS, PPT, CDR daxil olmaqla digər populyar formatlarla işləmək mümkündür.

Ofis paketi MPL 2.0 ictimai lisenziyası altında paylanır, buna görə büdcə və ticarət təşkilatlarında, Ev kompüterlərində və təhsil müəssisələrində sərbəst şəkildə quraşdırıla və istifadə edilə bilər.

LibreOffice intensiv inkişaf edir və yarandığı gündən bəri bir çox əlavə imkanları mənimsəmişdir. Paket fərdi kompüterlərin və mobil cihazların müxtəlif əməliyyat sistemləri üçün versiyalarda təqdim olunur, həmçinin LibreOffice Online-ın bulud nəşrində.

Əsas üstünlükləri heç bir ödəmə tələb etməməsi və Microsoft Office formatlarını dəstəkləyib onunla uyğun çalışmasıdır. Funksiyaları və interfeysinə görə seçilən proqramlardan birisidir və istifadəsi olduqca rahatdır. LibreOffice Windows, Linux və macOS sistemlərinə rəsmi saytından endirilə bilər.

Tərkibi

Adı Funksiyası Oxşar proqramlar
Writer mətn prosessoru Microsoft Word, Google Docs
Calc cədvəl proqramı Microsoft Excel, Google Sheets
Impress prezentasiya proqramı Microsoft Powerpoint, Google Slides
Draw vektor qrafik redaktor Adobe Illustrator, CorelDRAW
Math düstur redaktoru
Base verilənlər bazaların redaktoru Microsoft Access

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, LibreOffice haqqında məlumat. LibreOffice nədir? LibreOffice nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Kurqan vilayəti

  • Fevral 24, 2026

    Turukki

  • Fevral 25, 2026

    Ədəbiyyatşünaslıq

  • Fevral 25, 2026

    Saxifragaceae

  • Fevral 24, 2026

    Marathi dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst